Geyşa

Geyşa

Geyşa ilk baxışdan insanı tilsimləyir, özünə cəlb edir. Bu, xüsusi kosmetik vasitələrdən ustalıqla istifadə edərək təbii gözəlliyi vurğulamaq bacarığından irəli gəlir. Kosmetik vasitələrin hazırlanma və istifadə sirləri əsrlərlə nəsildən-nəslə ötürülür.geyşa (geisha,гейша)Bütün kişiləri geyşada ilk növbədə cəlb edən farfor kimi incə, parıltılı dərisidir. Sağlamlığa və dəri gözəlliyinə zərərli olan makiyacı uzun müddət üzlərində saxlayaraq onlar dəri təravətliliyinə necə nail olurlar? Dəri mükəmməlliyinin sirri kameliya gülünün yağından xüsusi hazırlanmış cövhərdir. Bu bitki yaşıl çay kimi effektli antioksidant xüsusiyyətinə malik yüksək miqdarda polifenolla zəngindir. Bundan başqa, kameliya yağı dəri tərəfindən tam və asanlıqla qəbul olunaraq onu nəmləndirir, elastik və möhkəm edir. Yapon kosmetikasından danışarkən bu ölkənin simvolu olan geyşaların hər zaman ondan maska hazırlayıb istifadə etdikləri düyünü qeyd etməmək olmaz. Məhz düyü dərinin qidalanması və təmizlənməsi, rənginin yaxşılaşması və bərabərləşməsi üçün ən çox tətbiq olunan vasitədir. Dərini zərif və ipək kimi etməkdən ötrü geyşalar bədəni xama və dəniz duzu, həmçinin yosunlarla sürtürlər. Bundan başqa, bu vasitə sellülitlə mübarizə üçün də əlverişlidir. Kosmetik vasitələrin hazırlanmasında yerli meyvələrdən də geniş istifadə olunur, onlardan maska, krem, losyon hazırlanır. Xurma gözəl və sağlam dəri üçün faydalı olan maqnezium, dəmir, yod və fosforla zəngindir. Əzgildən hazırlanan kosmetik vasitələr ölmüş hüceyrələri canlandırır, yapon gavalısı isə qocalma prosesini ləngidir.

geyşalar (geisha,гейша)

Paradoksal səslənsə də, yapon kişilərinin çoxu heç zaman geyşalarla qarşılaşmayıblar, çünki bu çox bahadır. Onunla bir neçə saat keçirmək orta statik işçinin illik məvacibinin dörddəbirinə bərabərdir. Heç pul da burada önəm daşımır, zəmanət lazımdır. Yaponlu üçün geyşaların ziyarətinə dəvət olunmaq böyük qürurdur. O, kişi üçün arzuların təcəssümü və eyni zamanda sirdaşıdır. Yalnız varlı dövlət adamları və biznesmenlərin geyşaların olduğu çay evinə gəlməyə imkanları çatar. Xarici görünüşdən geyşalar təmkinli və zərifdirlər. Yapon şirkətləri xaricilər üçün tez-tez geyşalarla şam yeməyi təşkil edirlər. Qızlar qonaqlara bir sıra xidmətlər göstərirlər: bakalların həmişə dolu olmasına nəzarət edir, yelpik yelləyir, pencəyi bir kənara qoyur, siqareti yandırır və bununla kifayətlənirlər. Şam yeməyinin ortasında onlar miniatür səhnədə diz üstündə oturaraq milli üçsimli alətdə ifa edirlər.

qeyşa (geisha,гейша), Yaponiya qadını,

Geyşalar rəqs edir, şeir söyləyirlər. Sonradan yenə də qonaqların yanında otururlar. Geyşalar kiçik addımlarla, taxta səndəldə səssiz gəzirlər. Onların hərəkətləri ləng, ancaq zərifdir. Miniatür və qeyri-adi vüqarlı geyşa qadın həssaslığını simvolizə edir: hündür saç düzümü, bəyaz sima, al-qırmızı rəngə boyanmış dodaqlar, qara və qırmızı karandaşla haşiyələnmiş gözlər - geyşada şər şey gəlinciyi xatırladır. İşgüzar nahar zamanı geyşa içki içməsə də, qonaqlara sake içkisi təklif edir. Həmçinin geyşa yemək də yemir. Geyşanın əhatəsində olan istənilən kişi özünü uşaq kimi hiss edir. Əvvəllər hər bir şəhərin qeyşa evi var idi və hər bir yapon ailəsi əgər qızı geyşa olmağı seçərdisə, bundan böyük fəxarət hissi keçirərdilər. Qızının bu «sənətə» yiyələnməsi üçün pul ödəyə bilən ailə ətrafdakıların hörmətini qazanardı. O zamandan Yaponiya çox dəyişsə də, geyşaya münasibət dəyişməyib. Çünki onlar adət-ənənə davamçılarıdır.

Geyşanın əsas sirri harmoniyadadır – səs və sözün, jest və gözəlliyin harmoniyası.

Top