Fahişəlik və ermənilər

Fahişəlik və ermənilər

Fahişəlik xəstəlikdirmi, həyat tərzidirmi, peşədirmi, əxlaq normasıdırmı, nədir sualı ilə kimə müraciət olunsa, hərə onu müxtəlif cür izah etməyə çalışacaq. Amma fahişəlik pisdirmi, yaxşıdırmı sualı ilə kimə müraciət olunsa, böyük əksəriyyət birmənalı şəkildə «bu, pisdir» deyəcək. Aydındır ki, elələri də olacaq ki, onlar «fahişə təkcə özünə pislik eləyir, oğru, rüşvətxor, korrupsioner isə cəmiyyətə» deyəcək. Bunun əksini düşünənlər də deyirlər ki, fahişələr fahişə olmayanlar üçün pis nümunədir. Bu yazıda da məqsədimiz fahişəliyin yaxşı, pis olduğunu araşdırmaq deyil. Baxmayaraq ki, Azərbaycanda hələ iki əsr əvvəl qeyri millətin və dinin daşıyıcıları olan qadınlardan məqsədli şəkildə təşkil olunmuş qeyri-əxlaqi yerlər vardı.

Həqiqəti əks etdirən qalmaqallı məlumatları ilə dünyanı təlaşa qərq edən Wikileaks-in yaydığı məlumatlardan göründüyü kimi, ABŞ-lı diplomatların Ermənistanda işsizliyin fəlakət dərəcəsinə çatmasının saysız-hesabsız qadınları fahişəlik etmək məcburiyyətilə üz-üzə qoyduğu barədə narahatlıqları əbəs yerə deyil. Əslində Wikileaks ABŞ-ın Ermənistandakı sabiq səfiri Con Evansın azyaşlı qızların valideynləri tərəfindən Türkiyəyə, Birləşmiş Ərəb Əmirliklərinə göndərildikləri ilə bağlı fikirlərini yaymışdı. İrəvan və Vanadzorda baş verənlərə toxunulan məlumatlara əsasən iş o yerə çatıbmış ki, Ermənistanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ("Ümid və yardım") fahişəliklə məşğul olanlara pulsuz tibbi xidmət təşkil edirmiş. Aida adlı Vanadzorlu fahişə özü deyibmiş ki, ona Dubayda 500 manat maaşla qabyuyan işini təklif ediblər. O da dünyadakı bütün digər qadınlar kimi gələcəyinin yaxşı olacağına ümid edərək gedib. Hər şey isə teleseriallardakı kimi olub, dərhal onun pasportunu əlindən alıblar, onlarla qızla birlikdə mehmanxanaya yerləşdiriblər, sonra da gündə 20 müştərini yola salmağa məcbur ediblər. O öz vətəninə qayıdandan sonra da peşəsini davam etdirir, aylıq gəliri də 300 dollar təşkil edir. Dediyinə görə içki içir ki, gördüyü iş üçün daha az xəcalət çəksin. Aidanın bacısı Suzi də ərindən ayrılandan sonra iki uşağını dolandırmaq üçün bu işlə məşğuldur.


Ermənistanlı fahişələr öz taleləri ilə barışıblar və düşünürlər ki, onsuz da onların ölkəsində bu işlə çoxları məşğuldur. Aida və Suzi Dubaya, İstanbula və digər yerlərə bədənini sataraq pul qazanmağa gedən minlərlə erməni qadınlarındandırlar. Aida özü etiraf edib ki, Vanadzor qadınlarının 70 faizi fahişəliklə məşğuldur. Vanadzorda fahişəlik xidmətləri göstərmək üçün kirayə evlər də boldur. Onların aylıq kirayə haqqı 2000 dramdır. Bu evlər 80-ci illərdə zəlzələdən əziyyət çəkən adamların sığınacağı kimi tikilib. İndi isə fahişələrin ümid yeridir.g

Vanadzor polisində həddi-buluğa çatmayanlarla iş üzrə bölmənin rəhbəri Rudik Varosyan isə deyib ki, Vanadzorda azyaşlıların alveri ən aktual problemdir. Valideynlərin icazəsi olmadan da heç bir azyaşlı uşaq ölkəni tərk edib xaricə «işləməyə» gedə bilməz. «Bir sıra valideynlər uşaqlarının xaricdə pul qazanması ilə fəxr edirlər» — deyə Varosyan bildirib.

Qəribədir ki, Ermənistan hökuməti daimi olaraq fahişəliklə mübarizə apardığını bildirir. Amma ölkə müxalifəti də ölkədə fahişəliyin çiçəklənməsinə görə, həmişə iqtidarı günahlandırır.

