Pornoqrafik bayatılar

Pornoqrafik bayatılar

Ay dolanır batmağa
Yuxum gəlmir yatmağa
Əllərim öyrəşibdi
Şux məmə oynatmağa...

Döşlər

Mən Aşiq, yazma məni,
Al qələm, yaz məməni,
Olaydım qış kürsüdə,
Əməydim yaz məməni.

Dan yeri qızaranda,
Qız, məmən qızaranda,
Qalsa qoy oğlan qalsın,
Qalmasın qız aranda.

Mən aşıqəm nərgizlər,
Açılıbdır nərgizlər,
Ər istəyən maya gördüm,
Sinəsində nər gizlər.

Mən aşiqəm, yad ellər,
Yad ölkələr, yad ellər,
Belə sərxoş gəzənin,
Şamamasın yad əllər.

döşlər

Sadizm

Kəkliyim, avla məni,
Dağlara qovla məni,
Gecələr al qoynuna,
Gündüz buxovla məni.

Ehtiraslı yanıq

Bu gecə qıymmışam,
Baş yerə qoymamışam,
Sən məndən doymusansa,
Mən səndən doymamışam.

Gözləri xumar indi
Yaş tökər, yumar indi
Çək şalın sinən üstə
Hər görən cumar indi!

Qeyrət,namus,şərəf...

Bağdan bar iyi gələr
Nardan nar iyi gələr
Burax, dostunu öpüm
Ondan yar iyi gələr…

Arzular

Bu gələn yar olaydı,
Əlindəki nar olaydı,
İkimiz bir köynəkdə,
Köynək də dar olaydı.

Aşiqəm, yara məndə,
Sızıldar yara məndə,
Ölür olsam dirilləm,
Ləbindən yar əməndə.

Ay çıxıbdı bədirli
Qapılar qoşa nərli
Girəydim yar qoynuna
Çıxaydim tərli-tərli

Aşiqəm, əyən gecə,
Dost boyunun əyən gecə,
Cəsəddə canım titrər,
Diz-dizə dəyən gecə.

Ümid edirəm xalq yaradıcılığının bu qiymətli əsərləri xoşunuza gəldi.He-he-he!

Top