İmtiyaz – müstəsna hüquq, üstünlük deməkdir.
Toxunulmazlıq – cəmiyyətdə xüsusi yer tutan insanlara verilən ümumi qanunlara tabe olmamaq müstəsna haqqıdır.
Diplomatik toxunulmazlıq – xarici dövlətlərin diplomatik əməkdaşlarına verilən haqqlar və imtiyazlar məcmusudur.
1.) Səfirliyin binaların və onlara bitişik olan ərazilərin toxunulmazlığı. Xarici səfirlik və onun tutduğu ərazi misal üçün, təyyarı) səvirliyi qərib ölkədə təmsil edən dövlətə məxsusdur. Bu əraziyə səfirlik nümayəndəsinin icazəsi olmadan daxil olmaq (axtarış aparmaq) qadağandır.
Əks tədbirdə səfirlik atəş aça bilər.
2. Yazılar, sənədlər və arxivlərin toxunulmazlığı.
3. Əlaqə və ünsiyyət vasitələrinin azadlığı və toxunulmazlığı: (bir dövlətin müxtəlif ölkələrdəki nümayəndələri arasında, yaxud nümayəndənin öz dövləti ilə saxladığı əlaqə nəzərdə tutulur). Səfirliyin əməkdaşları öz həmvətənləri və başqa ölkələrin nümayəndələri ilə həm açıq mətnlə, həm şifrələrlə əlaqəl saxlaya bilərlər. Şifrə edilməmiş məlumatları çatdırmağa qadağa qoymağa heç kəsin haqqı yoxdur.
4. Diplomatk poçt nə gömürlükdə, nə də istənilən başqa bir yerdə yoxlanılmır.
5. Vergi ödənişindən azad edilmə.
6. Gömrük rüsumlarından azad edilmə və import (idxal) etmək hüququ.
1. Diplomatik işçilərin və onların ailə vzülərinin (əgər onlar təmsil olunan dövlətin vətəndaşlarıdılarsa) istifadə etdikləri imtiyazlar və toxunulmazlıqların tam forması.
2 Səfirliyin texniki və inzibati heyəti, diplomatik ailə üzvləri (əgər onlar diplomatın yerləşdiyi dövlətin vətəndaşlarıdılarsa, yaxud əgər onlar diplomatın təmsil etdiyi dövlətin vətəndaşları deyirlərsə); və ailə üzvlərin şəxsi qulluqçuları üçün nəzərdə tutulmuş imtiyazlar və toxunulmazlığın məhdudlaşdırılmış forması.
Diplomatın ölkəyə daxil olma anından yaxud Xarici İşlər Nazirliyi diplomatın gəlişi haqqında xəbərdarlıq etdiyi andan toxunulmazlıq qüvvəyə salınır və diplomatın səlahiyyətlərin müddəti başa çatdıqda onlar qüvvədən düşür. Diplomatın səlahiyyətlərin müddətin bitməsi onun başqa ölkəyə köçürülməsi, onun öz ölkəsi tərəfindən geri çağırılması, yaxud diplomatın onu qəbel edən dövlət «non-qrata» — «arzuedilməz» şəxs elan edilməsi ilə bağlı ola bilər.
Tam (bütöv) imtiyazlar və toxunulmazlıqlar.
1. Diplomatı qəbul edən dövlətin qanunlarına uyğun olaraq onun şəxsi toxunulmazlığı və müdafiəsi.
2. Cinayət məsuliyyətində toxunulmazlıq (diplomat öz dövlətin qanunlarına tabe olar; ən xoşagəlməz halda diplomatı qəbul edən ölkə onu yalnız öz əarzisindən çıxartdıra bilər).
3. Vətəndaş və inzibati məsuliyyətdə toxunulmazlıq.
4. Məktublaşmanın toxunulmazlığı.
5. Əmlakın toxunulmazlığı.
6. İctimai vəzifələrdən, o cümlədən, hərbi vəzifələrdən azad edilmə – hərbi xidməti ölkənin yalnız öz vətəndaşları keçməlidir; əgər diplomat qərib ölkəyə gəlirsə, deməli, bu dövlətin vətəndaşı olmadığına görə, o, hərbi xidmət keçmir, diplomat yalnız könüllü olaraq hər hansı bir ictimai vəzifəni yerinə yetirə bilər.
7. Şahid kimi ifadə vermək vəzifəsindən azad edilmə. Əgər diplomat hər hansı bir cinayətin şahidi olubsa, heç bir məhkəmə ifadə verməkdən imtihan etdiyi üçün onu məhkum edə bilməz.
8. Dövlət və yerli vergilərdən azad edilmə – diplomat yerləşdiyi dövlətdə heç bir vergi ödəmir.
9.. Gömrük rüsumlarından və şəxsi baqajın yoxlanılmasından azad edilmə – diplomatın baqajına diplomatik pasport bərkidilir; və onun baqajını açmağa heç kəsin hüququ yoxdur.
10. Yerdəyişmə azadlığı – çox vaxt məhdudlaşdırılır, çünki hər bir ölkədə kənar şəxslər, xüsusən də xarici vətəndaşlar buraxılmayan qadağa zonaları, müəssisələri var.
11.. Üçüncü ölkənin əraxisindən keçmək hüququ.
Bütün sadalanan imtiyazlar və hüquqları diplomatik pasport təsdiqlədir.
1. Diplomat onu qəbul edən dövlətin daxili işlərinə müdaxilə edə bilməz.
2. Diplomatın hüququ yoxdur ki, missiya üçün ayrılmış ərazi və binaları qeyri məqsədlə istifadə etsin (müxtəlif şirkətlərə icarəyə vermək və s.)
3. Diplomat öz imtiyazları və toxunulmazlıqlarından şəxsi mənfəət güdə bilməz.
4. Diplomatik toxunulmazlıqdan məhrum edilmə:
Təlimatları pozduna görə diplomat diplomatik toxunulmazlıqdan məhrum edilmə bilər – diplomat və nazir arasında şəxsi gərəzlik olduqca; diplomatın işlədiyi ölkənin hökuməti üçün qəbuledilməz şəxsi keyfiyyətləri olduqda; diplomat işlədiyi ölkənin qanunlarını kobudcasına poxduqda beynəlxalq konflikt baş versin deyə diplomatı təqdim edən ölkənin özü nümayəndəsini geri çağırtdırır. Əgər diplomat gərib ölkənin hökuməti tərəfindən geri göndərilirsə çox hallarda cavab kimi səfirin öz ölkəsi qərib ölkənin diplomatını geri yollayır.
Bəzi hallarda toxunulmazlıq diplomatın təqdim etdimi ölkə tərəfindən də ləğv edilə bilər. Adətən bundan sonra diplomat qərib ölkədən geri çağırılır və hətta o ölkənin qanunlarını pozduğuna görə öz dövlətində məsuliyyətə cəlb edilə bilər.
Səfiri qəbul edən dövlətin hökuməti diplomatik işçini (bu həm ali diplomatik əməkcaş, həm də adi texniki-inzibati işçi ola bilər).
«Non-qrata» — «arzuolunmaz» şəxsiyyət kimi elan edə bilər.
«Qrata» (arzuolunan») şəxs – hər hansı bir dövlətdə diplomatik nümayəndə qismində kandidaturası bu dövlət tərəfindən qəbul olunan şəxsdir. Əgər diplomatın yerləşdiyi və işlədiyi dövlətin hökuməti onun öz geri qaytarılmasını, çağırtdırılmasını tələb edirsə, bu diplomat «non qrata» («arzuolunmaz») şəxs kimi elan edilir.