1. Bu Konvensiyada göstərilən aşağıdakı terminlərin mənaları belədir:
a) – «konsulluq qurumu» — istənilən baş konsulluq, konsulluq, vitse-konsulluq, yaxud konsulluq agentliyi deməkdir;
b) «konsulluq dairəsi» — konsulluq funksiyalarının icrası etməsi üçün konsulluq qurumu üçün ayrılmış rayon deməkdir;
c) – «konsulluq qurumunun başçısı» — bu qismdə hərəkət etmək tapşırığı verilmiş istənilən şəxs deməkdir;
ç) – «vəzifəli konsulluq şəxsi» — konsulluq qurumunun başçısı daxil olmaqla bu qisimdə konsulluq funksiyalarını icra etmək tapşırığı verilmiş istənilən şəxs deməkdir;
Vəzifəli konsulluq şəxslərinin kateqoriyaları haqqında bu maddənin 2 b. baxın;
d) – «konsulluq işçisi» — konsul qurumunda inzibati, yaxud texniki vəzifələri icra edən istənilən şəxs deməkdir;
e) «xidməti personal işçisi» — konsulluq qurumunun xidməti üzrə vəzifələri yerinə yetirən istənilən şəxs deməkdir;
ə) «konsul qurumunun işçiləri» — vəzifəli konsulluq şəxsləri, konsulluq işçiləri və xidməti personal işçiləri deməkdir,
f) «konsul personalı işçiləri» — vəzifəli konsulluq şəxsləri (konsulluq qurumunun başçısı istisna olmaqla), həmçinin konsulluq işçiləri və xidməti personal işçiləri deməkdir
g) – «xüsusi ev işçisi» — konsulluq əməkdaşının özəl, fərdi xidmətində olan şəxs deməkdir;
ğ) – «konsulluğun binası» — sırf konsulluq qurumunun məqsədləri üçün istifadə edilən binalar və ya binaların bir hissəsi və onlara mülkiyyət hüququnun kimdə olmasından asılı olmayaraq bu binaya yaxud onun hissəsinə xidmət edən torpaq sahəsi deməkdir.
2. Vəzifəli konsul şəxslərinin iki kateqoriyası mövcuddur: ştatda olan vəzifəli konsul şəxsləri tərəfindən başçılıq edilən konsul qurumları; 3 fəslin müddəaları fəxri vəzifəli konsul şəxsləri tərəfindən başçılıq edilən konsul qurumlarına şamil edilir.
3. Fəaliyyət göstərdiyi ölkənin vətəndaşları olan yaxud daimi olaraq orada yaşayan konsulluq qurumlarının əməkdaşlarının statusu Konvensiyanın 71 maddəsi ilə tənzimlənir.
FƏSIL 1. Konsulluq əlaqələri haqqında ümumi müddəalar
Bölmə 1. Konsulluq əlaqələrinin qurulması və həyata keçirilməsi
1.Dövlətlər arasında konsulluq münasibətlərinin qurulması qarşılıqlı razılıq əsasında həyata keçirilir.
Konsulluq vəzifələrini konsulluq qurumları icra edir. Konsulluq vəzifələri həmçinin hazırki Konvensiyanın müddəalarına müvafiq olaraq diplomatik nümayəndəliklər tərəfindən icra edilir.
1. Konsul qurumu yerləşdiyi ölkənin ərazisində yalnız həmin dövlətin razılığı ilə açıla bilər.
2. Konsulluq qurumunun yerləşmə məkanı, onun sinifi və konsul dairəsi yerləşdiyi ölkənin razılığı ilə təmsil olunan dövlət tərəfindən müəyyən edilir.
3. Konsulluq qurumunun yerləşmə məkanı, onun sinifi və konsul dairəsinin sonrakı dəyişməsi təmsil olunan dövlət tərəfindən yalnız yerləşdiyi ölkənin razılığı ilə həyata keçirilə bilər.
4. Hər hansı baş konsulluq, yaxud konsulluq özlərinin yerləşmədiyi yaşayış məntəqəsində konsulluq, yaxud vitse-konsulluq açmaq istədikdə, yerləşdiyi ölkənin razılığı tələb olunur.
5. Konsulluq qurumunun əhəmiyyətli tərkib hissəsi olan dəftərxananın konsulluq xaricində açılması üçün də yerləşdiyi ölkənin ilkin ifadə edilmiş razılığı tələb olunur.
Konsul funksiyaları aşağıdakılardır:
a) – yerləşdiyi dövlətdə təmsil etdiyi dövləti və onun vətəndaşlarını (fiziki və hüquqi şəxsləri) beynəlxalq hüququn imkan verdiyi çərçivələrdə müdafiə etmək;
b) – təmsil etdiyi dövlət və yerləşdiyi dövlət arasında ticarət, iqtisadi, mədəni və elmi əlaqələrin inkişafına, həmçinin onlar arasında dostluq münasibətlərinin başqa yollarla hazırki Konvensiyanın müddəalarına müvafiq olaraq inkişafına yardımçı olmaq;
c) – bütün qanuni yollarla yerləşdiyi dövlətin ticarət, iqtisadi, mədəni və elmi həyatında baş verən şərtlər və hadisələrin öyrənilməsi, bu barədə təmsil etdiyi dövlətin hökumətini məlumatlandırmaq və maraqlı şəxslərə məlumatların çatdırılması;
ç) – təmsil etdiyi dövlətin vətəndaşlarına pasport və yol sənədlərinin, təmsil etdiyi dövlətə getmək arzusunda olan şəxslərə viza, yaxud müvafiq sənədlərin verilməsi;
d) təmsil etdiyi dövlətin (fiziki və hüquqi şəxslərə) vətəndaşlarına yardımın göstərilməsi;
e) notarius, mülki hallar aktlarının qeydiyyatçısı və digər bu cür vəzifələrin, həmçinin yerləşdiyi dövlətin qayda və qanunlarına zidd heç nəyin olmaması şərti ilə bəzi inzibati xarakterli funksiyaların icrası;
ə) yerləşdiyi dövlətin qanun və qaydalarına müvafiq olaraq, yerləşdiyi dövlətin ərazisində «mortis causa» varisliyi halında təmsil etdiyi dövlətin vətəndaşlarının (fiziki və hüquqi şəxslərin) maraqlarının müdafiəsi;
f) yerləşdiyi dövlətin qanun və qaydaları çərçivəsində təmsil etdiyi dövlətin vətəndaşları olan, tam iş qabiliyyətinə malik olmayan həddi-buluğa çatmamış və digər şəxslərin maraqlarının müdafiəsi, xüsusən bu şəxslər üzərində hər hansı himayədarlıq, yaxud qəyyumluq tələb olunduqda;
g) yerləşdiyi dövlətdə qəbul edilmiş praktika və qaydalara riayət etmək, yerləşdiyi dövlətin qayda və qanunlarına müvafiq olaraq təmsil etdikləri dövlətin vətəndaşlarının hüquq və maraqlarını məhdudlaşdıran ilkin tədbirlər haqqında sərəncamların əldə edilməsi məqsədi ilə təmsil etdikləri dövlətin vətəndaşlarının yerləşdiyi dövlətin məhkəmə və digər qurumlarında təmsil etmək, yaxud lazımi təmsilçiliyi təmin etmək (həmin vətəndaşlar yerində olmadıqları, yaxud digər səbəblərə görə vaxtında öz hüquq və maraqlarının müdafiəsini həyata keçirə bilmədikləri hallarda);
ğ) qüvvədə olan beynəlxalq razılıqlara, yaxud belə razılıqlar olmadığı halda, yerləşdiyi dövlətin qayda və qanunlarına zidd olmayan istənilən digər qaydaya müvafiq olaraq, təmsil etdikləri dövlətin məhkəmələri üçün ifadələrin götürülməsi üzrə məhkəmə tapşırıqları yaxud tapşırıqların icrası, yaxud məhkəmə və qeyri-məhkəmə sənədlərinin verilməsi;
h) yerləşdiyi dövlətin qayda və qanunları ilə nəzərdə tutulan, təmsil etdiyi dövlətin milliyətinə malik olan gəmilərə və bu dövlətdə qeydiyyatdan keçmiş təyyarələrə, həmçinin onların ekipajına münasibətdə nəzarət və təftiş hüquqlarının həyata keçirilməsi;
x) hazırki maddənin «h» bəndində qeyd olunan gəmilər və təyyarələrə, həmçinin onların ekipajına yardımçı olmaq, gəmilərin üzməsinə aid ərizələrin qəbulu, gəmi sənədlərinin tərtibi və baxışı, yerləşdiyi dövlətin hakimiyyət orqanlarının hüquqlarına zərər olmadan yolda baş verən istənilən hadisələrin araşdırılması, bu təmsil etdiyi dövlətin qaydaları ilə nəzərdə tutulduğu üçün kapitan, heyəti və matroslar arasında istənilən növ münaqişələrin həlli;
ı) təmsil etdiyi dövlət tərəfindən konsul qurumunun üzərinə qoyulmuş, yerləşdiyi dövlətin qayda və qanunları ilə qadağan olunmayan, yaxud icralarına yerləşdirmə dövlətin etirazı olmadığı və ya yerləşdiyi dövlət və təmsil etdiyi dövlət arasında qüvvədə olan beynəlxalq müqavilələrlə nəzərə tutulan digər funksiyaların icrası.
