Yetkinlik yaşında tənqid etməyin!

Yetkinlik yaşında tənqid etməyin!

Uşaqlar üçün ən həlledici dövrlərdən biri də yeniyetməlik dövrüdür.Bu dövrdə uşaqlarda fizioloji dəyişikliklərlə yanaşı,psixoloji dəyişikliklər də baş verir.Bu dövrə xas olan əsas xüsusiyyətlərdən biri də (bəlkə də birincisi) təkcə valideynlərin bu dövrü anlamaqda çətinlik çəkmələri yox,uşaqların da bu dövrü anlamaqda çətinlik çəkmələridir.Ona görə də,yeniyetməlik dövründə olan uşaqların hərəkətlərində “qərəz” axtarmaq doğru deyil.

Bu dövrə xas olan başqa mühüm bir xüsusiyyət isə yeniyetmə uşaq üçün dostun ön plana çıxmasıdır.Çünki əgər yeniyetməlik dövrünə qədər uşaq üçün ön planda ailə və müəllimdirsə,yeniyetməlik dövründə isə uşaq üçün ön planda dostdur.Digər tərəfdən,uşaq dostlarının onu “daha yaxşı başa düşdüyünü” və “daha yaxşı qiymət verdiyini” düşünür.Həmçinin,o,dostlarının yanında ailəsi ilə müqayisədə özünü daha rahat hiss edir.Çünki ailədən fərqli olaraq onların yanında heç bir “avtoritetdən” söhbət getmir.Buna görə də o,dostlarının yaşadığı sevinci öz sevinci,dostlarının yaşadığı kədəri isə öz kədəri kimi qəbul edir.Bu baxımdan,onun dostlarına qarşı “istiqamətləndirilən” tənqidləri qəbul etməməsi də təbiidir.Hətta,onun valideynlərini haqsız hesab etməsini və ya dostlarını valideynlərindən üstün tutmasını da təbii qəbul etməlisiniz.Buna görə də,uşağınızın dostlarının onun tərbiyəsinə mənfi təsir göstərdiyinə inanırsınızsa,ona “alternativlər” (alternantiv mühitlər,alternativ dostlar və s.) təqdim edə bilərsiniz.Və ya qarşılıqlı söhbətlərizdə “sizi narahat edən məsələlərdən” bəhs edə bilərsiniz.Unutmayın,nə olursa-olsun,tənqid yolunu seçməməlisiniz...

Mənbə: "Ailəm" jurnalı.
Top