Maraqlıdır ki, Türkiyə mətbuatı Ermənistandakı qaynaqlara istinad edərək Ermənistanda fahişəliyin təkcə iqtisadi vəziyyətin ağırlığı səbəbindən çiçəklənmədiyini yazır. Türkiyə ermənilərinin bloqunda qeyd olunub ki, Ermənistanda fahişəlik üçün təbii şərait var. Çünki hələ 2001-ci ilin rəsmi statistikasına görə, ölkədə 3 milyon 150 min əhalinin 2 milyon 100 mini — yəni ?-i qadındır. Nəzərə alınsa ki, əmək qabiliyyətli kişilərin də yarım milyonundan çoxu işləmək üçün Rusiya və başqa ölkələrə gediblər, onda ölkədəki demoqrafik balansı təsəvvür etmək çətin deyil. Qadınlarınsa sadəcə 30 faizi işləyir. Yerdə qalan 70 faizi ya yaxın qohumlarının, ya da taleyin ümidinə qalıblar. Erməni bloqçular yazıblar: «Erməni qadını cazibədardır, gözəldir, amma bir o qədər də dərdlidir. Ermənistanda küçələrdə gəzərkən qadınların aşkar üstünlüyünü görməmək olmur. Baxmayaraq ki, erməni qadınların da bir çoxu çörək pulunu öz bədəni bahasına qazanmaq üçün xaricə işləməyə gedir».

İrəvanda fəaliyyət göstərən Qadın Krizis Mərkəzinin nümayəndəsi Lara Aqaronyan bildirib ki, Ermənistanda seksual istismarla bağlı üzə çıxardıqları faktları yerli polisə təqdim edəndə, polis araşdırma əvəzinə qəzəblənir. Belə «xoşagəlməz» işləri açıb-ağartdıqlarına görə QHT nümayəndələrini təhqir edirlər. Hətta Almaniyanın Henrix Böll (Heinrich Böll) Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən insan hüquqları və qadınlara qarşı zorakılıq əleyhinə layihələr də Ermənistanın hüquq-mühafizə orqanlarında qıcıq yaradır. Aqaronyanın fikrincə, qadınların sayca üstünlüyünün və xoşagəlməz vərdişlərdən qorunmamasının əsasında onların hüquqsuzluğu və sayca kişilərdən üstün olması dayanır. «Ermənistan həqiqətən də bir qadın ölkəsidir. SSRİ dağıldıqdan sonra ortaya çıxan iqtisadi çətinliklər, 1988-ci ildə 25 mindən artıq insanın ölümü ilə nəticələnən Spitak və Gümrü zəlzələsi erməni kişilərin xaricə üz tutmasına səbəb oldu. Qarabağ müharibəsi zamanı da kifayət qədər erməni kişiləri öldü. Nəticədə Ermənistanda kişilərin sayı bir neçə dəfə azaldı. Bu isə qadınların tənha qalmasına, iqtisadi cəhətdən təmin olunmamasına gətirib çıxardı. Tənha qadınlarla bağlı dövlətin müvafiq proqramları olmadığından, onlar özlərini və uşaqlarını dolandırmaq üçün iş axtarmağa məcbur oldular. Ermənistanda isə iş yerləri yoxdur. Kasıb və orta təbəqədən olan qadınlar ən yaxşı halda süpürgəçilik edə bilirlər ki, bu postun da sayı o qədər çox deyil. Erməni qadınlar yoxsulluq, aclıqla mübarizə aparmaq üçün qonşu Türkiyəyə və Ərəb Əmirliklərinə üz tutmağa başladılar. Onlar könüllü və ya məcburi fahişəliyə cəlb ediliblər. Bu yolla qazandıqları pulları Ermənistandakı ailələrinə göndərirlər. Doğrudur, bunlar acınacaqlı faktlardır, amma erməni qadınının başqa seçimi yoxdur» — deyə Aqaronyan bildirib.