Konsulluğun vəzifəli şəxsi xüsusi hallarda yerləşdiyi dövlətin razılığı ilə öz funksiyalarını konsulluq dairəsinin xaricində icra edə bilər.
Təmsil edən dövlət müvafiq dövlətləri məlumatlandırdıqdan sonra bir dövlətdə açılmış konsulluq qurumuna digər dövlətdə konsulluq funksiyalarının icrasını (həmin dövlətlərdən hər hansı tərəfindən ifadə edilmiş etiraz olmadıqda) tapşıra bilər.
Təmsil edən dövlətin konsulluq qurumu yerləşdirmə dövlətinə müvafiq bildirişdən sonra yerləşdiyi dövlət etiraz etmədiyi halda, üçüncü dövlət adından yerləşdirmə dövlətində konsulluq funksiyaları
1.Konsulluq qurumları başçıları dörd sinfə bölünürlər:
a) baş konsullar,
b) konsullar;
c) vitse-konsullar,
ç) konsul agentləri.
2. Hazırki maddənin 1-ci bəndi heç bir şəkildə Razılaşan Tərəflərin konsul qurumları başçıları olmayan vəzifəli konsul şəxslərinin adlarını tərif etmək hüququnu məhdudlaşdırmır.
1. Konsul qurumları başçıları təmsil etdiyi dövlət tərəfindən təyin edilir və yerləşdiyi dövlət tərəfindən öz funksiyalarının icazəsinə buraxılır.
2. Hazırki Konvensiyanın müddəalarına riayət edilməsi şərti ilə konsul qurumları başçılarının təyini və işə buraxılması üzrə formallıqlar, müvafiq olaraq, təmsil etdiyi dövlətin və yerləşdiyi dövlətin qanunları, qayda və adətləri ilə müəyyən edilir.
1. Təmsil edilən dövlət konsul qurumu başçısını hər təyinat zamanı tərtib edilən, onun vəzifəsini təsdiqləyən və bir qayda olaraq, onun tam adı və soyadını, məxsus olduğu kateqoriya, yaxud sinfini, konsul dairəsi və konsulluq qurumunun yerləşdiyi məkan göstərilən patent, yaxud digər bu kimi formada olan akt formasına malik olan sənədlə təmin edir.
2. Təmsil edilən dövlət bu patenti, yaxud digər bu kimi aktı diplomatik, yaxud digər müvafiq yolla konsulluq qurumu başçısının öz funksiyalarını icra etməli olan ərazinin daxil olduğu dövlətə göndərir.
3. Yerləşdiyi dövlət razıdırsa, təmsil edilən dövlət patent, yaxud digər bu kimi akt əvəzinə yerləşdiyi dövlətə hazırki maddənin 1-ci bəndində qeyd edilən məlumatları əks etdirən bildiriş göndərə bilər.
1.Konsulluq qurumu başçısı yerləşdiyi dövlət tərəfindən verilən və formasından asılı olmayaraq, ekzekvatura adlanan icazə ilə öz funksiyalarının icrasına buraxılır.
2.Ekzekvaturanın verilməsindən imtina edən dövlət təmsil edilən dövlətə imtinanın motivlərini açıqlamamaq hüququna malikdir.
3.13 və 15-ci maddələrdə göstərilən hallar istisna olmaqla, konsulluq qurumu başçısı ekzekvaturanı almayana qədər öz funksiyalarının icrasına başlaya bilməz.
Ekzekvaturanın verilməsinə qədər konsulluq qurumu başçısı öz funksiyalarının icrasına müvəqqəti olaraq buraxıla bilər. Bu halda hazırki Konvensiyanın müddəaları tətbiq edilir.
Konsulluq qurumu başçısı öz funksiyalarının icrasına buraxılan kimi (müvəqqəti olsa belə) yerləşdiyi dövlət gecikmədən bu barədə konsulluq dairəsinin səlahiyyətli orqanlarını məlumatlandırır. Bundan başqa, o, konsulluq qurumu başçısının öz vəzifəsi üzrə öhdəliklərini icra edə və hazırki Konvensiyadan irəli gələn üstünlüklərdən istifadə edə bilməsi üçün lazımi tədbirlərin qəbulunu təmin edir.
1. Konsul qurumları başçılarına hər sinifdə ekzekvaturanın verilməsi tarixləri müəyyən edilən böyüklük qaydasında müxtəlif yerlər verilir.
2. Əgər konsulluq qurumu başçısı ekzekvatura alana qədər müvəqqəti olaraq funksiyalarının icrasına buraxılıbsa, böyüklük qaydasında onun yeri müvəqqəti işə buraxılması tarixi ilə müəyyənləşdirilir; bu yer onun adında ekzekvatura veriləndən sonra da qalır.
3. Eyni gün və saatda ekzekvatura alan, yaxud öz funksiyalarının icrasına müvəqqəti olaraq buraxılan iki və ya daha çox konsulluq qurumları başçıları arasında böyüklük yerləşdiyi dövlətə patentlər və ya bu kimi digər aktların təqdim edilməsi tarixləri və ya 11-ci maddənin 3-cü bəndində göstərilən bildirişlərin tarixləri ilə müəyyənləşdirilir.
4. Konsulluq qurumu başçısının vəzifələrini müvəqqəti yerinə yetirən şəxslər böyüklük qaydasında bütün konsulluq qurumları başçılarından sonra yer tutur, onlar arasında böyüklük isə 15-ci maddənin 2-ci bəndinə müvafiq olaraq edilən məlumatlarda göstərilən qurum başçısı vəzifələrinin müvəqqəti icrasına daxil olmaları tarixlərlə müəyyənləşdirilir.
5. Konsulluq qurumları başçıları olan fəxri vəzifəli konsulluq şəxsləri hər sinifdə konsul qurumlarının ştatda olan başçılarından sonra əvvəlki bəndlərdə ifadə edilmiş qaydada və qaydalara müvafiq olaraq yer tuturlar.
6. Konsul qurumları başçılarına böyüklük qaydasında bu statusa malik olmayan vəzifəli konsulluq şəxslərindən daha yüksək yer məxsusdur.
1. Təmsil edilən dövlət diplomatik nümayəndəliyə malik olmadığı, yaxud üçüncü dövlətin diplomatik nümayəndəliyə ilə təmsil olunmadığı dövlətdə vəzifəli konsulluq şəxsi yerləşdiyi dövlətin razılığı ilə və onun konsulluq statusu dəyişmədən diplomatik aktların yerinə yetirilməsinə səlahiyyətləndirilə bilər. Bu cür aktları yerinə yetirməsi vəzifəli konsulluq şəxsinə diplomatik imtiyaz və immunitetlərə iddia etmək hüququ vermir.
2. Vəzifəli konsulluq şəxsi, yerləşdiyi dövləti məlumatlandırdıqdan sonra istənilən hökumətlərarası təşkilat yanında təmsil edilən dövlətin nümayəndəsi qismində fəaliyyət göstərə bilər. Bu qismdə hərəkət edərək, o, adi beynəlxalq hüquq və ya beynəlxalq müqavilələrlə bu cür nümayəndəyə təqdim edilən bütün imtiyaz və immunitetlərdən istifadə etmək hüququna malikdir. Lakin istənilən konsulluq funksiyasının icrasına aid o yurisdiksiyadan vəzifəli konsulluq şəxsin hazırki Konvensiya ilə malik olduğu immunitetdən daha yüksək immunitet hüququna malik deyil.
