Suverenlik
Yurisdiksiya Vətəndaşlıq Müəllif Ralf Corc Felthem
Dövlətin ərazi suverenliyi dövlət sərhədləri daxilindəki torpaqları və onun üzərindəki hava məkanını əhatə edir, ancaq havanın yuxarı qatı (kosmik məkan) buraya daxil olmur. Suverenlik dəniz dövlətlərində də müəyyən məhdudiyyətlərlə daxili və ərazi sularında yayılır; və dövlət xüsusi dəniz zonası, müstəsna iqtisadi zona və kontinental şelf üzərində nəzarət ölçüsünə sahib olur. Dənizlərdə qanuniliyi müəyyən etmək üçün beynəlxalq rejim 1958-ci il Cenevrə konvensiyasına və 1982-ci il dəniz hüquqları üzrə Konvensiyaya əsaslanır.
Aşağıda konvensiyanın əsas müddəaları göstərilir. Sahil dövlətləri uzunluğu on iki dəniz milinə qədər olan ərazi suları üzərində suverenliklərindən istifadə edirlər, lakin xarici gəmilərə həmin sulardan sülh naviqasiyasını həyata keçirmək məqsədilə sülh keçidi kimi istifadə etməyə icazə verilir, uçuşlara isə sahil dövlətləri ilə razılaşdırılmaqla icazə verilir.
Bütün ölkələrin dəniz və hava gəmiləri əgər onlar saxlanılmadan və sahil dövlətlərinin təhlükəsi olmadan hərəkət edirlərsə beynəlxalq naviqasiya üçün istifadə olunan boğazlardan tranzit yolu ilə keçmə hüququna malikdirlər. Boğazlarla sərhəddə olan dövlətlər hamının qəbul etdiyi beynəlxalq qaydaları və ətraf mühitin çirklənməsinə qarşı nəzarəti tətbiq edə bilər, lakin tranziti saxlaya və onun gedişinə maneçilik törədə bilməzlər.
Qruplardan yaxud sıx əlaqəli adalar qrupundan və qarşılıqlı əlaqəli sulardan ibarət olan arxipelaq-dövlətlər adaların son nöqtələrindən keçirilmiş düz xətlərlə məhdudlaşdırılmış dəniz əraziləri ilə əlaqədar suverenliyə malikdirlər. Bütün qalan dövlətlərin gəmiləri arxipelaq dövlətin göstərdiyi dəniz yolları ilə keçid hüququndan istifadə edirlər.
Sahilboyu dövlətlər təbii resursların və iqtisadi fəaliyyət hallarının çoxluğu ilə əlaqədar 200 dəniz mili uzunluğunda müstəsna iqtisadi zona (MİZ, uyğunluğu EEZ) suveren hüquqlarına malikdirlər, həmçinin ətraf mühitin mühafizəsi və elmi tədqiqatlarla əlaqədar müəyyən dərəcədə yurisdiksiya hüququna malikdir. Bütün qalan dövlətlər həmin zonada azad dənizçiliyi və azad uçuşları, həmçinin sualtı kabellərin və boru kəmərlərinin çəkilməsini sərbəst surətdə həyata keçirə bilərlər. Sahilboyu dövlətlər malik olduqları ehtiyatlardan tam həcmdə istifadə edə bilmədikdə onlar dənizə çıxışı olmayan bəzi imtiyazları olan başqa dövlətlərin cəlb edilməsini təmin etməlidirlər.
Ədalətli qərarın verilməsi məqsədilə üst-üstə düşən iqtisadi zonaların delimitasiyası beynəlxalq hüquqlara əsaslanan saziş üzrə həyata keçirilir.
Sahilboyu dövlətlər kontinental şelf (dəniz dibi milli ərazisi) üzərində onun tədqiq edilməsi və hazırlanması məqsədilə suveren hüquqlarını yerinə yetirir; bu hüquq örtən suların və bu suların üzərindəki hava məkanının hüquqi statusuna toxunmur. Şelf sahildən 200 dəniz milindən az olmayaraq, bəzi hallarda isə 350 milə qədər uzadılır. Kontinental şelfin sərhədləri üzrə komissiya dövlətlərə şelfin xarici sərhədləri üzrə zəmanət verir. Sahilboyu dövlətlər 200 dəniz mili uzunluğunda olan şelfin onlara aid olan hər hansı hissəsində neftdən və digər təbii ehtiyatlardan alınan gəlirlərinin bir hissəsini beynəlxalq birliyə vermək üçün ayırmalıdırlar. 1982-ci il konvensiyası MİZ ilə əlaqəli tam oxşar vəziyyətlərdə şelfin üst-üstə düşən sahələrinin delimitasiyasını qabaqcadan nəzərə alır.
