Beynəlxalq hüquq

Beynəlxalq hüquq

Beynəlxalq hüquq insanın dövlət daxilində mövcud olan qaydalara hörmət etməsinin və hüquq normalarını dövlətlərarası münasibətlər sahəsinə tətbiq etmə cəhdinin nəticəsidir. Lakin soyuq müharibənin qurtarmasından sonrakı dövr beynəlxalq hüququn tərəfdarlarını ümidini doğrultmadı. Cinayətkarların tanınması və verilməsi sahəsində olduğu kimi, güclərinin tətbiqinə münasibətdə də siyasi maraqlar naminə beynəlxalq hüquqa etinasızlıq göstərilirdi, pozuntulara yol verilirdi, yaxud daha pisi onlardan sui-istifadə edilirdi. Beynəlxalq hüquq ənənəyə uyğun olaraq əsasən dövlətlər arasında münasibətləri nizamlayan normalar məcmusu kimi müəyyən edilir.
Amma sosial və dövlətlərarası cavabdehlik haqqında məlumatların tədrici inkişafı ilə əlaqədar olaraq, müharibədən sonrakı amillərin və hadisələrin təsir etməsi nəticəsində (məsələn: yeni dövlətlərin yaranması və dövlətdə şəxsiyyətin rolunun artması) beynəlxalq hüququn daha geniş surətdə müəyyən edilməsi tələb olunurdu ki, bu da öz əksini Birləşmiş Millətlər Təşkilatının yaranmasında və inkişafında tapdı. Aşağıda C.C. Starkın "Beynəlxalq hüquqa giriş"-də verdiyi təriflər göstərilir. Beynəlxalq hüququ dövlətin özü üçün mütləq riayət edilməsini hesab etdiyi çox hissəsi davranış normalarından və prinsiplərindən ibarət olan qanun normaları məcmusu kimi müəyyən etmək olar, bu səbəbdən bir-biri ilə münasibətlərdə adətən bunlara riayət edirlər. Aşağıda göstərilənlər də qanun normaları məcmusuna daxildir:
(a) beynəlxalq institutların və təşkilatların fəaliyyəti ilə, onların bir-biri ilə münasibətləri ilə, dövlətlərlə və ayrı-ayrı şəxslərlə əlaqəli qanun normalan; və
(b) ayrı-ayrı vətəndaşların və qanunun qeyri-dövlət subyektlərinin hüquqlarının və vəzifələrinin beynəlxalq cəmiyyət üçün maraqlarının təmsil edildiyi ölçüdə ayrı-ayrı vətəndaşlara və qanunun qeyri-dövlət subyektlərinə aid olan müəyyən edilmiş qanun normaları.
Beynəlxalq hüququn mübahisələr çoxluğunun və qarşı qoyulmuş nöqteyi-nəzərlərin obyekti olmasına baxmayaraq, bəzi sahələr demək olar ki, tam yekdilliklə mövcuddur (məsələn, açıq dənizdə quldurluq və diplomatik toxunulmazlıq), həmçinin spektrin o biri başında çox mühüm ziddiyyətlər sahəsinə malik olan naryadlar. Nə qədər ki, çətinləşmiş hüquq normaları mövcuddur, həmin obyekt alim hüquqşünasların müzakirələri üçün mövzu olduğunu demək olmaz, amma digər tərəfdən "beynəlxalq hüququn" bəzi mənalarda terminlərlə zidd olduğunu dəlillərlə sübut etmək olar. O, bunda missioner coşqunluğu ilə bütün dünyada sülhün və ədalətin yolunu görənlərin və beynəlxalq hüququn qanunverici orqanlarsız və beynəlxalq sanksiyalarsız mümkün ola bilməyəcəyini hesab edənlərin bir növ tərəfdaşlar, lap elə skeptiklər kimi cəlb edilən paradoksdur: hər iki baxış qismən doğrudur və diplomatik qarşılıqlı əlaqələrdə onların əhəmiyyəti belə təsdiq olunur ki, beynəlxalq hüququn qanunları əslində hökumətlərə real təsir göstərir və dövlətlərin ideal qəbul etdiyi lakin bunlara uyğun olaraq yaşamaq onlara həmişə nəsib olmayan beynəlxalq davranış standartlarını ifadə edir. Amma bütün faydalı məqsədlər kimi beynəlxalq hüquq tez-tez pis başlanğıclar üçün istifadə olunur və bütün dünya siyasəti onun prinsiplərinə istinad etməyi ləngitmir, lazım olduqda isə əgər bu onların məqsədlərinə xidmət edərsə yaxud əgər onların maneçilik etdiklərini inkar edərsə onları təhrif edirlər. Buna görə də diplomatlar bu obyektlə tanış olmalıdırlar, lakin ona ehtiyatla əməl etməlidirlər. Beynəlxalq hüququn mənbələri bunlardır: müqavilələr, adətlər, ümumi hüquq normaları, hüquqi presedentlər, hökumətin rəhbərlik edici orqanlarının sənədləri və s.
Bu mövzular diplomatlar üçün yalnız maraqlanın ifadə etməyə və sonrakı tədqiqatlar üçün əsaslar qismində seçilmişdir. Beynəlxalq hüquq məsələlərini hüquqi sayılmayan adi ümumiləşdirmələr və terminologiyalar kimi göstərmək təsəvvürünü yaratmaq istəməzdim.