Yerləşdiyi dövlətin razılığı ilə iki və ya bir neçə dövlət eyni şəxsi bu dövlətdə vəzifəli şəxs qismində təyin edə bilərlər.
1.20, 22 və 23-cü maddələrin müddəaları ilə nəzərdə tutulan hallar istisna olunmaqla təmsil edilən dövlət konsulluq personalı əməkdaşlarını azad surətdə təyin edə bilər.
2. Təmsil edilən dövlət yerləşmə dövlətini sonuncu arzu etdiyi halda 23-cü maddənin 3 bəndi ilə nəzərdə tutulan hüquqlarını həyata keçirə bilməsi üçün vaxtında konsulluq qurumu başçısından əlavə bütün vəzifəli konsulluq şəxslərinin tam adı və soyadı, kateqoriya və sinfi haqqında məlumatlandırır.
3.Təmsil edilən dövlət, onun qayda və qanunları bunu tələb edirsə, yerləşmə dövlətindən konsul qurumu başçısı olmayan vəzifəli konsul şəxsinə ekzekvaturanın verilməsi barədə xahiş edə bilər.
4.Yerləşdiyi dövlət, onun qayda və qanunları bunu tələb edirsə, konsul qurumu başçısı olmayan vəzifəli konsul şəxsinə ekzekvaturanı verə bilər.
1.Konsulluq personalının sayı haqqında konkret razılıq yoxdusa, yerləşmə dövləti təklif edə bilər ki, konsulluq dairəsində mövcud olan şərait və vəziyyəti, konsulluq qurumunun ehtiyacını nəzərə almaqla personalın sayını məntiqi və normal hesab etdiyi hüdudlarda saxlasın.
Təmsil edilən dövlətin diplomatik nümayəndəliyi, yaxud o, bu cür diplomatik nümayəndəliyə malik olmadığı halda, konsulluq qurumu başçısı yerləşmə dövlətinin xarici işlər nazirliyinə və ya həmin nazirliyin göstərdiyi digər orqana konsulluq qurumunun vəzifəli konsulluq şəxsləri arasında böyüklük qaydası, həmçinin bu qaydanın istənilən dəyişiklikləri haqqında məlumatlandırır.
1.Vəzifəli konsulluq şəxsləri prinsip etibarilə təmsil edilən dövlətin vətəndaşları olmalıdırlar.
2. Vəzifəli konsulluq şəxsləri yerləşmə dövlətin razılığı olmadan bu dövlətin vətəndaşlarından təyin edilə bilməz, bu razılıq isə istənilən vaxt ləğv edilə bilər.
3.Yerləşmə dövləti üçüncü dövlətin vətəndaşı, eyni zamanda təmsil edilən dövlətin vətəndaşı olmayan şəxslərə münasibətdə də bu hüququ özündə saxlaya bilər.
1. Yerləşmə dövləti istənilən vaxt öz qərarını əsaslandırmadan təmsil edilən dövlətə xəbərdarlıq edə bilər ki, bu və ya digər vəzifəli konsulluq şəxsi persona non qrata və ya konsulluq personalının istənilən əməkdaşı arzuedilməz şəxsdir. Bu halda təmsil edilən dövlət müvafiq olaraq həmin şəxsi geri çağırmalı və ya onun konsulluq qurumundakı funksiyalarını dayandırmalıdır.
2. Əgər təmsil edilən dövlət bu maddənin 1-ci bəndində nəzərdə tutulan vəzifələrini yerinə yetirməkdən imtina etsə və ağlabatan müddət ərzində yerinə yetirməsə yerləşmə dövləti həmin şəxsin ekzekvaturasını ləğv, yaxud onu konsulluq personalı əməkdaşı hesab etməkdən imtina edə bilər.
3. Konsulluq qurumu əməkdaşı qismində təyin edilmiş şəxs yerləşmə dövlətinin ərazisinə gəlmədən, yaxud o artıq yerləşmə dövlətinin ərazisindədirsə, konsul qurumunda öz funksiyalarının icrasına keçməzdən öncə arzuedilməz şəxs elan edilə bilər. Istənilən belə halda təmsil edilən dövlət onun təyinatını ləğv edir.
4. Hazırki maddənin 1-ci və 3-cü bəndlərində göstərilən hallarda yerləşdiyi dövlət təmsil edilən dövlətə öz qərarının motivləri barədə məlumatlandırmaqda borclu deyil.
1.Yerləşmə dövlətinin xarici işlər nazirliyi və ya bu nazirlik tərəfindən göstərilən orqan aşağıdakı hallarda xəbərdar edilməlidir:
a) konsul qurumu əməkdaşlarının təyin edilməsi, onların təyinatdan sonra konsulluq qurumuna gəlişi, tamamilə getməsi və ya onların funksiyalarının dayandırılması, yaxud onların konsulluq qurumunda fəaliyyəti zamanı baş verə biləcək və onların statusuna təsir edə biləcək bütün digər dəyişikliklər haqqında;
b) konsulluq qurumu əməkdaşının ailə üzvü olan və daima onunla birgə yaşayan şəxsin gəlməsi və ya tamamilə getməsi, lazımi hallarda bu və ya digər şəxsin ailənin belə üzvlüyündən çıxması haqqında;
c) özəl xidmətdə olan xüsusi ev işçilərinin gəlməsi və tamamilə getməsi və lazımi hallarda həmin işçilərin bu qisimdə xidmətdən getməsi haqqında;
c) yerləşmə dövlətində konsulluq qurumu əməkdaşları və ya imtiyaz və immunitet hüququna malik olan ev işçiləri qismində yaşayan şəxslərin işə götürülməsi və işdən azad edilməsi haqqında.
2.Ölkəyə gəlmək və tamamilə getmək haqqında xəbərdarlıq imkan dairəsində əvvəlcədən edilməlidir.
Konsulluq qurumu əməkdaşlarının funksiyaları dayandırılır:
a) təmsil edən dövlətin yerləşmə dövlətinə onun funksiyalarının dayandırılması haqqında bildiriş üzrə;
b) ekzekvaturanın ləğvi üzrə;
c) təmsil edən dövlətin yerləşmə dövlətinə onu artıq konsulluq qurumu əməkdaşı hesab etmədiyi haqqında bildiriş üzrə.
Yerləşmə dövləti, hətta silahlı münaqişə baş verdikdə belə, yerləşmə dövlətinin vətəndaşı olmayan və imtiyazlardan istifadə edən şəxslərin və belə şəxslərin ailə üzvlərinin vətəndaşlığından asılı olmayaraq, tezliklə çıxıb getmələri üçün zəruri yardım göstərməlidir. Zəruri hallarda özləri və əmlakları üçün tələb olunan nəqliyyat vasitəsini yerləşmə dövləti onların ixtiyarına verməlidir.
1. Iki dövlət arasında konsulluq münasibətlərinin kəsilməsi halında:
a) yerləşmə dövləti, silahlı münaqişə olduqda belə, konsulluq binasını, həmçinin konsulluq qurumunun əmlakı və konsul arxivinə hörmət etməli və qorumalıdır;
b) təmsil edilən dövlət öz konsulluq qurumunun binalarını, əmlakı və konsulluq arxivinin mühafizəsini yerləşmə dövləti üçün məqbul olan üçüncü bir dövlətə etibar edə bilər;
c) təmsil edilən dövlət öz mənafeyinin və öz vətəndaşlarının mənafelərinin müdafiəsini yerləşmə dövləti üçün məqbul olan üçüncü bir dövlətə etibar edə bilər.
2. Konsul qurumunun müvəqqəti və ya tam bağlanması halında hazırki maddənin 1-ci bəndinin «a» yarımbəndinin müddəaları tətbiq olunur. Bundan başqa;
a) əgər təmsil edən dövlət yerləşmə dövlətində diplomatik nümayəndəliyə malik deyilsə, lakin başqa bir konsul qurumuna malikdirsə, bu konsulluq qurumuna bağlanmış konsulluq qurumunun binaları, əmlakı və konsulluq arxivinin mühafizəsi etibar edilə və yerləşmə dövlətinin razılığı ilə bu konsul qurumunun dairəsində konsul vəzifələrinin icrası həvalə edilə bilər; yaxud
b) Təmsil edilən dövlətin yerləşmə dövlətində nə diplomatik nümayəndəliyi, nə digər konsulluq qurumu olmadığı halda hazırki maddənin 1-ci bəndinin «b» və «c» yarımbəndlərinin müddəaları tətbiq olunur.
