Konfranslar

Konfranslar

Beynəlxalq danışıqlar xüsusi forma sazişlərin hazırlanmasını ifadə edir: əgər bunlar ikitərəfli danışıqlardırsa onlar nisbətən qeyri-rəsmi ola bilərlər, lakin çoxtərəfli danışıqlar adətən rəsmi konfranslar səviyyəsində keçirilir. Son bir neçə il ərzində beynəlxalq biznes mühitinin genişlənməsi ilə konfransların keçirilməsi praktikası və prosedurası daha da işlənmiş və standartlaşdırılmış oldu - bu elmlərin bir növüdür, sənətə daha yaxın olan konfranslar diplomatiyası isə onun bütün formalarında olan diplomatiya kimi dəyişkən vəziyyətlərə uyğunlaşdı.
Konfransların keçirilməsi praktikası və prosedurası ilk növbədə mümkün olan maksimum nəticənin əldə edilməsi üçün yönəldilmiş və bütün konfrans iştirakçılarını daha çox razı salan hamı tərəfindən qəbul olunmuş qaydalara aiddir, halbuki konfranslar diplomatiyası öz ölkəsinə maksimum xeyir gətirməyə çalışan konkret nümayəndənin biliyinə və təcrübəsinə yönəldilir. Həm də konfransın müvəffəqiyyətlə nəticələnməsi üçün sədrdən yaxud konfransın prezidentindən əhəmiyyətli siyasətçilik göstərmək tələb olunduğunu demək olar, necə ki, o, praktikanı və proseduranı yaxşı anlamalıdır, onun ustalığını daha yaxşı konfransı idarəetməsi ilə müəyyənləşdirmək olar.

Beynəlxalq konfransı bir sıra prinsiplər üzrə ixtisaslaşdırmaq olar. Onlar aşağıdakılardır:
- ikitərəfli və çoxtərəfli;
- bir yaxud bir neçə məsələyə həsr olunmuş;
- xüsusi (ad hoc) yaxud adi;
- daimi katibliklə yaxud onsuz.
Bundan başqa beynəlxalq konfransları onların nailiyyət üçün təşkil etdiyi məqsəd prinsipləri üzrə ayırmaq olar. Bunlara müvafiq olaraq onlar aşağıdakıları edə bilərlər:
- bir yaxud bir necə məsələnin ümumi müzakirəsi üçün forum qismində xidmət edə bilər;
- hökumətlərlə yaxud beynəlxalq təşkilatlarla könüllü tövsiyələri hazırlaya bilər;
- dövlətlər üçün vacib qərarlar çıxara (əksər hallarda ad referendum) bilər;
- hökumətlər tərəfindən maliyyələşdirilən proqramların realizasiyası qaydalarını ya da hökumətlərarası təşkilatın katibliyi üçün təlimat hazırlaya yaxud fəaliyyətini müəyyən edən qərar çıxara bilər məsələn, plenar iclaslar arasındakı fasilədə beynəlxalq təşkilatların daimi və icraiyyə komitələrinin yaradılması yolu ilə;
- müqavilələrin yaxud digər rəsmi beynəlxalq sənədlərin müzakirəsinə və hazırlanmasına xidmət edə bilər;
- beynəlxalq informasiya mübadiləsinə kömək edə bilər məsələn, atomun sülh məqsədləri üçün istifadəsi üzrə BMT Konfransı;
- beynəlxalq proqramlara könüllü ianələrin qəbul edilməsinə xidmət edə bilər məsələn, qaçqınların işi üzrə BMT Komissiyası, Ümumdünya ərzaqla təminat proqramı.

Müəllif Ralf Corc Felthem
Mənbə Diplomatın stolüstü kitabı

Top