Katiblik üzvləri və arxiv qulluqçuları (onların məxfi materiallarla işləri olur) adətən missiyanın göndərildiyi ölkəsinin vətəndaşları olurlar. Qeyri-siyasi (məsələn, mədəni yaxud ticarət) sektorlara, əsasən katiblər və arxiv işçiləri qismində xidmət edən yerli əməkdaşlar cəlb edə bilərlər. Effektli və yaxşı təsnif edilmiş qeydiyyat sistemlərinin aparılması - zəhmət tələb edən prosesdir, ancaq müstəsna əhəmiyyətə malikdir.
Təhlükəsizlik əməkdaşlarının vəzifələri ondan ibarətdir ki, nümayəndəliyin yerləşdiyi binanın qanundankənar keçmək mümkün olmasın; onun üçün ki, işlə bağlı binaya daxil olan şəxslər məxfi informasiyaya, kompüterlərə və xidməti istifadə üçün olan sənədlərə yol tapa bilməsinlər. Daha yaxşı olardı ki, təhlükəsizlik xidməti, missiyanı göndərən ölkənin vətəndaşlarından ibarət olsun. Texniki əməkdaşlar hər şeydən əvvəl kommunikasiyalarda cəmləşirlər. Onlardan kodlaşdırma və kodun açılması, şifrələmə və şifrənin açılması, eləcə də ötürücü və qəbuledici qurğuların (o missiyalarda ki, belə kommunikasiya vasitələrinin istifadəsinə qəbul edən dövlət tərəfindən icazə verilir), faksların, kodlaşdırıcı və dekodlaşdırıcı qurğuların və i. a., idarə olunması və zərurət yaranarsa, təmir edilməsi tələb edilir. Onların işi, təbii ki, məxfi səciyyə daşıyır və onlar heç bir istisna qoyulmadan missiyanın göndərildiyi ölkənin vətəndaşları olmalıdır. Yerli əməkdaşlar, inzibati heyətin və katibliyin bir hissəsi kimi, məxfi səciyyə daşımayan tapşırıqların yerinə yetirilməsinə cəlb olunur. Onların işi xidmət müddətlərinin uzunmüddətliliyi və yerli ənənələrə, siyasi həyata, eləcə də siyasi xadimlərə bələd olmaları səbəbindən çox böyük əhəmiyyətə malik ola bilər. Yerli mütəxəssislər əsasən ticarət, konsul və informasiya şöbələrində, eləcə də tərcüməçi qismində işə cəlb olunurlar. Hesabların aparılması vacib əməliyyatlar və əgər ona lazımı diqqət verilməsə, missiyanın bütün qalan funksiyalarının hamısının birlikdə yarada biləcəyindən böyük problemlərə səbəb ola bilər. İmkan daxilində işə səriştəli bir mühasib (adətən yerlilərdən) cəlb etmək vacibdir. Yaxşı təşkil olunmuş mühasibat hesabı sistemi yerli hesabların vaxtlı-vaxtında ödənilməsi ilə özünü göstərir, ödənişdə yubanmalar isə bütövlükdə missiyanın yaratdığı yaxşı münasibətlərə mənfi təsir edə bilər. Dövlətin paytaxtında yerləşən konsul şöbəsi adətən bilavasitə missiya başçısına tabe olur və çox vaxt missiyanın tutduğu binada yerləşir. Amma bəzi səbəblər üzündən, konsul şöbəsi öz qaydaları ilə idarə olunan ayrıca bölmə formasında təşkil oluna bilər. Konsul şöbəsinin təşkil olunma prinsipləri və funksiyaları VI fəsildə daha ətraflı gözdən keçiriləcəkdir. Mətbuat və informasiya şöbəsi əməkdaşının informasiyaları öz ölkəsinə daha effektli şəkildə verə bilməsi üçün, onun, yeniliklərin hər bir ölkədə ayrıca necə formalaşdırıldığını və kimin formalaşdırdığını bilməsi vacibdir. Şöbə təmsilçisi informasiyanın bilavasitə istehsalçıları - mətbuat, radio, televiziya ilə yaxşı qarşılıqlı münasibətlər saxlanmasından əlavə, tez-tez informasiya bülletenlərini əlaqədar şəxslər, eləcə də ölkəsinə rəğbət bəsləyən şəxslər arasında yaymaq imkanından istifadə edir. Adətən bülletenlərin tərtib olunması zamanı dilmancın (yerli heyətdən olan) xidmətindən istifadə olunur. Məqalələr bülletenin istifadə olunacağı ölkənin dilində və bu ölkə ibarələrinin istifadəsi ilə, yalnız yazılı şəkildə qəbul edilir. Belə bir şöbə üçün ad seçimi -mətbuat xidməti, kütləvi informasiya vasitələri xidməti, informasiya şöbəsi - variantları arasından, konkret vəziyyətdən asılı olaraq nazirliklər tərəfindən həyata keçirilir. Son zamanlara qədər özünü bütövlükdə özünü siyasi fəaliyyətə həsr edən peşəkar diplomatlarla maraqları adətən müəyyən sahə ilə məhdudlaşan attaşelər arasında kəskin fərqlər mövcud idi. Birincilər diplomatik xidmətdə hesab olunurdu və praktikada öz ölkələrinin xarici işlər Nazirliyi ilə akkreditə olunduqları ölkə arasında əlaqə həlqəsi rolunu oynayırdı. İkincilər müxtəlif dövlət idarələrinin nümayəndələri olurdu və hətta missiya başçısının himayəsi və nəzarəti altında ola-ola, ilk növbədə öz departamentinin