Yerləşmə dövlət konsulluq qurumunun funksiyalarının yerinə yetirilməsi üçün hər cür imkan yaratmalıdır.
1.Yerləşmə dövləti ya öz ərazisində qanunlarına uyğun olaraq təmsil edilən dövlətə konsulluq qurumu üçün zəruri binaların alınmasında kömək etməli, ya da təmsil edilən dövlətin başqa yollarla binalar almasına yardım göstərməlidir.
2. Həmçinin o, ehtiyac yarandıqda, əməkdaşlarına da münasib binalar almaqda konsulluq qurumuna yardım etməlidir.
1.Konsulluq binaları hazırki maddə ilə nəzərdə tutulan səviyyədə toxunulmazdırlar.
2.Yerləşmə dövlətinin hakimiyyət orqanları konsulluq qurumu başçısı, onun təyin etdiyi şəxs, yaxud təmsil edilən dövlətin diplomatik nümayəndəlik başçısının razılığı olmadan konsulluq binalarının sırf konsulluq qurumunun işi üçün istifadə olunan hissəsinə daxil ola bilməzlər. Buna baxmayaraq yanğın, yaxud digər təcili qorunma tədbirləri tələb edən təbii fəlakət halında konsulluq qurumu başçısının razılığı ehtimal edilə bilər.
3.Hazırki maddənin 2-ci bəndinin müddəalarına riayət edilməsi şərti ilə yerləşmə dövlətin üzərinə konsulluq binalarının hər cür hücumlar və zərər vurulmasından qorumaq və konsulluq qurumunun sakitliyinin istənilən şəkildə pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün bütün lazımi tədbirləri görmək öhdəliyi düşür.
4. Konsulluq binaları, avadanlıqları və bu binalardakı digər əmlak, həmçinin onun nəqliyyat vasitələri dövlət müdafiəsi və ya ictimai ehtiyaclar məqsədlərində hər növ müsadirədən immunitetə malikdir. Göstərilən məqsədlər üçün binaların ayrılmasının lüzumluğu halında konsulluq funksiyalarının pozulmaması üçün bütün mümkün tədbirlər görülür və təmsil edilən dövlətə gecikdirilmədən müvafiq və effektiv təzminat ödənilir.
1.Təmsil edən dövlətin, yaxud onun adından hərəkət edən şəxsin sahib, yaxud icarəçi olduğu konsulluq binaları və konsulluq qurumu başçısının ştat iqamətgahı konkret xidmət növünə görə ödənişə aid edilənlər istisna olmaqla bütün dövlət, bölgə və bələdiyyə vergi və rüsumlarından azaddırlar.
2.Bu maddənin 1-ci bəndində göstərilən vergi tutmalarına təmsil edilən dövlətlə və ya onun adından hərəkət edən şəxslə müqavilə bağlayan şəxslərin üzərinə yerləşmə dövlətinin qanunlarına uyğun olaraq qoyulan vergi və rüsumlar aid edilmir.
Konsulluq arxiv və sənədləri bütün vaxtlarda və harada olmalarından asılı olmayaraq toxunulmazdır.
Əgər bu, dövlətin təhlükəsizliyi baxımından gedilməsi qadağan edilən və ya tənzimlənən zonalar haqqında qanun və qaydalara zidd deyildirsə, yerləşmə dövləti konsulluq qurumunun bütün əməkdaşlarına öz ərazisində azad hərəkətini təmin etməlidir.
1.Yerləşmə dövləti konsulluq qurumunun rəsmi məqsədlər üçün bütün əlaqələrinə icazə verməli və bu əlaqələrin azadlığını mühafizə etməlidir. Təmsil edilən dövlətin hökuməti, diplomatik nümayəndəlikləri və digər konsulluq qurumları ilə – onlar harada olursa olsunlar – konsulluq qurumu diplomatik və konsul kuryerləri, diplomatik və konsul valizləri, kodlaşdırılmış, şifrələnmş məktublar daxil olmaqla bütün əlverişli vasitələrdən istifadə edə bilər. Bununla belə, ancaq yerləşmə dövləti razılığı ilə konsulluq qurumu radioqəbuledici qurub onu istismar edə bilər.
2. Konsulluq qurumunun rəsmi yazışması toxunulmazdır. Rəsmi yazışma dedikdə, konsulluq qurumu və onun funksiyalarına aid olan bütün yazışmalar nəzərdə tutulur.
3.Konsulluq valizini (çamadanı) açmaq və gecikdirmək olmaz. Lakin yerləşmə dövlətinin səlahiyyətli orqanları valizdə məktublar, sənədlər və ya hazırki maddənin 4-cü bəndində sadalanan əşyalardan başqa nəyinsə olduğunu hesab etməyə ciddi əsasları varsa, onlar təmsil edilən dövlətin səlahiyyətli nümayəndəsi iştirakı valizin açılmasını tələb edə bilərlər. Təmsil edilən dövlətin hakimiyyət orqanları bu tələbi icra etməkdən imtina etdikləri halda, valiza ilkin ünvana qaytarılır.
4.Konsulluq valizini təşkil edən bütün yerlər onların xarakterini göstərən, görünən xarici nişanlara malik olmalı və bunlarda sırf rəsmi istifadə üçün nəzərdə tutulan yalnız rəsmi sənədlər və əşyalar olmalıdır.
5. Konsulluq qurumu statusu və konsulluq valizini təşkil edən yerlərin sayı göstərilmiş rəsmi sənədlərlə təmin edilməlidir. Yerləşmə dövlətinin razılığı olduğu hallar istisna olmaqla, o, nə yerləşmə dövlətinin vətəndaşı, nə, təmsil edilən dövlətin vətəndaşı olmadığı təqdirdə, yerləşmə dövlətində daimi yaşaya bilməz. Konsulluq kuryeri öz vəzifəsini yerinə yetirərkən yerləşmə dövlətinin müdafiəsindən istifadə edir. O, şəxsi toxunulmazlıqdan istifadə edir və hər hansı bir formada həbs edilə və ya tutulub saxlanıla bilməz.
6.Təmsil edilən dövlət, onun diplomatik nümayəndəliyi və konsul qurumları ad hoc (lat. – xüsusi, müəyyən məqsədlə yaradılmış) konsulluq kuryer təyin edə bilər. Belə hallarda bu maddənin 5-ci bəndindəki vəziyyət tətbiq edilir, lakin bu kuryeri ona həvalə edilən konsulluq valizini təyinatı üzrə çatdırdığı andan bu bənddə göstərilən immunitetlər dayandırılır.
7.Konsulluq vizası gəlməsi üçün icazə verilən aeroporta istiqamət götürən gəminin və ya mülki təyyarənin komandirinə etibər edilə bilər. Komandir valizi təşkil edən yerlərin sayı göstərilən rəsmi sənədlə təmin edilir, lakin o, konsulluq kuryeri hesab olunmur. Konsulluq qurumu valizi təyyarə komandirindən bilavasitə və maneəsiz qəbul etmək üçün səlahiyyətli yerli orqanlarla razılaşdırılmış qaydada öz əməkdaşlarından birini göndərə bilər.
Təmsil edilən dövlətin vətəndaşlarına münasibətdə konsulluq funksiyalarının ijrasını təmin etmək məqsədi ilə;
a) Vəzifəli konsulluq şəxsləri təmsil edilən dövlətin vətəndaşları ilə azad əlaqə qura və onlarla görüşə bilərlər. Təmsil edilən dövlətin vətəndaşları da vəzifəli konsulluq şəxsləri ilə münasibətdə və onlarla görüşməkdə eyni azadlığa malikdirlər.
b) yerləşmə dövlətinin səlahiyyətli orqanları konsulluq qurumunu onun konsulluq dairəsi çərçiələrində həmin dövlətin hər hansı vətəndaşının həbsi, yaxud məhkəmə araşdırması gözləntisi ilə saxlanılması və ya başqa hansısa qayda ilə saxlanılması barədə, həmin vətəndaş bunu tələb etdikdə gecikdirmədən məlumatlandırmalıdırlar. Həbsdə saxlanılan, yaxud tutulan şəxsin konsulluq qurumuna ünvanladığı bütün məlumatlar da həmin orqanlar tərəfindən konsulluq qurumuna çatdırılır. Göstərilən orqanlar həmin şəxsə hazırki yarımbəndlə müvafiq olaraq malik olduğu hüquqları barədə gecikdirmədən məlumat verməlidirlər;
c) vəzifəli konsulluq şəxsləri həbsdə olan, tutulan, yaxud saxlanılan təmsil edilən dövlətin vətəndaşı ilə söhbət üçün onu ziyarət etmək hüququna, həmçinin onunla yazışmaq, ona hüquqi təmsilçi ilə təminatı üzrə tədbirlər görmək hüququna malikdirlər. Onlar həmçinin həbsdə olan, tutulan, yaxud məhkəmə qərarının icrası üçün konsulluq dairəsində saxlanılmış təmsil edilən dövlətin istənilən vətəndaşını ziyarət etmək hüququna malikdirlər. Buna baxmayaraq vəzifəli konsulluq şəxsləri, həbsdə olan, tutulan və ya saxlanılan vətəndaş buna qarşı etiraz etdiyi halda, onun adından çıxış etməkdən çəkinməlidirlər.