Bütün dövlətlər açıq dənizdə dənizçiliyin, uçuşların, elmi tədqiqatların və balıqçılığın ənənəvi sərbəstliyindən istifadə edirlər. Onların idarəetmə və canlı təbii ehtiyatların saxlanması üzrə tədbirlərin görülməsi üçün başqa dövlətlərlə tədbir görmək yaxud əməkdaşlıq etmək üzrə öhdəlikləri var.
Adalarda müstəsna iqtisadi zonanın və kontinental şelfin ərazi suları quruda tətbiq olunan normalara müvafiq olaraq müəyyən edilməlidir, lakin insanın yaşamasını yaxud iqtisadi fəaliyyətini təmin edə bilməyən qayalar yaxud sıldırım qayalıqlar iqtisadi zona yaxud kontinental şelf hesab olunmayacaq.
Daxili yaxud yarımqapalı dənizlərdə yerləşən dövlətlərin canlı təbii ehtiyatlarla idarəetmə, ətraf mühitin mühafizəsi və elmi-tədqiqat siyasəti və fəaliyyəti sahəsində əməkdaşlıq etmələri nəzərdə tutulur.
Dənizə çıxışı olmayan dövlətlər razılaşdırılması lazım olan bütün nəqliyyat növlərindən istifadə etməklə tranzit dövlətlərin ərazisindən tranzit sərbəstliyindən istifadə edərək dənizə daxil olmaq və çıxmaq hüququna malikdir.
"Paralel sistem" (1994-cü ildən düzəlişlərlə) dəniz dibi beynəlxalq rayonunun tədqiqatını və istismarını təmin edir. Həmin rayonda fəaliyyətin bütün növlərinə dəniz dibindən mineral hasilatına nəzarətin həyata keçirilməsinə cavabdehlik daşıyan dəniz dibi üzrə Beynəlxalq agentlik tərəfindən nəzarət edilir, agentliyin qərargahı Yamaykanın Kinqston şəhərində yerləşir.
Dövlətlər öz sərəncamlarında olan ən yaxşı praktiki vasitələrin köməyilə hər hansı mənbədən dəniz mühitinin çirklənməsinə nəzarət etməli və qarşısını almalıdırlar. Sahilboyu dövlətlər, liman dövlətləri və bayraq dövlətləri çirklənmənin qarşısının alınması üzrə tədbirlərə görə cavabdehlik daşıyırlar və qanunu pozanları cəzalandırırlar, xüsusən də əgər çirklənmə gəmidən olarsa. Dövlətlər dəniz mühitinin çirklənməsi ilə mübarizə üzrə beynəlxalq öhdəliklərinin özləri tərəfindən pozulması nəticəsində dəyən ziyana görə maddi məsuliyyət daşıyırlar. Onlar dünya və regional miqyaslarda ətraf mühitin mühafizəsi qaydalarının və normalarının formalaşdırılmasında əməkdaşlıq etməlidirlər və həmin sahədə inkişaf etməkdə olan ölkələrə texniki kömək göstərmək üzrə öz üzərilərinə öhdəliklər götürürlər.
Müstəsna iqtisadi zonada və kontinental şelfdə bütün dəniz elmi tədqiqatları sahilboyu dövlətlərlə razılaşdırılmalıdır, və adi şəraitlərdə belə dövlətlər əgər elmi tədqiqatlar dəniz hüquqları üzrə Konvensiyanın 246-cı maddəsində ifadə edildiyi kimi sülh məqsədləri üçün aparılırsa xarici dövlətlərlə öz razılıqlarını verirlər. Sahilboyu dövlət yalnız Konvensiyada müəyyən edilmiş hallarda belə tədqiqata icazə verməkdən imtina edə yaxud onun dayandırılmasını təkid edə bilər. Mübahisə yarandığı təqdirdə tədqiqat aparan dövlət sahilboyu dövlətlərindən onların hərəkətinin Konvensiya ilə uyğun olmaması əsasında beynəlxalq uzlaşdırıcı proseduranı tələb edə bilər.
Dövlətlər ədalətli və səmərəli əsaslarla dəniz texnologiyasının ötürülməsində və işlənməsində inkişafa kömək etməlidirlər ki, bu da sahibkarların, tədarükçülərin və texnologiya alanların bütün qanuni maraqlarının lazımi qeydiyyatı ilə həyata keçirilir.
Dövlətlər Konvensiyanı tətbiq etmə üzrə öz mübahisələrini sülh yolu ilə nizamlamalıdırlar. Nizamlama vasitələri ilə əlaqədar olaraq razılığa gəlmək mümkün olmadıqda onlar mübahisəli məsələləri həlli hər iki tərəf üçün məcburi olan məcburi proseduradan keçmək üçün təqdim etməlidirlər. Onlara dörd seçim variantı təqdim edilir: Konvensiya çərçivəsində təsis edilmiş dəniz hüquqları üzrə Beynəlxalq tribunal; Beynəlxalq məhkəmə; arbitraj və xüsusi arbitraj. Mübahisələrin bəzi növləri nəticəsi tərəflər üçün məcburi olmayan razılaşdırıcı proseduraya aid olur.