Fahişə erməni qadınlar problemi Türkiyə hökumətinin də canını boğazına yığıb. Rəsmi statistikaya görə, son 3 ildə Türkiyə hökuməti fahişəliklə məşğul olan 6 min erməni qadınını deportasiya eləyib. Lakin bu rəqəm, Türkiyədə bu peşə ilə məşğul olan erməni qadınlarının real sayını əks etdirmir. 2010-cu ildə Türkiyə hökuməti 100 minədək qanunsuz erməni miqrantın yaşadığı barədə məlumat vermişdi. Kanal D-nin məlumatına görə, bu 100 mindən çoxunu erməni qadınları təşkil edir. Onlar Türkiyədə ən aşağı işlərdə çalışırlar. Gündüzləri kafelərdə, restoranlarda, otellərdə qab-qacaq, paltar yuyur, türk uşaqlarına dayəlik edir, türk ailələrinin evlərini yığışdırır, gecələri isə məlum peşə ilə məşğul olurlar. Onlardan bəziləri hətta illərdir ki, öz ailələrini ziyarət etmək üçün Ermənistana gedə bilmirlər. Çünki çoxusu kimlərsə tərəfindən aldadılaraq Türkiyəyə işləməyə gətirilib, pasportları əllərindən alındığı üçün qanunsuz şəkildə orda yaşamağa məcbur olublar.

Erməni qadınları təkcə İstanbula deyil, Türkiyənin hər yerinə səpələniblər. Türkiyədə nəşr olunan «Beyazqazete»nin yazdığına görə, türk polisi hər gün Adıyaman, Kırşehir, İzmit, Rizə kimi bölgə şəhərlərində də erməni fahişələri zərərsizləşdirməklə məşğuldurlar.

Ermənistanda ən qədim olan şey fahişəlikdir

Əslində fahişəlik Ermənistanda sözün həqiqi mənasında qədim peşədir. Zarafat deyil, onların fahişəlik tarixi yaranıb. Hələ Strabonun zamanında ermənilər bu sahədə professional imişlər. Sən demə, ermənilərdə hətta fahişəlik ilahəsi Anais də varmış. Strabonun yazdığına görə, Babildəki Melitta məbədini xatırladan Anais məbədinin kahin və kahinələri ölkənin ən tanınmış, əsilzadə ailələrin təmsilçiləri arasından seçilirmiş. Burada özünü Anais ilahəsinə həsr edən qızlar yaşayırmış və ora yalnız xaricdən gələn kişilər buraxılırmış. Ən çox xarici kişi tərəfindən ziyarət olunan qız, ən arzuedilən gəlin hesab edilirmiş. Strabonun həmçinin yazıb: «Bu ölkənin qanunlarına görə, həmin qızlar Anais məbədində uzun müddət əxlaqsızlıq etdikdən sonra heç kəs onlarla evlənməkdən imtina etmirmiş (sitat Çezare Lombrozonun „Cinayətkar və fahişə qadınlar“ kitabındandır-m.)».

Ermənilərin fahişəlik ilahəsi barədə fransız tarixçisi Pyer Düfur XIX əsrin ortalarında dərc olunan «Fahişəliyin tarixi» kitabında da yazıb. Düfurun yazdığına görə, Ermənistanda gənc qızların özlərini həmin ilahəyə həsr etdikləri Anaitisin (Anaisin) məbədi varmış. Həmin məbəddəki qızlara baş çəkməyə gələn yad ölkəli kişilər, erməni qadınlardan nəvaziş gözləyirlərmiş. Bir müddət qızlar məbəddə qaldıqdan sonra valideynləri onları ərə verirmiş. Onlara ər tapmaq çox asan olurmuş, çünki belə bir inanc varmış ki, fahişə kimi nə qədər yaxşı olsalar, kişilər onları həvəslə alırlar. Düfur yazır: «Onun (ilahənin) şərəfinə ətrafında sevgi ayinlərinin icra olunduğu böyük məbəd tikilmişdi. Erməni qızları bu məbəddə yalnız xaricilərlə cinsi əlaqədə olmağa razılıq verirdi. Qazanılmış pulları qadınlar səcdəgahda ilahəyə nəzir qoyurdular».

Qəribədir ki, ermənilər hər şeyin saxtalaşdırılmasında mahir usta olduqları kimi Anaisin də əsl mahiyyətini saxtalaşdırmağa başlayıblar. Onlar sübut etməyə çalışırlar ki, əslində onların ilahəsi Anais «Bərəkət ilahəsidir», «xalqın şərəfidir» və «bakirə anadır».