2. Hazırki maddənin 1-ci bəndində qeyd olunan hüquqlar yerləşmə dövlətinin qanunları və qaydalarına müvafiq olaraq həyata keçirilməlidir. Lakin bir şərtlə ki, bu qanun və qaydalar hazırki maddə ilə nəzərdə tutulan hüquqlar vasitəsilə reallaşdırılan məqsədlərin tam həyata keçirilməsinə yardımçı olacaqlar.
a) təmsil edilən dövlətin vətəndaşının ölümü halında dairəsində ölüm halı baş vermiş konsulluq qurumunu bu barədə məlumatlandırılmalıdır;
b) qəyyum, yaxud himayəçinin təyinatı təmsil edilən dövlətin vətəndaşı olan, həddi-buluğa çatmamış, yaxud tam qabiliyyətli olmayan digər şəxsin maraqlarına cavab verdiyi istənilən hal barədə səlahiyyətli konsulluq qurumunu gecikdirmədən məlumatlandırmalıdır. Lakin bu məlumatın təqdim edilməsi bu cür təyinatlara aid yerləşmə dövlətinin qanun və qaydalarının tətbiqinə mane olmamalıdır;
c) təmsil edilən dövlətin milliyətinə malik gəmi qəzaya uğrayır, yaxud yerləşmə dövlətinin ərazi və ya daxili sularında saya oturdusa, yaxud əgər təmsil edilən dövlətdə qeydiyyatdan keçmiş təyyarə yerləşmə dövlətinin ərazisində qəzaya uğradıqda, hadisə yerinə ən yaxın olan konsulluq qurumunu bu barədə gecikdirmədən məlumatlandırmalıdır.
Öz funksiyalarının icrası zamanı vəzifəli konsulluq şəxsləri müraciət edə bilərlər:
a) öz konsulluq dairəsinin səlahiyyətli yerli orqanlarına;
b) buna imkan verilirsə və yerləşmə dövlətinin qanunları, qayda və adətləri, yaxud müvafiq beynəlxalq müqavilələrlə imkan verilən dərəcədə yerləşmə dövlətinin səlahiyyətli mərkəzi orqanlarına.
1. Konsulluq qurumu yerləşmə dövlətinin ərazisində konsulluq aktlarının edilməsinə görə yerləşmə dövlətinin qanun və qaydaları ilə nəzərdə tutulan rüsumları yığa bilər.
Hazırki maddənin 1-ci bəndində göstərilən və rüsumlar şəklində yığılan məbləğlər və bu cür rüsumların alınması haqqında qəbzlər yerləşmə dövlətində bütün vergi və rüsumlardan azad edilir.
Bölmə II. Ştatda olan vəzifəli konsulluq şəxslərinin və digər konsulluq qurumu əməkdaşlarının üstünlükləri, imtiyaz və immunitetləri
Yerləşmə dövləti vəzifəli konsulluq şəxslərinə lazımi hörmətlə yanaşmalı və onların şəxsiyyəti, azadlığı, yaxud şərəfinə istənilən qəsdlərin qarşısını almaq üçün bütün lazımi tədbirləri görməlidir.
Konsulluq personalının hər hansı əməkdaşının həbsi və ya ilkin saxlanması, yaxud ona qarşı cinayət işinin açılması halında yerləşmə dövləti bu barədə gecikdirmədən konsulluq qurumunun başçısını məlumatlandırır. Əgər bu tədbirlərə sonuncu özü məruz qalısa, ona qarşı məhkəmə təqibi mümkün qədər qısa vaxt ərzində başlanmalıdır.
1.Vəzifəli konsulluq şəxsləri və konsulluq əməkdaşları konsulluq funksiyalarının icrası zamanı etdikləri hərəkətlərə münasibətdə yerləşmə dövlətinin məhkəmə, yaxud inzibati orqanlarının yurisdiksiyasından azaddırlar.
2.Lakin hazırki maddənin 1-ci bəndinin müddəaları aşağıdakı mülki iddiaya şamil edilmir:
a) Vəzifəli konsulluq şəxsi və ya konsulluq əməkdaşı tərəfindən bağlanmış müqavilədən irəli gələn və hansına görə onlar təmsil edilən dövlətin agenti qismində öz üzərlərinə bilavasitə, yaxud bilvasitə öhdəliklər götürməyiblər; və ya;
b) üçüncü tərəfin yerləşmə dövlətində yol nəqliyat vasitəsi, gəmi, yaxud təyyarə ilə törədilmiş bədbəxt hadisə ilə vurulmuş zərərə görə,
1.Konsulluq qurumunun əməkdaşları məhkəmə və ya inzibati işlərin icraatı zamanı şahid qismində dindirilə bilərlər. Hazırki maddənin 3-cü bəndindəki hallar istisna olmaqla, konsulluq əməkdaşı, yaxud xidməti personalın işçisi ifadə verməkdən imtina edə bilməz. Vəzifəli konsulluq şəxsi ifadə verməkdən imtina edirsə, ona qraşı heç bir məcburiyyət, yaxud cəza tədbirləri tətbiq oluna bilməz.
2.Vəzifəli konsulluq şəxsinin ifadəsinə ehtiyac duyan orqan həmin şəxsin öz funksiyalarını yerinə yetirməsinə mane olmaqdan qaçmalıdır. O, mümkün olduqda, bu ifadələri evdə yaxud konsulluq qurumunda və ya həmin şəxsin yazılı ifadələrini götürməlidir.
3.Konsulluq qurumunun əməkdaşları öz funksiyalarının icrası və ya onların funksiyalarına aid olan rəsmi yazışma və sənədlərlə bağlı məsələlər üzrə ifadə verməyə borclu deyillər. Onlar həmçinin təmsil edilən dövlətin qanunvericiliyini şərh edən ifadələr verməyə borclu deyillər.
1.Konsulluq qurumunun əməkdaşları təmsil edilən dövlət üçün iş icraatı ilə bağlı məsələlərdə təmsil edən dövlətin əcnəbilərin işə götürülməsi haqqında qanun və qaydaları ilə təsbit edilmiş istənilən öhdəliklərdən azaddırlar.
2.Vəzifəli konsulluq şəxsləri və konsulluq əməkdaşlarının fərdi ev işçiləri yerləşmə dövlətində gəlir əldə etmək məqsədi ilə başqa özəl fəaliyyətlə məşğul olmadıqları halda hazırki maddənin 1-ci bəndində qeyd edilən öhdəliklərdən azaddırlar.
1. Hazırki maddənin 3-cü bəndi ilə nəzərdə tutulan hallar istisna olmaqla, yerləşmə dövlətində sosial təminat haqqında qüvvədə olan qərarlar təmsil edilən dövlət üçün iş icraatı ilə bağlı məsələlərdə konsulluq qurumu əməkdaşları və onların birgə yaşadıqları ailə üzvlərinə şamil edilmir.
2. Bu maddənin 1-ci bəndində nəzərdə tutulan tutulma, həmçinin sırf konsulluq qurumu əməkdaşlarının xidmətində olan özəl ev işçilərinə aşağıdakı şərtlərlə şamil edilir:
a) əgər onlar yerləşmə dövlətinin vətəndaşı deyillərsə və bu dövlətdə daima yaşamırlarsa;
b) əgər təmsil edilən dövlətdə və ya üçüncü dövlətdə qüvvədə olan sosial təminat haqqında qərar onlara şamil edilirsə.
