Diplomatik missiyaların yerlərinin toxunulmazlığı ənənəvi olaraq onların sığınacaq üçün yer kimi baxılmasına gətirib çıxartdı. Siyasi təqibdən (qayda üzrə adi cinayət işləri ilə əlaqədar tətbiq edilməyən) sığınacaq alma hüququnun mövcud olması və hüquqi qüvvəsi haqqında məsələ yalnız dövri qızğın mübahisələr mövzusu olaraq uzun müddətdir ki, həll edilməmiş qalır. Mürəkkəbləşmiş vəziyyəti yalnız danışıqlar yolu ilə həll etmək olar, ona görə ki, diplomatik münasibətlər haqqında Vyana konvensiyası, diplomatik missiya yerlərinin (həm də bütün daxildə yerləşən) toxunulmazlığını təmin etməsinə baxmayaraq, tərkibində Konvensiyanın toxunulmazlıq və təhlükəsizlik təminatı ilə təsiri aid olmayan hər hansı şəxsin getməsi haqqında müddəa yoxdur. Hətta adi beynəlxalq qanunlar çərçivəsində diplomatik sığınacağın mövcud olmasının qəbul edilməməsinə baxmayaraq başqa regionlarda diplomatik sığınacaq verilməsi praktikası davam edir. Latın Amerikası praktikasını 1954-cü ildə Karakas şəhərində keçirilən onuncu Amerika arası konfransda qəbul edilmiş diplomatik sığınacaq üzrə Konvensiya əsasında bu qaydada ümumiləşdirmək olar:
Müəllif Ralf Corc Felthem
1. Hər bir dövlət sığınacaq vermək və sığınacaq verilməsi xahişi ilə müraciət edən şəxsin qanunu pozma və təqib edilmə motivlərinin xarakterini müstəqil surətdə müəyyən etmək hüququna malikdir.
2. Diplomatik nümayəndəlik sığınacaq verilməsi kontekstinə yalnız daimi diplomatik missiyanın yerləşdiyi yeri və missiya rəhbərinin yaşayış yerini deyil, həm də missiya tərəfindən sığınacaq üçün müraciət edən şəxslərə (əgər onların sayı binanın tutumundan çoxdursa) təqdim edilmiş hər hansı digər yeri də daxil edir.
3. Ərazisində missiya yerləşən dövlət ölkədən hökumətin təminatı ilə sığınacaq üçün müraciət edən şəxsin gəlməsi üçün tələb olunan qəti müddətə son dərəcə vacib hallar istisna olmaqla sığınacaq verilməyə bilər.
4. Əgər vətəndaşı şəxs yaxud üzərində hakimiyyət nəzarətinin itirildiyi xalq yaxud hökumətin özü axtarırsa və o siyasi təqiblə bağlı öldürülmək yaxud azadlıdan məhrum edilmək təhlükəsi altındadırsa və hansısa başqa üsulla öz təhlükəsizliyini xətərsiz təmin etməyi bacarmırsa, belə hallar son dərəcə vacib hallar kimi başa düşülür. Vəziyyətin təcililik dərəcəsinin müəyyən edilməsi hüququ sığınacaq verən dövlətdə qalır.
5. İttiham elan olunan yaxud ümumi qanunu pozma ilə işi məhkəmədə olan yaxud ümumi yurisdiksiya ilə səlahiyyətli məhkəmə tərəfindən mühakimə olunan və öz müddətini çəkib qurtarmayan, həmçinin quru, dəniz və hava hərbi qüvvələrinin fərarilərinin sığınacaq verilmə haqqında xahişi açıq-aydın siyasi xarakter daşıdığı hallar istisna olmaqla müvəqqəti sığınacaq haqqında xahiş edən şəxsə qeyri-qanuni sığınacaq verilməsi.
6. Sığınacaq veriləndən sonra bu fakt haqqında sığınacaq alan şəxsin dövlətinin bilavasitə Xarici işlər nazirliyinə yaxud əgər bu hərəkət paytaxtdan kənarda baş vermişdirsə hökumətin yerli inzibati orqanlarına məlumat verilməlidir.
7. Dövlət hakimiyyəti sığınacaq alan həmin şəxsin qısa müddətə milli hüdudlarından kənara göndərilməsini tələb etmək hüququna malikdir: diplomatik sığınacaq verən ölkənin diplomatik nümayəndəsi isə öz növbəsində həmin şəxsdən həmin dövlətin ərazisini tərk etməsinə icazə verilməsini tələb etmək hüququna malikdir. Hər iki halda təhlükəsizliyə və toxunulmazlığa təminat verilməlidir.
8. Sığınacaq və təhlükəsizliyinə təminat verilən şəxs sığınacaq üçün xahiş etdiyi hər hansı məntəqədə ərazidə yaxud ərazi yaxınlığında yerləşə bilməz.
9. Sığınacaq aldıqdan sonra qaçqınların ictimai qayda-qanunu pozan hər hansı hərəkətinə yol vermək olmaz.
10. Əgər diplomatik münasibətlərinin kəsilməsi nəticəsində sığınacaq verən diplomatik nümayəndə xidmətdə olduğu ölkəni tərk etməyə məcburdursa, ona sığınacaq verilən şəxslərlə birlikdə ölkəni tərk etməyə imkan yaradılmalıdır, yaxud əgər bu mümkün deyilsə onları üçüncü dövlətin diplomatik missiyasına təhvil verməlidir.
11. Olduğu ölkənin hökuməti sığınacaq verən ölkə kimi qəbul edilməyən fakt yuxarıda qeyd olunan ümumi prinsiplərin tətbiq edilməsinə mane olmur və onların tətbiqi də qəbul edilmir.
Mənbə Diplomatın stolüstü kitabı