(a)akkreditə edilmə və vəkalət
Xarici İşlər Nazirliyində (yer)____gün _______ay _____il imzalanmışdır və möhürlə bağlanmışdır. Möhür Adətən çoxlu sayda dövlətlərin iştirakı ilə keçirilən Konfranslarda etimadnamələr yaxud nümayəndələrin vəkalətlərinin həqiqiliyini yoxlamaq və təsdiq etmək məqsədilə vəkalətlər üzrə Komitə təsis edilir. (b) danışıqlar (c)həqiqiliyin təsdiq edilməsi və tekstin imzalanması
(d) təsdiq etmə (e) qəbul etmə (f) giriş yaxud qoşma (g) dəyişdirilmə yaxud təsdiq etmə haqqında sənədlərin saxlanması (h) qeyd etmə və elan etmə Müəllif Ralf Corc Felthem
Müqavilələrin bağlanması prosesi maraqlı dövlət tərəfindən danışıqları aparan şəxslərdən danışıqların aparılmasına səlahiyyətli olduqlarını, yəni öz etimadnamələrini təqdim etməyi tələb edir. Etimadnamələr adətən şəxsən xarici işlər naziri yaxud onun adından imzalanmış məktub şəklində tərtib edilir.
Əgər müqavilə yaxud digər beynəlxalq sənəd ikitərəfli danışıqların yaxud çoxtərəfli konfransın gedişi zamanı tərtib edilməli və imzalanmalıdırsa nümayəndələrə (onlar hökumət başçıları yaxud xarici işlər nazirləri olduğu hallar istisna olmaqla) vəkalətlər verilməlidir. (Əgər müqavilə dövlət başçıları arasında bağlanırsa, onda vəkalətlər dövlət başçıları tərəfindən, əgər hökumətlər arasında bağlanırsa - onda xarici işlər nazirləri tərəfindən imzalanır.)
Aşağıda səlahiyyətli konfrans tərəfindən nümayəndəyə verilən vəkalətnamənin standart nümunəsi göstərilmişdir.
___________(tarix)____________(yer) keçiriləcək qarşıda duran Konfransda (Konfransın adı) təmsil edilmiş __________(ölkə) hökuməti və bəzi başqa , dövlətlərin Hökumətləri arasında diskussiyaların gedişi zamanı meydana çıxan müəyyən məsələlərin daha yaxşı baxılmasını və razılaşdırılmasını nəzərə alaraq________(ölkə) Hökuməti adından yuxarıda göstərilən diskussiyaların keçirilməsi üçün bütün Hüquqları münasib şəxsə vermək məqsədəuyğundur: mən (F.A.A. tam olaraq), hazırkı Xarici İşlər Naziri təsdiq edirəm ki, (F.A.A. tam olaraq, nümayəndə heyətinin rəhbərinin rütbəsi və rəsmi vəzifəsi) həmin sənədlə yuxanda göstərilən məqsədlərə nail olmaq üçün yönəldilə bilən və___________(ölkə) Hökuməti adından bu şəkildə razılaşdırılan və bağlanan hər hansı sənədi imzalamaq, hər hansı Müqavilənin, Konvensiyanın, Sazişin, protokolun yaxud başqa sənədin, yuxarıda adları çəkilən Hökumətlər adından analoji vəkalətlər və hüquqlar verilmiş Vəkalətli Nümayəndələri ilə razılaşdırmaq və bağlamaq üçün bütün vəkalətlər və hüquqlar verilmiş Vəkalətli Nümayəndə adlandırılır və təyin edilir. Bundan əlavə mən təsdiq edirəm ki, yuxarıda göstərilən Vəkalətli nümayəndə tərəfindən hazırlanmamış və bağlanmamış hər hansı sənəd___________(ölkə) hökuməti tərəfindən ratifikasiya edilməsi vacib olarsa, yuxarıda göstərilən __________(ölkə) Hökuməti tərəfindən bütünlüklə qəbul ediləcək və tanınacaq.