3. Bu maddənin 2-ci bəndi ilə nəzərdə tutulan tutulmalar şamil edilməyən şəxsləri işə götürən konsulluq qurumu əməkdaşları yerləşmə dövlətində qüvvədə olan qərarla işverənlər üzərinə qoyulan vəzifələri yerinə yetirməlidirlər.
4.Bu maddənin 1-ci və 2-ci maddələri ilə nəzərdə tutulan tutulmalar yerləşmə dövlətinin sosial təminat sistemində könüllü surətdə iştirak etməyə maneçilik törətmir, ancaq bir şərtlə ki, bu dövlət belə iştiraka yol verir.
1. Vəzifəli konsulluq şəxsləri və konsulluq əməkdaşları, həmçinin onlarla birgə yaşayan ailə üzvləri aşağıdakılar istisna edilməklə bütün vergi və rüsumlardan – şəxsi, mülki, dövlət, bölgə və bələdiyyə vergilərindən azad olunur:
a) məhsulun və ya xidmətin qiymətinə adətən daxil olan bilvasitə vergilərdən;
b) yerləşmə dövlətinin ərazisindəki daşınmaz şəxsi mülkiyyətə vergi və rüsumlardan, 32-ci maddədə nəzərdə tutulan tutulmalar istisna olmaqla;
c) yerləşmə dövləti tərəfindən tutulan miras vergiləri və vərəsəlik rüsumları, yaxud əmlakın köçürülməsinə görə vergilərdən, 51-ci maddənin «b» bəndi ilə nəzərdə tutulan tutulmalar istisna edilməklə;
ç) gəlir mənbəyi yerləşmə dövlətində olan şəxsi gəlirə, həmçinin mənbəyi yerləşmə dövlətində olan gəlirlərə rüsum və vergilərdən və yerləşmə dövlətindəki kommersiya, yaxud maliyyə müəssisələrinə kapital qoyuluşundan tutulan vergilərdən;
e) konkret xidmət növləri üçün alınan vergilər;
f) 32-ci maddədə nəzərdə tutulan tutulmalarla qeydiyat, məhkəmə və reyestr, ipoteka, gerb rüsumlarından.
2. Xidməti personal əməkdaşları işlərinə görə aldıqları əməkhaqqıya vergi və rüsumlardan azaddırlar.
3. Təmsil edilən dövlətdə əməkhaqqaları gəlir vergisindən azad olmayan şəxsləri işə götürən konsulluq qurumu əməkdaşları yerləşmə dövlətinin qanun və qaydaları ilə işverənlərin gəlir vergisinin tutulması ilə bağlı üzərinə qoyulan öhdəlikləri yerinə yetirirlər.
1.Yerləşmə dövləti özünün qəbul etdiyi qanun və qaydalara müvafiq olaraq aşağıda göstərilənləri gətirməyə icazə verir və anbar, daşınma rüsumları və bu növ xidmət növləri istisna olmaqla bütün gömrük vergilərindən və bununla bağlı rüsumlardan azad edir:
a) konsulluq qurumunun rəsmi istifadəsi üçün nəzərdə tutulan əşyalar;
b) vəzifəli konsulluq şəxsi və ya onunla birgə yaşayan ailə üzvlərinin şəxsi istifadəsi üçün, onun təsərrüfatı üçün nəzərdə tutulan əşyalar. Istehlak mallarının sayı müvafiq şəxslərin bilavasitə istifadəsi üçün lazım olandan çox olmamalıdır.
2. Konsulluq əməkdaşları onların ilkin təsərrüfat düzəltmə zamanı gətirdikləri əşyalara münasibətdə hazırki maddənin 1-ci bəndi ilə nəzərdə tutulan üstünlüklər və azadetmələrdən istifadə edirlər.
3. Vəzifəli konsulluq şəxsləri və onların onlarla birgə yaşadığı ailə üzvlərinin yükü, baxışdan azaddır. O yalnız yükdə bu maddənin 1-ci bəndinin «b» yarımbəndindəki göstəriləndən fərqli əşyaların və ya yerləşmə dövlətinin qanunu ilə idxal-ixracı qadağan edilən, yaxud karantin qanun və qaydaları ilə tənzimlənən əşyaların olmasına ciddi əsaslar olduqda yoxlanıla bilər. Bu cür baxış müvafiq vəzifəli konsulluq şəxsi, yaxud onun ailə üzvünün yanında icra edilməlidir.
Konsulluq qurumu əməkdaşının, yaxud onunla birgə yaşayan ailə üzvünün vəfat etməsi halında yerləşmə dövləti:
a) yerləşmə dövlətində əldə edilmiş və onun ölüm anına çıxarılması qadağan edilmiş əmlakı istisna olmaqla mərhumun daşınan əmlakının ölkədən çıxarılmasına icazə verir;
b) mərhum şəxsin sırf konsulluq qurumu əməkdaşı qismində, yaxud onun ailə üzvünün yerləşmə dövlətdə olması ilə bağlı həmin dövlətdə olan daşınan əmlakın varisliklə əlaqədar rüsumlar, yaxud mirasa dövlət, rayon və bələdiyyə vergilərindən azaddır.
Yerləşmə dövləti konsulluq qurumu əməkdaşları və onlarla birgə yaşayan ailə üzvlərini xarakterindən asılı olmayaraq bütün əmək və dövlət mükəlləfiyyətlərindən, həmçinin rekvizisiya, təzminat və hərbi düşərgələr kimi hərbi mükəlləfiyyətlərdən azad etməlidir.
1. Konsulluq qurumunun hər bir əməkdaşı öz vəzifəsini tutmaq üçün gedərkən yerləşmə dövlətinin ərazisinə qədəm qoyduğu andan və ya əgər həmin şəxs artıq bu dövlətin ərazisindədirsə, konsulluq qurumunda vəzifələrinin icrasına keçdiyi andan hazırki Konvensiya ilə nəzərdə tutulan imtiyaz və immunitetlərdən istifadə edir.
2. Konsulluq qurumu əməkdaşının onunla birgə yaşadıqları ailə üzvləri və onun özəl ev işçiləri hazırki maddənin 1-ci bəndinə müvafiq olaraq ona imtiyaz və üstünlüklərin təqdim edilməsi, yaxud onların yerləşmə dövlətinin ərazisinə qədəmbasma anından, yaxud onlar ailə üzvü, yaxud özəl işçiləri olmaq anından etibarən (baxır hansı daha gec baş verib) hazırki Konvensiya ilə nəzərdə tutulan imtiyaz və immunitetlərdən istifadə edirlər.
3. Əgər imtiyaz və immunitetlərdən istifadə edən şəxsin funksiyaları bitirsə, o, ölkəni tərk edən andan və ya bunu etmək üçün ağlabatan şəkildə təyin edilmiş vaxt qurtardıqdan (baxır hansı hal daha gec baş verir) sonra bu imtiyaz və immunitetlər, həmçinin onunla birgə yaşayan ailə üzvlərinin və özəl ev işçinin imtiyaz və immunitetləri dayandırılır, lakin hərbi münaqişə hallarında belə, həmin vaxta qədər bu imtiyaz və immunitetlər də qalır. Hazırki maddənin 2-ci bəndində göstərilən şəxslərə qaldıqda, onların imtiyaz və immunitetləri onlar konsulluq qurumu əməkdaşının ailə üzvlüyündən çıxan, yaxud onun yanında xidməti tərk etdikləri andan dayandırılır, lakin bir şərtlə ki, bu cür şəxslər yerləşmə ölkəsini ağlabatan müddət keçənədək tərk edəcəklərsə, onların imtiyaz və immunitetləri onların gediş anına qədər qüvvədə qalır.
4. Vəzifəli konsulluq şəxsi, yaxud konsulluq əməkdaşının öz funksiyalarını yerinə yetirərkən etdiyi hərəkətlərə münasibətdə yurisdiksiyadan immunitet onun gediş anına qədər qüvvədə qalır.
5. Konsulluq qurumu əməkdaşının vəfat etməsi halında, onunla birgə yaşayan ailə üzvləri onlara verilən imtiyaz və immunitetlərdən yerləşmə ölkəsini tərk edənə qədər, yaxud yerləşmə ölkəsini tərk etmək üçün ağlabatan müddət keçənə qədər istifadə etməkdə davam edirlər.