Beynəlxalq müqavilələr və onların bağlanması

Ümumi prinsiplər

Dövlətlər bir-biriləri ilə yaxud başqa dövlət qrupları ilə öz üzərinə müəyyən olunmuş öhdəliklər götürdükdə müqavilə əlaqələrinə daxil olurlar. Müqavilələr sənəd formalarını dəyişdirilmədən qəbul edir, lakin şifahi razılığın da yazılı müqavilə kimi hüquqi qüvvəyə malik olduğu təsdiq oluna bilər.
Müqavilələr (ümumi termindən istifadə etməklə) müxtəlif formalarda bağlana bilər, məsələn, dövlət başçıları arasında, dövlətlər arasında, hökumətlər arasında (bəzi hallarda müqavilə formaları onların vacibliyindən və formal tələblərindən, amma tez-tez istəklərindən və adətlərindən asılı olur) bağlanan müqavilələr. Belə müqavilələr iştirakçı-dövlətlər üçün, hətta əgər onlar dövlət yaxud hökumət başçıları arasında saziş formasında tərtib olunsa belə məcburiliyi eyni dərəcədədir.

Müqavilə növləri

Beynəlxalq sazişlərdə qeydiyyatdan keçmiş sənədlər müxtəlif adlar daşıyırlar: saziş, razılıq, konvensiya, deklarasiya, nota mübadiləsi, əsas akt, müvəqqəti saziş (modus vivendi), protokol (proces verbale), diplomatik protokol yaxud status. Onların hamısı eyni hüquqi qüvvəyə malikdir, lakin forma və formul üzrə fərqlənirlər. ABŞ praktikasında müqavilələri senatın ratifikasiya etməsi tələb olunur, sazişləri isə konqresin razılığı alındıqdan sonra yaxud konstitusiya səlahiyyətləri ilə bağlamaq olar. Bütövlükdə ikitərəfli sənədlər müqavilə, saziş, notalar mübadiləsi yaxud modus vivendi (onların vacibliyindən və formal tələblərindən asılı olaraq) formasında tərtib edilir, çoxtərəfli sənədlər isə əgər onlar kütləvi xarakter daşıyarlarsa əsas akt yaxud status kimi terminlər tətbiq edildiyi hallar istisna olmaqla, müqavilələr yaxud konvensiyalar formasında tərtib edilir. Son akt özündə konfransların keçirilməsi nəticəsində qəbul edilmiş həm də hər birinin ayrıca razılaşdırma tələb etdiyi bir sıra sazişləri və müqavilələri ifadə edir.
Hazırda az-az istifadə edilən imzalama haqqında protokol xüsusi təyinata malikdir: o müqaviləyə "postskriptum" kimi tətbiq edilə bilər. Müqavilə edən tərəflər onu müqavilənin bir hissəsi hesab edirlər, lakin o ayrıca sənəd kimi hazırlanır və imzalanır. Onun rəsmiliyi əlavə edildiyi müqaviləyə nisbətən daha azdır və müqavilənin bəndlərinin aydınlaşdırılması yaxud digər köməkçi müddəalar kimi imzalayan tərəflərin düzəlişləri ola bilər. Qısa zaman fasiləsindən sonra imzalama haqqında Protokola sazişin əlavə bəndi daxil edilə bilər.
Tez-tez tətbiq edilən, özündə müqaviləyə tez-tez əlavə yaxud düzəliş verilən Protokol beynəlxalq saziş adlanır. Məktublar mübadiləsi müqaviləyə təxminən analoji məqsədlərlə qoşula bilər, lakin o, məqsədlərin rəsmi qeydiyyatını özündə daha az ifadə edir, belə ki, müqavilə edən tərəflərin imzalaması məcburi deyildir. Amma notalar mübadiləsi (yaxud məktublar) adətən dövlətlər arasında sazişin qeydiyyatının daha az rəsmi vasitəsi kimi müqavilədən asılı olmayaraq hazırlanır.
Beynəlxalq müqavilələrin forması və məzmunu