Şahidlik edirəm ki, mən həmin sənədi imzaladım və onu öz möhürümlə bağladım.
Xarici İşlər Nazirinin imzası
Adətən maraqlı dövlətlər arasında müqavilələr üzrə danışıqlardan qabaq saziş - bəzən isə - danışıqların ümumi məqsədlər və mümkün ola bilən nəticəsi ilə əlaqədar məqsədlər haqqında məktub imzalanır. Çoxtərəfli danışıqların aparılması halında gündəlik adətən qabaqcadan razılaşdırılır. İkitərəfli müqavilələr şəraitində hökumət danışıqların aparılması layihəsini tərtib edir və onu konkret saziş bölmələrinə ayırır. Sonra bəzi bölmələrin məqsədəuyğun olaraq texniki yaxud xüsusi altkomitələrə verilməsi meydana çıxa bilər, ki, onların bağlanması müqavilə bağlayan tərəflərin plenar iclasında dinlənilsin. Danışıqların aparılması bacarığı çətinləşdirmə tələb etmir: bu daha yüksək pilləyə yüksəldilmiş bazar meydanında istifadə olunan həmin bacarıq və dayanıqlılıqdır. Bununla belə onların "nəticəsi"ndə danışıqların iştirakçılarına öz davranışlarında adətən öz ölkələrinin hökumətləri tərəfindən yazılı təlimatlarla məhdudiyyətlər qoyulur, həmçinin bütün əsas problemlər haqqında qərarların qəbul edilməsi üçün hökumətlə mümkün razılığa gəlinməsində telefonun yaxud faksın olması vacibdir.
Sənəd razılaşdırıldıqdan sonra ya paraflanır, ya da imzalanır, yaxud sonrakı təsdiq edilməyə qədər (ad referendum) danışıqlarda iştirak edən nümayəndələr tərəfindən imzalanır. Paraflama adətən sadəcə əslinə uyğun teksti ifadə edir və onun icra edilməsinə məcburi dövlətin razılığının bildirilməsi üçün sonrakı fəaliyyəti tələb olunur.
Sonrakı təsdiq edilməyə qədər (ad referendum) imzalanma müvafiq dövlətdən imzanın tam mənası ilə verilməsi üçün təsdiqini tələb edir. Əgər müqavilə "ratifikasiya
olunmalıdırsa" imza məhdud əhəmiyyətə malik olur. Məsələ ondadır ki, digər hallarda dövlət üçün danışığın məcburiliyinin vəkil edilmiş nümayəndə tərəfindən lazımi
qaydada imzalanması, danışığın gedişində razılaşdırılmış yaxud başqa qayda ilə göstərilmiş (məsələn, müvafiq səlahiyyət şərtləri ilə) müqavilənin (məsələn, onun qüvvəyə minməsinə münasibətdə) şərtlərində əks olunmuş məqsəddən asılıdır. Çoxtərəfli danışıqlar, əgər beləsi müqavilənin şərtləri üzrə istisna edilmirsə yaxud onun məqsədi və təyinatı ilə ziddiyyətli deyilsə təshihlərlə imzalana bilər (bu onsuz da əksər hallarda baş verir).