1. Öz vəzifəsini tutmaq üçün gedərkən və ya öz vəzifəsinə, öz ölkəsinə qayıdarkən vəzifəli konsulluq əməkdaşı zərurət olduqda, ona viza verən üçüncü dövlətin ərazisindən keçirsə və ya bu ərazidə dayanırsa, həmin üçüncü dövlət onun keçib getməsini və ya qayıtmasını təmin etmək üçün tələb olunan və hazırki Konvensiyanın digər maddələri ilə nəzərdə tutulan bütün immunitetləri təqdim etməlidir.
Bu onunla birgə yaşayan və bu cür imtiyaz və immunitetlərdən istifadə edən, vəzifəli konsulluq şəxsini müşayiət edən və ya ayrılıqda ona çatmaq üçün gedən və ya öz ölkəsinə qayıdan ailə üzvlərinə də aiddir.
2. Bu maddənin 1-ci bəndində göstərilən vəziyyət yarandıqda, üçüncü dövlət konsulluqu qurumunun digər əməkdaşları və onlarla birgə yaşayan ailə üzvlərinə ərazisindən keçib getməsinə maneçilik törətməməlidir.
3.Üçüncü dövlətlər tranzitlə gedən rəsmi yazışmaya və kodlaşdırılmış, şifrəli məktublar da daxil olmaqla digər rəsmi məlumatlara da hazırki Konvensiyaya müvafiq olaraq yerləşmə dövlətinin verdiyi ilə eyni azadlıq və mühafizəni təmin etməlidirlər. Bu dövlətlər tranzitlə gedən, zərurət olduqda viza verilmiş konsulluq kuryerlərinə, həmçinin tranzitlə gedən konsulluq valizlərinə hazırki Konvensiyaya müvafiq olaraq yerləşmə dövlətinin verdiyi ilə eyni azadlıq və mühafizəni təmin etməlidirlər.
4.Üçüncü dövlətlərin bu maddənin 1,2 və 3-cü bəndləri ilə nəzərdə tutulan vəzifələri bu bəndlərdə nəzərdə tutulan və fövqəladə vəziyyətlə əlaqədar üçüncü dövlətin ərazisində olan şəxslərə, həmçinin rəsmi məlumatlara və konsulluq valizlərə də şamil edilir.
1. Imtiyaz və immunitetlərdən istifadə edən bütün şəxslər bu imtiyaz və immunitetlərə ziyan vurulmadan yerləşmə dövlətinin qanun və qərarlarına hörmət etməyə borcludurlar. Onlar, həmçinin bu dövlətin daxili işlərinə qarışmamalıdırlar.
2. Konsulluq binaları konsulluq funksiyalarının icrası ilə uzlaşmayan məqsədlərlə istifadə edilməməlidir.
3. Hazırki maddənin 2-ci bəndinin müddəaları dəftərxana və digər orqanların, yaxud qurumların binanın konsulluq otaqları olan hissəsində yerləşmə mümkünlüyünü istisna etmir. Bir şərtlə ki, bu dəftərxanalar üçün ayrılmış otaqlar konsulluq qurumunun istifadə etdiyi otaqlardan ayrılacaq. Bu halda göstərilən dəftərxanalar hazırki Konvensiyaya müvafiq olaraq konsulluq otaqlarının bir hissəsi deyillər.
Konsulluq qurumu əməkdaşları istənilən yol nəqliyyat vasitəsi, gəmi, yaxud təyyarənin istifadəsi ilə bağlı üçüncü şəxslərə dəyə biləcək zərərdən sığortaya aid yerləşmə dövlətinin qanun və qaydaları ilə nəzərdə tutulan bütün tələblərə riayət etməlidirlər.
1.Ştatda olan vəzifəli konsulluq şəxsləri yerləşmə dövlətində şəxsi mənfəət məqsədilə peşə və kommersiya fəaliyyəti ilə məşğul olmamalıdırlar.
2.Hazırki fəsillə nəzərdə tutulan imtiyaz və üstünlüklər təqdim edilmir:
a) yerləşmə dövlətində şəxsi gəlirlər əldə etmək məqsədi ilə özəl fəaliyyətlə məşğul olan konsulluq əməkdaşları və ya xidməti personalın işçiləri;
b) «a» yarımbəndində qeyd edilən şəxsin ailə üzvləri və onun özəl ev işçiləri;
c) yerləşmə dövlətində şəxsi gəlirlər əldə etmək məqsədi ilə özəl fəaliyyətlə məşğul olan konsulluq qurumu əməkdaşının ailə üzvləri.
FƏSIL III. Fəxri vəzifəli konsulluq şəxsləri və bu cür vəzifəli şəxslərin başçılıq etdiyi konsulluq qurumlarına tətbiq edilən rejim
1.28, 29, 30, 34, 35, 36, 37, 38, 39 və 54-cü maddənin 3-cü bəndi və 55-ci maddənin 2-ci və 3-cü bəndləri fəxri vəzifəli konsulluq şəxslərinin başçılıq etdiyi konsulluq qurumlarına şamil edilir. Bundan başqa, bu cür konsulluq qurumlarının üstünlükləri, imtiyaz və immunitetləri 59, 60, 61 və 62-ci maddələri ilə tənzimlənir.
2.42 və 43-cü maddələr, 44-cü maddənin 3 bəndi, 45 və 53-cü maddələr, 55-ci maddənin 1-ci bəndi fəxri vəzifəli konsulluq şəxslərinə şamil edilir. Bundan başqa, bu cür konsulluq qurumlarının üstünlükləri, imtiyaz və immunitetləri 63, 64, 65, 66 və 67-ci maddələri ilə tənzimlənir.
3.Hazırki Konvensiya ilə nəzərdə tutulan imtiyaz və immunitetlər fəxri vəzifəli konsulluq şəxsin, yaxud fəxri vəzifəli konsulluq şəxsin başçılıq etdiyi konsulluq qurumunda çalışan konsulluq əməkdaşının ailə üzvlərinə şamil edilmir.
Yerləşmə dövlətin üzərinə fəxri vəzifəli konsulluq şəxsinin başçılıq etdiyi konsulluq qurumunun konsulluq binalarının hər cür hücumlar və zərər vurulmasından qorumaq və konsulluq qurumunun sakitliyinin istənilən şəkildə pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün bütün lazımi tədbirləri görmək öhdəliyi düşür.
1.Təmsil edən dövlətin sahib, yaxud icarəçi olduğu və fəxri vəzifəli konsulluq şəxsinin başçılıq etdiyi konsulluq binaları konkret xidmət növünə görə ödənişə aid edilənlər istisna olmaqla bütün dövlət, bölgə və bələdiyyə vergi və rüsumlarından azaddır.
2. Bu maddənin 1-ci bəndində göstərilən vergi tutmalarına təmsil edilən dövlətlə müqavilə bağlayan şəxslərin üzərinə yerləşmə dövlətinin qanunlarına uyğun olaraq qoyulan vergi və rüsumlar aid edilmir.
Fəxri vəzifəli konsulluq şəxsinin başçılıq etdiyi konsulluq qurumunun konsulluq arxiv və sənədləri bütün vaxtlarda və harada olmalarından asılı olmayaraq toxunulmazdır. Bir şərtlə ki, onlar digər kağız və sənədlərdən, o cümlədən konsulluq qurumu başçısı və onunla işləyən istənilən şəxsin özəl poçtundan, həmçinin onların ixtisası, yaxud peşəsinə aid materiallar, kitab və sənədlərdən ayrı saxlanılır.
Yerləşmə dövləti özünün qəbul etdiyi qanun və qaydalara müvafiq olaraq aşağıda göstərilənləri gətirməyə icazə verir və anbar, daşınma rüsumları və bu növ xidmət növləri istisna olmaqla bütün gömrük vergilərindən və bununla bağlı rüsumlardan azad edir bir şərtlə ki, onlar fəxri vəzifəli konsulluq şəxsinin başçılıq etdiyi konsulluq qurumunun rsmi istifadəsi üçün nəzərdə tutulub: dövlət gerbləri, bayraqları, lövhələr, möhürlər və ştamplar, kitablar, rəsmi çap materialı, dəftərxana mebeli, dəftərxana avadanlığı və digər, konsulluq qurumunun yerləşmə dövlətindən, yaxud sonuncunun tələbi ilə əldə etdiyi bu cür əşyalar.
