İlk günün səhəri bir-birini yataqdan qalxdıqları halları ilə görən qadın və kişi ilk peşmanlıq duyğularını hiss edirlər. Eyni evin içində yaşamağa başladıqdan sonra bir-birlərinin daha əvvəl bilmədikləri dəyişik vərdişlərinə və şəxsiyyətlərindəki anormallıqlara şahid olurlar. Daha əvvəl gözlərində böyütdükləri bu insan zamanla dəyərini itirir və bu vəziyyət qısa müddətdə aralarında soyuqluq yaranmasına səbəb olur. Daxildə bəslədikləri bu mənfi duyğular zaman keçdikcə artaraq davam edir. Aradakı sevgi anlayışı səthi olduğundan, bir müddət sonra sevgi zənn edilən duyğuların zəruri bir vərdiş halına çevrildiyini görürlər.
İlk aylar ayıb olmasın deyə bir-birlərinə bu hisslərini bildirməyən və yaxşı dolanmağa çalışan ər-arvad, zaman keçdikcə hörmətlərini itirməyə, kobud, dözümsüz və düşüncəsiz olmağa, bir-birlərindən soyuduqlarını müəyyən edən davranışlar göstərməyə başlayırlar. Lakin bunu ətrafa bildirməməyə çalışırlar. Ancaq ətrafları onsuz da bunun fərqindədir və bu təbii bir hadisə olaraq qəbul edilir. Evliliyin ilk günlərinə "
bal ayı" deyilməsi bunun maraqlı bir göstəricisidir: aydındır ki, qısa bir müddət sonra bal ayı bitəcək, bezginlik, çətinlik, hətta münaqişə dolu aylar və illər başlayacaq. Gələcəkdə isə uşaqlar, dolanışıq dərdi kimi ümumi problemlər və bunların yaratdığı psixoloji mühit evdəki vəziyyəti təyin edir. Ev sakinləri arasında davamlı gərgin və əsəbi münasibətlər yaşanır. Pul davamlı danışılan mövzudur. Ər-arvad arasında sahiblənmə, qısqanclıq kimi mövzular bitməz-tükənməz bir gərginliyə və münaqişələrə səbəb olur. Kişinin həmişə işindən bəhs etməsi, arvadının danışdıqlarını dinləməməsi, davamlı televiziya seyr etməsi, arvadına və uşaqlarına qarşı maraqsız və əsəbi olması evin təbii mühiti halına çevrilir. Evdə ümumiyyətlə dağınıqlıq hakimdir. Həmçinin təmizliyə də diqqət edilməz. Buna görə qəfil gələn qonağın evin bu halını görməsi istənməz. Evdəki mebellər, süfrələr, və s. əşyalar ev sakinlərinin rahatından çox insanların fikirlərinə görə nizamlanır. Qonaqlar üçün xüsusi bir otaq ayrılır. Bu otaqda ev sakinləri çox oturmurlar. Evin ən bahalı və yaxşı əşyaları orada qonaqlara göstərilir.
Uşaqlar isə evdən sonra ən böyük göstəriş ünsürüdür. Onsuz da ilk başdan etibarən valideyinlərin uşaqla bağlı düşüncələrində yalnış fikirlər vardır. Ana və ata uşağı sahiblənir, ona həyat verənin özləri olduğunu düşünür və o düşüncə ilə davranırlar. Hər şeyi yaradanın Allah olduğu və hər şeyin əsl sahibinin O olduğu düşünülmür. Uşağı sahiblənən ata-ana bir müddət sonra da onu istifadə edərək ətrafa göstəriş etməyə, bir növ "özlərini göstərməyə" başlayırlar. Uşağın ağıllı, ya da gözəl olmağını tez-tez vurğulayır və bununla öyünürlər, sanki uşaqdakı gözəllik, ya da zəka özlərindən gəlirmiş kimi davranırlar. Hətta uşağın hər hansı bir gözəl yönü haqqında «mənə oxşayıb» kimi şərhlər edərək özlərinə pay çıxarırlar. Zaman keçdikcə uşaqla göstəriş etmənin ölçüsü genişlənir. Oxuduğu məktəb, dostları, gəzdiyi yerlər göstəriş olsun deyə hamıya bu haqda danışırlır. Adamlıq dini ailələrində uşağın göstəriş vasitəsi olması ilə yanaşı, onu həyatlarının məqsədi və mənası halına gətirmə vərdişi də çox məşhurdur. Bəziləri uşaqlarını həyatlarının tək məqsədi olaraq görür və bütün həyatı boyunca uşağa yaxşı bir gələcək hazırlamağa çalışdıqlarını söyləyirlər. Halbuki bütün insanların həyatlarının tək məqsədi Allaha qulluq etmək olmalıdır. Həyat ancaq Allaha həsr edilməlidir. Bir insanın uşağına baxması da, ancaq Allah rızası üçün ediləcək ibadətdir.
Qadınların bütün həyatı evlilik hədəfinə görə nizamlanmışdır. Gənclikdən etibarən bu hədəf həyatın ən əhəmiyyətli məqsədi olaraq qəbul edilir. Qızların çəkiləri, paltarları, təhsilləri, zövqləri, ətrafları həmişə yaxşı və qazanclı bir evliliyə görə nizamlanır. Gənc qızların bir çoxu universitetə "ər tapmaq" üçün qəbul olurlar. Çünki ər, xüsusilə də zəngin ər, həyatın zəmanəti olaraq görülür. Gənc qız xəyalinda onu dolandıracaq, qoruyacaq, bir ər modeli meydana gətirir və bütün gəncliyini onu tapmaq üçün keçirir. Halbuki Quranda bizə bildirildiyinə görə insana ruzi verən, qoruyub-gözləyən, özündən kömək istənməyə layiq olan, ancaq və ancaq Allahdır.Bu məntiqə görə qurulan evlilik əsl sevgi üzərinə qurulmamışdır və özlərinin də tez-tez ifadə etdikləri kimi bir «müəssisə»yə çevrilmişdir. Evlilik dövründə də bu «ticarət» müqaviləsinin müvəffəqiyyətlə tamamlanmasının həyəcan və xoşbəxtliyi yaşanacaq. Ancaq çox qısa bir müddət sonra ortaya çıxan sevgisizlik, hörmətsizlik insanlarda «səhf etdim» hissini ortaya çıxaracaq. Ümumiyyətlə bu məntiqli insanlarda evlilikdə geriyə dönüş yoxdur. Olsa belə bu da rahatlıq gətirməyəcək. Çünki evlənib ayrıldıqdan sonra da eynilə evlilik kimi, adamlıq dininin tələbləri tətbiq olunaraq yerinə yetiriləcək, bundan sonrakı həyat da adamlıq dininin tələblərinə uyğun olaraq davam etdiriləcək. Əgər bir səhv axtarılacaqsa bunu tək-tək hadisələrdə deyil, bütün bu hadisələrin təməlində yer alan və bütün bu yalnış sistemin üzərində yüksəldiyi və insanları hər halda bədbəxtliyə, hüsrana və itkiyə sürüyən batil fəlsəfədə yəni, «adamlıq dini»nin özündə axtarmaq lazımdır.