Müqavilələr adətən üç hissəyə bölünürlər:

1. Preambula saziş tərəflərinin adı, səlahiyyətli nümayəndənin F.A.A. və saziş predmeti göstərilən yerdə üslub üzrə bir qədər formaldır, məsələn:
X Respublikası və Y Krallığı
Kömək etmək istəyərək _____________________________________ Nəzərdə tutaraq
_____________________________________ haqqında müqavilə bağlamağı qərara aldıq və bu məqsədlə öz səlahiyyətli nümayəndələrimizi təyin etdik:
Öz müvafiq səlahiyyətlərinə malik olan, lazımi qaydada təsbit edilmiş və düzgün rəsmiləşdirilmiş
X Respublikası:                                         Ən hörmətli cənab
ABV
Y Krallığı:                                                 Zati-Aliləri cənab
QDE
aşağıda göstərilənlər haqqında razılığa gəldilər...
2. Əsas maddələr kimi məlum olan sazişin şərti yaxud mahiyyəti.
3. Aşağıda göstərilən müddəaların bəzilərinin yaxud hamısının daxil olduğu inzibati maddələr yaxud son maddələr (bəzən protokol maddələri kimi məlum olan): Müqavilənin qüvvəyə minməsinin tarixi yaxud metodu Müqavilənin fəaliyyət müddəti və ləğv edilmə qaydası
Hər hansı mübahisələrin nizamlanma metodu Düzəlişlər
Başqa dövlətlərin müqaviləyə qoşulması
Düzəlişlər və yenidən baxılma
Müqavilənin eyni qüvvəyə malik hesab edilən dilləri
Təsdiq etmə haqqında sənədlərin təsdiq edilməsi və saxlanması
Birləşmiş Millətlər Təşkilatında hökmən qeyd edilməsi:
İmzalanma tarixi və yeri
Səlahiyyətli nümayəndənin imzası ( bəzən möhürü)

Beynəlxalq müqavilələrin hüquqi qüvvəsi

Beynəlxalq müqavilə mahiyyətcə dövlətlər arasında kontraktdır və onun hüquqi qüvvəsi maraqlı tərəflərdən biri ilə nəzəri cəhətdən və Vyana konvensiyasının beynəlxalq müqavilələr haqqında qanunu üzrə 48-53-cü maddələrdə göstərilmiş daha müxtəlif səbəblərlə mübahisəli ola bilər. Səbəblər bunlar ola bilər:
Müqavilənin bağlandığı zaman maraqlı dövlətin mövcud hesab etdiyi və əlaqədar müqavilənin bağlanması üçün onun razılığına səbəb olan faktla yaxud şəraitlə əlaqədar nöqsanlar (həmin dövlətin öz davranışı ilə nöqsanların yaranmasına səbəb olduğu yaxud şəraitin dövlətə nöqsanın mümkünlüyünü güman etməyə bəhanə verə bildiyi hallar istisna olmaqla).
Danışıqlarda iştirak edən başqa fırıldaqçı xarakterli dövlətin vasitəçiliyi ilə dövləti müqaviləni bağlamağa vadar edərkən aldatma.
Dövlət nümayəndəsinin korrupsiyası.
Dövlət nümayəndəsinin məcbur edilməsi.
Təhdid edilməklə yaxud güc tətbiq etməklə dövlətin məcbur edilməsi.
Ümumi beynəlxalq qanunlar. ümumi beynəlxalq qanunun imperativ norması ilə ziddiyyətli olan müqavilələr. Həmin konteksdə beynəlxalq dövlətlər birliyi tərəfindən qəbul edilmiş və tanınmış "imperativ norma" bütövlükdə məhdudiyyət qoyulmayan və yalnız sonrakı analoji xarakterli ümumi beynəlxalq qanun normaları ilə dəyişdirilə bilən normanı ifadə edir.
Vicdanla imzalanmış müqavilənin əvvəlcədən bağlanmış sazişin şərtləri ilə ziddiyyətli olduğu hallarla əlaqədar ümumi qaydalar tətbiq etmək mümkün deyil, - ikitərəfli və çoxtərəfli sazişlər arasında yaranan vəziyyət arxiv müdirinin diqqətsizliyi üzündən mümkün olur. BMT Nizamnaməsinin müddəaları ilə bağlı 103-cü maddə qabaqcadan nəzərə alır ki, mübahisə halında BMT Nizamnaməsi üzrə öhdəçilik bütün qalanlarına nisbətən daha qüvvəlidir.