Fəxri vəzifəli konsulluq şəxsinə qarşı cinayət işi qaldırılıbsa, o səlahiyyətli orqanlara gəlməyə borcludur. Buna baxmayaraq işin icraatı zamanı onun rəsmi mövqeyi nəzərə alınaraq ona xüsusi ehtiram nümayiş etdirilməlidir və hazırki maddənin 1-ci bəndindəki hallar istisna olmaqla, onun konsulluq funksiyalarını yerinə yetirməsinə mümkün qədər az maneələr qoyulmalıdır. Hazırki maddənin 1-ci bəndinə əsasən fəxri vəzifəli konsulluq şəxsi saxlamaq ehtiyacı yaranırsa, ona qarşı məhkəmə təqibi mümkün qədər qısa vaxt ərzində başlanmalıdır.
Yerləşmə dövləti fəxri vəzifəli konsulluq şəxsinə onun tutduğu rəsmi vəzifə ilə əlaqədar lazım olacaq mühafizəni təqdim etməyə borcludur.
Fəxri vəzifəli konsulluq şəxsləri, yerləşmə dövlətində şəxsi gəlirlər əldə etmək məqsədi ilə istənilən peşəkar və ya kommersiya fəaliyyəti ilə məşğul olanlar istisna olmaqla, yerləşmə dövlətinin əcnəbəilərin qeydiyyatı üzrə qanun və qaydaları ilə nəzərdə tutulan bütün öhdəliklərdən və yaşayış üçün icazə almadan azad edilirlər.
Fəxri vəzifəli konsulluq şəxs təmsil etdiyi dövlətin konsulluq funksiyalarını yerinə yetirdiyinə görə aldığı əməkhaqqı və mükafatlandırmaya aid bütün vergi və rüsumlardan – şəxsi, mülki, dövlət, bölgə və bələdiyyə vergilərindən azad olunur.
Yerləşmə dövləti fəxri vəzifəli konsulluq şəxslərini xarakterindən asılı olmayaraq bütün əmək və dövlət mükəlləfiyyətlərindən, həmçinin rekvizisiya, təzminat və hərbi düşərgələr kimi hərbi mükəlləfiyyətlərdən azad etməlidir.
Hər dövlət fəxri vəzifəli konsulluq şəxslərini qəbul etmək, yaxud təyin etmək məsələsini müstəqil surətdə həll edir.
FƏSIL IV. Ümumi qərarlar
a) konsulluq dairəsinin yerli hakimiyyət orqanlarına;
b) yerləşmə dövlətinin qanunları, qayda və adətləri, yaxud müvafiq beynəlxalq razılıqlar buna imkan verirsə, yerləşmə dövlətinin mərkəzi hakimiyyət orqanlarına;
4. Hazırki maddənin 2-ci bəndində bəhs edilən diplomatik nümayəndəlik əməkdaşlarının imtiyaz və immunitetləri diplomatik münasibətlərə aid beynəlxalq normalarla tənzimlənməyə davam edir.
1.Yerləşmə dövlətinin vətəndaşları olan, yaxud bu ölkədə daimi yaşayan vəzifəli konsulluq şəxslərinə hansısa əlavə üstünlük, imtiyaz və immunitetlər təqdim etmirsə, onlar yalnız öz funksiyalarının icrası zamanı etdiyi rəsmi hərəkətlərəaid yurisdiksiyadan immunitetlə və şəxsi toxunulmazlıqla və 44-cü maddənin 3-cü bəndi ilə nəzərdə tutulmuş imtiyazdan istifadə edirlər. Həmin vəzifəli şəxslərə münasibətdə yerləşmə dövləti 42-ci maddədə göstərilmiş şərtlərə riayət etməlidir.
Bu cür vəzifəli konsulluq şəxsinə qarşı cinayət işi açılırsa (bu şəxsin həbs edilməsi, yaxud tutulması halları istisna olmaqla), ona qarşı məhkəmə təqibi konsulluq funksiyalarının icrasına mümkün qədər az mane olmaqla aparılmalıdır.
2.Yerləşmə dövlətinin vətəndaşları olan, yaxud bu ölkədə daimi yaşayan konsulluq qurumunun digər əməkdaşları və onların ailə üzvləri, həmçinin hazırki maddənin 1-ci bəndində bəhs edilən vəzifəli konsulluq şəxslərinin ailə üzvləri üstünlüklər, imtiyaz və immunitetlərdən yerləşmə dövlətinin onlara verdiyi səviyyədə istifadə edirlər.
Yerləşmə dövlətinin vətəndaşları olan, yaxud bu ölkədə daimi yaşayan konsulluq qurumu işçilərinin ailə üzvləri və özəl ev işçiləri də üstünlüklər, imtiyaz və immunitetlərdən yerləşmə dövlətinin onlara verdiyi səviyyədə istifadə edirlər. Lakin yerləşmə dövləti bu şəxslər üzərində yurisdiksiyasını elə həyata keçirməlidir ki, konsulluq funksiyalarının icrasına mümkün qədər az mane olsun.
1.Bu Konvensiyanın maddələrini tətbiş edərkən yerləşmə dövləti dövlətlər arasında ayrı-seçkilik qoymamalıdır.
2.Lakin aşağıda göstərilən hallar ayrı-seçkilik hesab edilmir:
a) yerləşmə dövləti bu Konvensiyanın hər hansı maddəsini təmsil edilən dövlətin konsulluq qurumuna münasibətdə maddənin məhdudi tətbiqinə görə məhdud şəkildə tətbiq edirsə;
b) əgər adətə və ya razılaşmaya görə dövlətlər bir-birinə Konvensiyanın maddələri ilə tələb ediləndən də daha əlverişli rejim yaradırlarsa.
1.Hazırki Konvensiyanın müddəaları dövlətlər arasında qüvvədə olan digər beynəlxalq razılıqlara təsir etmir.
2.Hazırki Konvensiyanın heç bir müddəası dövlətlərə onun müddəalarını təsdiqləyən, tamamlayan, genişləndirən beynəlxalq sazişləri bağlamağa mane olmur.
FƏSIL V. Yekun anlayışlar
Bu Konvensiya imzalanmaq üçün bütün dövlətlər – Birləşmiş Millətlər Təşkilatının və ya xüsusi təsisatların üzvü, Beynəlxalq Məhkəmə Statusunun iştirakçısı olan dövlətlər, həmçinin Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin Konvensiya üzvü olmaq üçün dəvət etdiyi dövlətlər üçün açıqdır: 1963-ci il oktyabrın 31-dək Avstriyanın Federal xarici işlər nazirliyində, daha sonra 1964-ci il martın 31-dək Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı Mərkəzi Idarələrində.
Bu Konvensiya təsdiq edilməlidir. Təsdiqnamələr saxlanmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə təhvil verilir.
Bu Konvensiya 74-cü maddədə göstərilən dörd kateqoriyadan birinə mənsub olan hər hanı dövlətin qoşulması üçün açıqdır. Qoşulma haqqında aktlar saxlanılmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə təhvil verilir.
1. Bu Konvensiya saxlanılmaq üçün iyirmi ikinci təsdiqnamənin və ya birləşmə haqqında aktın Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə təhvil verildiyindən otuz gün sonra qüvvəyə minir.
2. Iyirmi ikinci təsdiqnamənin və birləşmə haqqında aktın təhvilindən sonra Konvensiyanı təsdiq edən və bu Konvensiyaya qoşulan hər bir dövlətə münasibətdə Konvensiya həmin dövlət özünün təsdiqnaməsini və ya qoşulma haqqında aktını saxlanılmaq üçün təhvil verdikdən otuz gün sonra qüvvəyə minir.
Birləşmiş Millətlər Təşkilatının Baş Katibi 74-cü maddədə göstərilən dörd kateqoriyadan birinə mənsub olan bütün dövlətlərə aşağıdakılar haqqında xəbər verir:
a) bu Konvensiyanın imlazanması və 74, 75 və 76-cı maddələrə müvafiq olaraq təsdiqnamələrin və qoşulma haqqında aktların saxlanılmaq üçün təhvil verilməsi haqqında;
b) 77-ci maddəyə uyğun olaraq bu Konvensiyanın qüvvəyə minməsi tarixi haqqında.
Bu Konvensiyanın rus, ingilis, ispan, çin və fransız dillərində eyni qüvvəyə malik mətninin əsli saxlanılmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə veriləcəkdir ki, o da bu mətnin təsdiq edilmiş surətlərini 74-cü maddədə göstərilmiş kateqoriyalardan birinə mənsub olan bütün dövlətlərə göndərəcəkdir.