Adətən dövlət yurisdiksiyasının bütün adamlara, mülkiyyətə, onun ərazisində olan fəaliyyətlərə və hadisələrə, aid olduğu hesab edilir və bu məqsədlə onun ərazisinə su əraziləri daxil edilir. Lakin dövlət adətən xarici gəmilərdə xarici vətəndaşlar tərəfindən törədilən cinayətlərlə əlaqədar yurisdiksiyasının tətbiqində ümumi qaydaların pozulmaması və cinayətin ağır cinayətlər kateqoriyasına aid olmaması şərtlə, xüsusilə əgər həmin xarici dövlətin konsul nümayəndəsi vəziyyətə nəzarət edirsə, məhdudiyyətlər tətbiq edir. Yurisdiksiya həmin dövlətdə qeydiyyatdan keçən hava gəmilərində, onun bayrağı altında üzən dəniz gəmilərində və onun xaricdə olan vətəndaşlarına şamil edilir, bundan başqa ümumi yurisdiksiya quldurlara və hərbi cinayətkarlara aid edilir.
Vətəndaşlıq vətəndaşı imtiyazlarla təmin edir və müvafiq olaraq onun üzərinə öhdəliklər qoyur:
"Hər bir dövlətin özü öz qanunlarına müvafiq olaraq kimin onun vətəndaşı olduğunu müəyyən edir. Həmin qanun başqa dövlətlər tərəfindən vətəndaşlıq məsələlərinə aid olan, beynəlxalq konvensiyalarla, beynəlxalq ənənələrlə və hamı tərəfindən qəbul edilmiş hüquq prinsipləri ilə razılaşdırıldığı dərəcədə tanınır.
Şəxsin konkret dövlətdə vətəndaşlığının olub-olmaması barədə hər hansı məsələ həmin dövlətin qanunvericiliyinə müvafiq olaraq həll edilir". Bəzi məsələlər haqqında 1930-cu il Haaqa konvensiyasında qoyulmuş vətəndaşlıq haqqında qanunların toqquşmalarına aid olan həmin fundamental prinsiplər sonradan qəbul edilmiş aşağıdakı prinsiplərlə şəklini dəyişmişdir: əgər dövlət şəxsə vətəndaş statusu verirsə, həmin dövlətlə əlaqəsi çox zəif olan və "həqiqi əlaqələri" əmələ gətirməyən başqa dövlətlər bu növ vətəndaşlığı tanımağa məcbur deyillər, digər hallarda yuxarıda göstərilən prinsiplər tətbiq edilməkdə davam edilir.
Adətən vətəndaşlığı dövlətin ərazisində doğulmaq (jus soli) hüququ ilə yaxud vətəndaşın törəməsi kimi (jus sanquinis), bəzən başqa dövlətin təbəəliyinə keçmək yolu ilə, nikaha girmə yaxud ərizə ilə, habelə nadir hallarda istila etmə, təslim etmə və dövlətin statusunun digər dəyişdirilmələri nəticəsində alırlar. Tez-tez başqa vətəndaşlıq alarkən vətəndaşlıqdan məhrum edilir və xüsusi dövlət qanunverici aktından imtina etdikdə yaxud bəzi hallarda nikaha girmə ya da uzun müddət nikahda olmamaq hallarında vətəndaşlıq itirilə bilər. Bəzən ikili vətəndaşlıq həmin mövzu üzrə iki dövlətin qanunlarının qismən uyğun gəlməsi nəticəsində yaxud istisna hallarda verilə bilər. Şəxs öz vətəndaşlığından məhrum edildisə və başqasını almadıqda vətəndaşlığı olmayan şəxs olur.
Vətəndaşlıqla bağlı qanunlar mürəkkəb və müxtəlifdir, lakin diplomatlar üçün ümumilikdə və konsul işçiləri üçün qismən vacib əhəmiyyətə malikdir. Məsələn, dövlət özgələrinə deyil xaricdə olan öz vətəndaşlarına diplomatik müdafiə üçün kömək etmək hüququna malikdir; şəxs adətən vətəndaşı olduğu dövlət daxilindəki daşınmaz əmlakına sahib olmasını bərpa etmək hüququna (və ardıcıl olaraq öz dövləti istiqamətinə qonşu dövlətdən keçmək üçün tranzit viza prima facie hüququna) malikdir, yaxud o hərbi xidmətə çağırışa ya da ekstradisiyaya lazım ola bilər. Lazımi qaydada rəsmiləşdirilmiş pasport adətən hər yerdə vətəndaşlığı təsdiq edən prima facie kimi tanınır.
Mənbə Diplomatın stolüstü kitabı