maraqlarını qoruyurdu. Hal-hazırda diplomatik missiyalar xidmət üçün heyətin sayı daim artırılır və yuxarıda adları çəkilən qruplar arasında fərq silinir. Məsələn, hüquqşünaslıq, yaxud əmək qanunvericiliyi sahəsinin mütəxəssisi attaşe olduğu kimi, katib də ola bilər, yəni diplomatik xidmətdə hesab oluna bilər. Ən başlıcası, tapşırılmış vəzifələrdən asılı olmayaraq, əməkdaşların fəaliyyətinin bütövlükdə missiyanın məqsədlərinə dəqiq uyğun gəlməsidir. Hərbi attaşelər adətən öz ölkələrinin silahlı qüvvələrində həqiqi hərbi xidmətdə olan və müəyyən müddətə diplomatik missiyaya təhkim edilən nümayəndələrindən ibarət olur. Hərbi attaşenin, eləcə də hərbi-dəniz yaxud hərbi-hava attaşesinin əsas vəzifələrindən biri, maraqların həmin dairəsinə aidiyyəti olan hadisələr haqda hesabatları öz departamentinə bilavasitə yaxud, xüsusi vacib hallarda, missiya başçısı vasitəsi ilə təqdim etməkdir. Müəyyən şəraitlərdə hərbi attaşe silahın alınmasına və ya satılmasına imkan yarada bilər və əksər ölkələrdə o eləcə də nizami qoşunların təlimlərinə dəvət olunur. Vaxtilə mədəniyyət üzrə sazişlər hökumətlərarası əlaqələrin sonuncu sahəsi idi və burada qarşılıqlı əlaqənin yeni formalarının axtarılması işi aparılmırdı. Hal-hazırda mədəniyyət məsələləri üzrə attaşe dövlətlər arasında qarşılıqlı anlaşmanı dərinləşdirmək və yaxşı münasibətləri inkişaf etdirmək üçün mühüm əhəmiyyətə malik ola bilər ki, bunu peşəkar yaxud həvəskar yaradıcı kollektivlərin mübadiləsi yaxud dünya səviyyəli artistlərin ölkəyə gəlişinin təşkil edilməsi, eləcə də stipendiyaların təyin olunması, öz ölkəsinin dilinin öyrənilməsi imkanlarının yaradılması vasitəsi ilə həyata keçirə bilər. Bəzən mədəniyyət məsələləri üzrə attaşe vəzifəsinə bu sahənin görkəmli xadimini təyin etmək praktikası tətbiq edilir; lakin belə hallarda missiya çərçivəsində yaxşı administratoru attaşe köməkçisi təyin etmək qaydadır. Bəzi hallarda mədəniyyət məsələləri üzrə attaşe və maarif məsələləri üzrə attaşe ayrıca təyin olunur. Mümkün attaşe postlarının diapazonu yalnız onları təyin edən dövlətlərin maraqları və qəbul edən tərəfin onları qəbul etməyə hazırlıqlığı ilə məhdudlaşır. Attaşe postunun adı onun fəaliyyət sahəsini əks etdirir, məsələn: əmək, kənd təsərrüfatı, balıqçılıq, sənaye, mülki aviasiya, ictimai əlaqələr, muzdlu əmək turizm, qanunvericilik, immiqrasiya, gəmiçilik, meşə təsərrüfatı məsələləri üzrə.
Əgər missiya başçısı yerində deyilsə və ya başqa səbəblər üzündən (məsələn, ağır xəstəlik nəticəsində) ona həvalə edilmiş vəzifələri yerinə yetirə bilmirsə yaxud əgər missiya başçısı vəzifəsi boş qalarsa, onda diplomatik missiya üzvü (adətən - dərəcə üzrə sonra gələn) müvəqqəti işlər vəkili vəzifələrini icra edir. Belə hallarda missiyanın yaxud onun aid olduğu nazirliyin başçısı göndərilən ölkənin müvafiq vəzifəli şəxslərini baş verən dəyişikliklər barədə məlumatlandırır, eləcə də missiya başçısının öz vəzifəsini icra etməyə qayıdacağı müddət haqqında xəbər verir. Əgər heyət üzvlərindən heç biri missiya başçısının olmadığı müddətdə onun funksiyalarını öz üzərinə götürmək iqtidarında deyilsə, inzibati yaxud texniki heyətdən bir nəfər, göndərilən ölkənin təmsilçilərinin razılığı ilə, öz hökuməti tərəfindən missiyanın qarşısında dayanan cari inzibati məsələlərin yerinə yetirilməsinin təşkil olunmasına vəkil edilə bilər. Əgər müvəqqəti işlər vəkili üzərinə götürülmüş vəzifələrinin yerinə yetirilməsini davam etdirmək iqtidarında deyilsə, o öz yerinə yeni müvəqqəti işlər vəkili təyin etməyə səlahiyyətli deyil: bu, xarici işlər nazirliyinin müstəsna hüququdur. Müəllif Ralf Corc Felthem Təhlükəsizlik
Texniki xidmət və kommunikasiya
Yerli əməkdaşlar
Hesabların aparılması
Konsul şöbəsi
Mətbuat və informasiya şöbəsi
Diplomatik xidmətçilər və attaşe-mütəxəssisləri
Hərbi attaşelər
Mədəniyyət və təhsil məsələləri üzrə attaşe
Digər məsələlər üzrə attaşe
Bəzi diplomatik missiyalarda dini rütbəli şəxslər - kapellanlar mühüm rol oynayırlar ki, onlar da diplomatik xidmətdə hesab oluna və diplomatik statusa malik ola bilərlər.Missiya başçısının olmaması yaxud vəzifələrini icra edə bilməməsi
Mənbə Diplomatın stolüstü kitabı