Prezentasiyanın əsas qaydaları bunlardır:
1. Səs
2. Vücudun (jestlərin) dili Yekun Müəllif Ralf Corc Felthem
Şəxsi ünsiyyətlərin bütün aspektlərində səsin əhəmiyyəti çox qiymətləndirilmir. Kiminsə səsi kimi isə dərhal müdafiə olunmağa məcbur edər, həmçinin adi suala düşməncəsinə cavab verilə bilər; digər tərəfdən səs o saat eyni bir "dalğa uzunluğuna" kökləyə bilər. Düzgün nəfəs almağı və nəfəsinizə nəzarət etməyi öyrənin: dərindən nəfəs almaqla başlayın. Səsinizi maraqlı edin: ucalığını, həcmini və tempini müxtəlifləşdirin. Aydın danışın, ucadan danışmaqdansa mülayim danışın, tez-tez danışmaqdansa yavaş-yavaş danışın. "Mm", "e" yaxud "nu" kimi tələffüzlər etməyin (yaxşısı budur susun yaxud nitqi yavaşıdın).
Cümlənin başlanğıcında səsinizi bir az qaldırın və səsinizin alçaldılması ilə müsahibə alana cavabınızın sona çatdığına işarə edin (ingilis dilində).
Vücudun dilinin əsas elementi - üzün ifadəsidir və bir tərəfdən həddindən çox canlı digər tərəfdən isə son dərəcə "hərəkətsiz" görünmələri arasında balansı saxlamalı; bu balansa yerli qəbul etmə xüsusiyyəti təsir edə bilər, lakin adətən diplomatların "yüngül çəkililik" olmaqdansa "ağır çəkili" olmaları gözlənilir. Diplomatların kameraya yox müsahibə alana baxmaqları (həm də dostcasına və diqqətlə qulaq asmaları) lazımdır; kim ki, tamaşaçıların diqqətini öz şəxsiyyətinə cəlb etmək istəyir əksinə hərəkət edə bilər, lakin belə davranış diplomatın qaydalarına görə deyil. Vücudun dili də adamın oturma və hərəkət etmə qaydası ilə ifadə olunur: o, stulunda belini bükərək öz hərəkəti ilə müsahibə verməyi arzu etməklə müsahibə alana (bu üsulla həm də tamaşaçılara) lütf etdiyini göstərə bilər; o, yöndəmsiz otura və adekvat olmayan təəssürat yarada bilər, guya ki, özündə deyil yaxud başını tərpətməklə və əllərini yelləməklə fikrini yayındıra bilər.
3. Xarici görünüş. Xarici görünüşün səliqəsiz və pinti deyil rəsmi, səliqəli və şəraitə uyğun olması nəzərdə tutulur. Əgər göz eynəyin dalından görünmürsə yaxşısı budur imkan daxilində müsahibəyə beş dəqiqə qalmış onu çıxarın. Xanımlara fikri yayındıran bijuteridən və daranmadan yaxud ümumi fonda təzadlı fərqlənən paltarlardan qaçınmaq lazımdır. Buna görə müsahibə üçün yerin gizli planda necə olacağını qabaqcadan nəzərdən keçirmək məsləhət görülür.
Hər bir kəsin qonşularının arxa həyətlərində baş verənləri kiçik məhdudiyyətlərlə görmək imkanına malik olduğu sərhədlərin potensial barışıq şəffaflığı şəraitində, bizim beynəlxalq münasibətlərdə suayırıcına - geriyə yol olmayan məntəqəyə, - yaxınlaşdığımızı demək mübaliğə olmaz. İnformasiya texnologiyalarında və ümumiyyətlə həm də televiziyada belə sürətlə baş verən texniki inkişaf, imkanların, eləcə də hələlik qabaqcadan xəbər verilə bilməyən problemlərin istər-istəməz gələcək mənbəyi olacaq. Bununla əlaqədar olaraq Britaniyanın televiziya tamaşaçılarının tezliklə yüzdən çox rəqəmsal yerüstü veriliş kanallarını seçmək imkanına malik olacaqlarını qeyd etmək olar və sputnik televiziyası yaxud İnternet vasitəsilə istədikləri hər bir şeyə praktik olaraq baxa biləcəklər. Saxta məlumat və yalan məlumat vermə gələcəkdə anlaşmazlığa və ədavəti qızışdırmağa səbəb ola bilər, lakin digər tərəfdən dünya ictimaiyyəti zorakılığa və toqquşmalara keçmişin qalıqları və barbarlıq kimi münasibət bəsləyən gənc nəsli formaya sala bilər, mədəniyyətlərarası düşmənçilik aradan qaldırıla bilərsə KİV-in diplomatlar üçün media-diplomatiya vasitəsilə vasitəçilik məharətini həyata keçirmək yolunu açması mümkündür.
Vasitəçilik tələb edən halların əksəriyyətinin, onun zorla yaxud könüllü olmasından asılı olmayaraq xalqların yerdəyişməsində öz kökləri vardır; başqasının adətlərini zorla qəbul etdirməkdə yaxud başqa çox mühüm ziddiyyətlərdə: yalnız Avropada dil yaxud mədəniyyət sərhədlərinin müxtəlif tərəflərində milyonlarla insan yaşayır yaxud haradasa başqa bir yerdə barışmaz dəyərləri olan xalqlar bir dövlətin ərazisində passiv düşmənçilik şəraitində yaşayırlar. Bununla belə son dərəcə məhdud sayda adamlar hər hansı toqquşma halında çox vaxt həlledici rol oynayır və "kütləvi informasiya vasitələrinin diqqətinin" hətta "kütləvi informasiya vasitələrinin təzyiqinin" - onların əminliyinə və reaksiyasına psixoloji təsirini dəyərləndirməmək olmaz. Bundan başqa, diplomatlar sözün əhəmiyyətini qiymətləndirməyi öyrəndikləri üçün, onlar emosional çağırışlara malik olan və kütləvi həmrəyliyə səbəb olan "sakit liman" kimi ştamplarla çaşdırmaq üçün öz təsirlərindən istifadə edə bilərlər, lakin yalan təəssürat yaradanlar, reallığı təhrif edənlər nəticədə ümidlərin puç olmasına aparırlar.
Əhəmiyyətli tələb odur ki, diplomatlar öz hökumətlərinin təqdir etmələri ilə ətraflarında baş verən kütləvi informasiya vasitələrinin inqilabını anlamalıdırlar və əlbəttə ki, onlar öz ölkələrinin xeyrini və bir hissəsi sayıldıqları dünya ictimaiyyətinin yaxşılaşdırılması üçün ondan necə istifadə edilməsini fikirləşməlidirlər. Diplomatın həmin mövzu ilə maraqlanması və informasiya texnologiyalarının tərəqqisini başa düşməsi, həmçinin onların işinə təsir göstərəcək texnologiyaların dəyişmə sürətini dərk etməsi vacibdir. Diplomatlar Kompüter Əsrinin işinə uyğunlaşmışlar, indi onlara İnformasiya Əsrinə və Qlobal Birliyə uyğunlaşmaq lazımdır
Mənbə Diplomatın stolüstü kitabı