Erməni tarixçi Georq Qoyan «Erməni teatrının 2000 yaşı. Cild 1: Qədim Ermənistanın teatrı» kitabında yazıb ki, fahişəlik Qədim Ermənistanın tarixi ilə üzvi surətdə bağlıdır. Qoyan V əsrdə yaşamış erməni tarixçi Favstos Buzandın Arşakuni sülaləsinin dövrünə dair maraqlı şeylər yazdığını qeyd edib. Buzand bildirib ki, Erməni katalikosu İusikin (340-345 illər) oğulları bozlar (fahişələr), vardzaklar, qusanlar (aktyorlar və komediantlar) və kataklarla əxlaqsızlıq edir, eyş-işrətlə məşğul olurdular". Odur ki, Qoyan ermənilərin «qədim teatrlarının» qədim peşə sahiblərinin məskəni olduğuna diqqət çəkir. O da varmış ki, erməni teatr aktyorları yunan-roma antik teatrından bəhrələnərək erotizmə üstünlük verirlərmiş.

Erməni filoloqu Stepanos Malxasyants «Erməni dilinin izahlı lüğəti» kitabında «vardzak» sözünün mənalarını yazıb. Qədim erməni dilindən gələn bu sözün birinci mənası eyş-işrət məclislərində və ictimai yerlərdə oxuyan və rəqs edən aktrisalar, ikinci, yüngül əxlaqlı qadınlar, üçüncü, fahişələr, dördüncü mənası isə mimosdur.

Favstos Buzandın sözlərinə görə, «vardzak» sözünün bir mənası da hamıya açıq olan qadın deməkdir. Tarixçi bildirib ki, zaman keçdikcə ermənilər arasında «vardzak», «qusan», «boz» kimi terminlər bir ifadədə «mimos» sözündə birləşib. Bu ifadə isə həm erməni qadınlara, həm də kişilərə aid imiş. Arşakunilərdən üzü bəri hökmdarların sarayında erməni qızlarla bərabər erməni gənc oğlanları da "öz məharətlərini" göstərirlərmiş. Odur ki, fahişəliklə təkcə qadınlar yox, elə kişilər də məşğul imiş. Bu işin bir ucu da gedib erməni kişilərin ta qədimdən «mavi» rəngin daşıyıcıları olmasına çıxır.

Wikileaks-in Ermənistanda fahişəliklə bağlı yaydığı məlumatlara paralel olaraq bu ölkə barədə əxlaqa hayqırı olan digər iki məsələ də gündəmə gəldi. Sən demə, Ermənistanda pedofiliya (uşaqbazlıq) durmadan artırmış. Hətta bu işlə ölkənin ən varlı, vəzifəli təbəqəsinin təmsilçiləri məşğul olurmuş. Ermənistan baş nazirinin sabiq müşaviri, biznesmen Serob Ter-Poqosyan pedofil olduğuna görə həbs edilib. Ona qarşı uşaqbazlıqla bağlı ittiham irəli sürülüb. Uşaqlara qarşı seksual zorakılıqla məşğul olmuş məmur həm də Ermənistan Polisində İctimai Şuranın üzvü imiş.

Digər məlumat isə Ermənistanda pornoya maraqla bağlıdır. Google axtarış sisteminin statistikasına görə, 2004-cü ildən etibarən «porno» sözünün axtarış sayındakı artıma görə məhz Ermənistan liderdir. Və Ermənistanda İnternetdə axtarılan bütün digər mövzuların hamısı pornoqrafiyadan geri qalır. Bu arada isə Ermənistan müxalifəti ölkənin baş prokuroru Aqvan Ovsepyanı pornobiznesdə ittiham edib və onun istefasını istəyib...

Qeyd edək ki, Ermənistan qanunvericiliyində fahişəlik qanunla qadağan olunmayıb. Lakin adamları bu işə cəlb etməyə görə 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Fahişəliklə məşğul olanlar üçünsə Ermənistanın İnzibati Məcəlləsində 500-1000 dram (2,5 dollara yaxın), ikinci dəfə yaxalandıqda isə 2000 dram (5 dollara yaxın) cərimə nəzərdə tutulub.

Doğrusu, Ermənistanda fahişəliyin kökünü araşdırarkən üzə çıxan bu tarixi faktlar bizi həmişə düşündürən bir məsələyə cavab tapmağımıza da vəsilə oldu. İndi anlaşılır ki, həmişə bizim mənsəb sahiblərimizin, sovet dövründə ölkədə yüksək postları tutan şəxslərin, gənc və perspektivli yazarlarımızın (maraqlananlar sosial şəbəkələrdə yeni ədəbiyyatçılarımızın, köşə yazarlarımızın erməni qızlarına heyranlıqlarını asanlıqla müşahidə edə bilərlər-red.), Türkiyədə də türk kişilərinin ağlını başından alan erməni qızlarının hansı cəhəti imiş...

Müəllif: Gülgün
Mənbə: Ədaləq qəzeti

Top