Problemi həll etmək...

Problemi həll etmək...

İki nişanlı son günlərini sayırdılar.Bir ay sonra nikah mərasimləri olacaqdı.Hər ikisi yeni quracaqları bu ailənin bünövrəsini necə “möhkəmləndirəcəklərini” düşünürdülər.Gördükləri,tanıqları ailələrdə baş verən problemləri bir-bir nəzərdən keçirməyə başladılar:


· Evləndikdən bir qədər sonra hər şey adiləşir,həyəcanlar azalır.

· Tərəflər arasında etimadsızlıqdan irəli gələn şübhələr ortaya çıxır.

· Zaman keçdikcə fikirlər,düşüncələr toqquşmağa başlayır.Ailə ziddiyətlər meydanına çevrilir.

· Acı sözlər,xoşagəlməz hərəkətlər sonradan unudulsa da,izləri qalır.

-Yoxsa biz də belə olacağıq?-deyə nişanlılar bir-birlərindən soruşdular.Və sonra ikisi də dörd şeydə bir-birlərinə söz verdilər:

1. Nə olursa-olsun,bir-birmizə yalan danımayacağıq...

2. Nə olursa-olsun,bir-birmizə etimadımızı itirməycəyik...

3. Nə olursa-olsun,bir-birmizə hörmətimizi azaltmayacağıq...

4. Nə olursa-olsun,bir-birmizdən heç nəyi gizlətməyəcəyik.Və bunu aramızda sirr kimi saxlayacağıq.

Bir ay sonra nişanlılar evləndilər.Sizcə,bu ailədə problemlər olmadımı?Əlbəttə ki,oldu.Mübahisə etdikləri,bir-birlərini incitdikləri vaxtlar da oldu.Ancaq heç vaxt bir-birlərinə yalan danışmadılar.Heç vaxt bir-birləri haqqında şübhəyə düşmədilər.Heç vaxt bir-birlərinə sevgilərini,hörmətlərini itirmədilər.Heç vaxt bir-birlərinindən heç nəyi gizlətmədilər.Və verdikləri sözləri yerinə yetirdilər...

Eyni vaxtda evləndikləri dostları ilə üç il sonra görüşəndə o gün qəbul etdikləri qərarın nə qədər doğru olduğunu bir daha başa düşdülər.Dostlarından biri boşanmaq ərəfəsində idi.O biri isə ailə həyatından o qədər də razı görünmürdü.

Əsas məsələ,problemi “kəşf etmək” yox,problemi həll etməkdir...
Top