Əgər təsdiq etmə qabaqcadan nəzərə alınmışdırsa (yaxud nəzərdə tutulursa) müqavilə təsdiq edilmə üçün saziş bağlayan tərəflərin hökumətlərinə göndərilir. Təsdiq edilmə beynəlxalq hüquqda icraedici akt sayılır: hər halda o milli qanunverici orqanlar tərəfindən bəyənilənə yaxud müqavilənin vətən hüququnda və qanunverici qaydada praktikada tətbiq edilməsinə qədər qüvvəyə minir. Dövlət onun xüsusi nümayəndəsi ilə razılaşdırılmış müqaviləni təsdiq etmə hüquqi öhdəliyi ilə əlaqəli deyildir, lakin dövlətin fəaliyyət seçimi məhduddur: ya qəbul etmə, ya da tam qəbul etməmə, amma istisna hallarda təsdiq etməni işin xarakterinə dəxili olmayan prosessual xarakter daşıyan düzəlişlərlə aparmaq olar. Dövlət adətən düzəlişlərin edilməsi məqsədilə təkrar danışıqların aparılması haqqında xahişlə çıxış edə bilməz. Təsdiq etmə müqavilənin imzalanması tarixi ilə əlaqədar əks qüvvəyə malik deyildir (əgər bu barədə xüsusi maddə daxil edilməmişsə). ABŞ Konstitusiyası təsdiq etmənin bütün beynəlxalq müqavilələrdə senatın üçdə ikisinin səsi ilə qəbul edilməli olduğunu nəzərdə tutur.
Bəzi hallarda müqaviləyə giriş yaxud müqaviləyə qoşma təsdiq etmənin alternativi qismində beynəlxalq müqavilələrdə "qəbul etmə" haqqında maddəyə daxil edilə bilər. Bu bəzi dövlətlərin konstitusiya çətinliklərinin həll edilməsi üçün müəyyən edilmiş yeni praktikadır; o, bəziləri qəbul etmə formulu haqqında maddənin tərkibində olan əsasən Birləşmiş Millətlər Təşkilatının konvensiyaları ilə bağlıdır. Qəbul etmə qəbul etmə haqqında sənədlərin tərtib edilməsi yolu ilə tətbiq edilir.
Beynəlxalq müqavilələrə əvvəlcə müqaviləni imzalamayan dövlətlərin sonradan qoşulması yaxud birləşməsi haqqında müddəa daxil edilə bilər. Bir qayda olaraq hər iki termin sinonim hesab olunurlar, lakin bəzən "giriş"in bütövlükdə müqaviləyə aid olduğu, "qoşma"nın isə onun bir hissəsi olduğu nəzərdə tutulur. Giriş yaxud qoşma yalnız müqaviləni imzalayan bütün tərəflərin razılığı ilə hüquqi qüvvəyə malik ola bilər, və əgər o məqbul hesab edilirsə, onda adətən müqaviləyə bu barədə icazə müddəası daxil edilir.
Dövlət adından sənədin təsdiq etmə haqqında imzalanması beynəlxalq hüquqda özlüyündə xüsusi əhəmiyyətə malik deyil, ancaq təsdiq etmə haqqında sənədlərin dəyişdirilməsi ilə - yaxud onların deponent tərəfindən saxlanması adətən çoxtərəfli konvensiyalar halında baş verir - qüvvəyə minməsinə imkan yaradır. (Dövlət yaxud təşkilatın katibliyi deponent ola bilər.) Təsdiq etmə haqqında sənədlərin dəyişdirilməsi yaxud saxlanması adətən qüvvəyə minir və protokolun (proces-verbale) tərtib edilməsi ilə qeyd edilir. Təsdiq etmə haqqında sənədlər məsələnin vacibliyindən asılı olaraq dövlət başçısı, hökumət başçısı yaxud xarici işlər naziri tərəfindən imzalanır.
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 102-ci maddəsində iştirakçı-dövlətlər tərəlindən bağlanmış bütün müqavilələrin və beynəlxalq sazişlərin katiblikdə qeyd edilmələri və onların elan edilmələri nəzərdə tutulur. Həmin müddəanın yerinə yetirilməməsi (hansı tərəfdən olursa-olsun) müqavilənin hüquqi qüvvəsinin itirilməsinə gətirib çıxartmır, lakin nəticə belədir ki, Beynəlxalq məhkəmədə yaxud BMT-nin hər hansı digər orqanında müqaviləyə istinad etmək olmaz.
Mənbə Diplomatın stolüstü kitabı