Bir gün avtobusla gedirdim. Yol boyu özümlə fikrimdə mübarizə aparırdım. Hardansa beynimə düşmüşdü ki, mən bu saat yaxınlıqdakı mağazaya girməli və şokolad almalıyam. Lakin almaq da istəmirdim . Ona görə ki, avtobusdan düşsəm , şokoladı almalı və digər avtobusu gözləyəsi olsam xeyli vaxt geçəcək və tələsdiyim yerə gecikəcəm. Nə isə, qərara gəldim , avtobusu yaxınlıqdakı dayanacaqların birində saxlatdırdım, düşdüm və mağazaya tərəf istiqamətləndim. Güclü külək əsməsinə baxmayaraq şokolad istəyim sönmək bilmirdi.
Axıır ki, mağazaya çatdım. Bura girər - girməz ananın altı yaşlı oğlu ilə mübahisə etdiyinin şahidi oldum. Belə ki, uşaq ağlayır, ayağını yerə vururdu ki, mənə nabat ( şirni) al. Biçarə ana az qala hirsindən partlasın. Məni görcək: - İndiki uşaqlar " var", " yoxdu" bilmirlər. Nə qədər başa salırsan , ay bala, alaram, amma indi yox, tutdurub durub ki, yox e , mən deyəndi almalısan. Adamı xəcalətdi eləyirlər. " Yox" sözünü başa düşmürlər. Yazıq ana o qədər əsəbi idi ki, tanımadığı adama, yəni mənə də dərdini açmalı oldu. Mənsə cavabında gülməyə başladım. Düşündüm ki, bu altı yaşlı uşaqla mənim aramda indiki vəziyyətdə heç bir fərq yoxdu. Çünki mən də özümə " yox" deyə bilməmişdim. Bəzi vaxtlarda , unutmaq lazım deyil ki, biz də uşaq olmuşuq , indi də qəlbimizin dərinliyində uşaq olaraq qalmışıq. Valideynlərimizi görəndə istəyirik ki, ərköyünlük edək, nazımızı çəksinlər. Belə vəziyyətlərə bir qədər yumorla yanaşmaq lazımdı. Düşünəndə ki, vay biabır oldum , uşağımıza sərt rəftar edib, sonra peşmançılıq çəkəcəyik. Əgər mən böyük adam şokolad istəyimi öldürə bilmədimsə, bu uşaq nə etsin? Düşünürəm ki, hərdən güzəşdə getmək olar. Böyüklərin istəkləri bitməz- tükənməzdir, uşaqların istəyi nabat və oyuncaqdan başqa nə ola bilər? Bizim arzularımızı reallaşdırmaq elə də asan deyil, onları xöşbəxt etmək isə sizin əlinizdədir.
Həmçinin bax: Uşağı tərbiyə qaydaları