Beynəlxalq müqavilələrin fəaliyyətinin dayandırılması

Müqavilənin fəaliyyəti maraqlı tərəflər arasındakı saziş üzrə hüquqi cəhətdən müqavilədə göstərilmiş fəaliyyət müddətinin qurtarması ilə yaxud onun ləğv edilməsi haqqında müqavilədə nəzərdə tutulmuş müddəanı tərəflərin tətbiq etməsi səbəbindən tamamlana bilər. Əgər maraqlı tərəf belə fəaliyyətin siyasi nəticələrinin (onlar olanda) çətinliyinin və ağırlığının müqavilənin müddəalarına riayət etməkdən daha az olacağını hesab edirsə həmin müddəalardan hansı olursa-olsun olmadıqda o ləğv edilə yaxud birtərəfli qaydada etibarsız elan edilə bilər (praktikada, lakin qanunla - şübhəlidir). Aşağıdakı hallarda belə birtərəfli fəaliyyət üçün müxtəlif legitimlik dərəcələri tələb oluna bilər:
a) müqavilə tərtib edilən zaman mövcud olan şəraitin kökündən dəyişdirilməsi;
b) Varis-dövlət həmin müqavilə üzrə hüquqi yaxud öhdəlik varisi olmayan dövlət kimi müqavilə üzrə başqa tərəfdən ləğv olunma (ikitərəfli müqavilə halında);
c) Müharibənin baş verməsi;
d) Tərəflərin bu sayı ilə çoxtərəfli müqavilənin ləğv edilməsi, hansı ki, onun qüvvəsinin itirilməsinə gətirib çıxarır.
(e) Müqavilə üzrə sazişin başqa tərəfdən əhəmiyyətliliyin pozulması.

Siyasi sığınacaq və cinayətkarların verilməsi

Beynəlxalq hüququn siyasi sığınacaq istəyən şəxslərlə əlaqədar ənənəvi izahının tətbiq edilməsi son illər dayandırıldı, ona görə ki, iqtisadi sığınacaq xahişi ilə müraciət edən şəxslər üçün bəzi yeni normalar təyin etmək siyasi cəhətdən çətindir. Bununla belə qeyd edilməlidir ki, siyasi sığınacağın iki kateqoriyasının mövcuddur: ərazi sığınacağı (dövlət ərazisinə gələn əcnəbiyə təqdim etdiyi) və keçmiş ərazi yaxud diplomatik sığınacaq (diplomatik missiyaların yerlərində yaxud toxunulmazlıq hüququna malik olan digər yerlərdə). Birinci hallar kifayət qədər çoxdur və "siyasi qaçqınlar" qruplarını çox dövlətlərdə göstərmək olar, amma nə qədər ki, onlar başqa ölkədə yaşayırlar, o zaman öz hökumətlərinə çox başağrısı vermirlər.
Siyasi qanun pozucusu öz ölkəsində hökumətə qarşı qızışdırmağa səy göstərdiyi güman edilən silahdaş həmyerliləri arasında mühafizə altında və toxunulmaz yaşaya bildiyi diplomatik sığınacaq şəraitində, digər vəziyyət yaranır.
Ümumi qaydalara görə dövlət onun ərazisinə ("ərazi sığınacağı") gələn xarici vətəndaşa sığınacaq vermək hüququna malikdir və onların verilməsinin əsaslandırılması üçün dəlilləri təqdim etmək onların ekstradisiyasını (verilməsini) istəyən dövlətin üzərinə düşür. Digər tərəfdən əgər dövlət öz missiyalarından biri olaraq ərazisində yerləşdiyi dövlətin vətəndaşına sığınacaq (keçmiş ərazi sığınacağı) vermişdirsə, o zaman bu hərəkəti əsaslandırmaq həmin missiyanın rəhbərinin yaxud onun hökumətinin üzərinə düşür.
İnter alia ekstradisiyaya aid olan xüsusi müddəalar vaxtında qabağını alma və cəzalandırma üzrə BMT Konvensiyasına görə beynəlxalq müdafiədən istifadə edən, diplomatik nümayəndələr də daxil olmaqla 14 dekabr 1973-cü il (Nyu-York konvensiyasına görə) beynəlxalq müdafiədən istifadə edən şəxslərin cinayətləri ilə əlaqədar daxil edilmişdir.

Müəllif Ralf Corc Felthem
Mənbə Diplomatın stolüstü kitabı

Top