Pornoya aid dərslər

Pornoya aid dərslər

Alman müəlliməsi Karla Eçenberq Tages-Anzeiger qəzetinə müsahibəsində pornonun uşaqlara başa salınması və hətta buna aid dərslərin keçirilməsinin vacibliyini qeyd edib!


Jurnalıst (J): Xanım Eçenberq siz uşaqlarla porno mövzusunu müzakirə etməyin tərəfdarısız?

Xanım Eçenberq(E): Bu tam belə deyil! Mən, onsuz da pornoqrafiya ilə daim üzləşən uşaqların pornoqrafiya ilə sağlam rəftarının tərəfdarıyam.Bir sıra ailələrdə valideyinlər pornoya baxırlar və porno çarxlar internetdə rahat tapılır.İndiki uşaqlar xarakterik səhnələri, dilləri, səsləri və hərəkətləri bilirlər. Biz uşaqların bu bəladan kənarlaşdırmalıyıq.Məsələn gənclərin hüquqlarına aid qanun və digər hüquqi sənədlərlə. Lakin bu üsullar nədənsə heç vaxt səmərə vermir. Bu halda biz onları pornoqrafiya ilə necə davranmağı öyrətməliyik.Lakin indiki pedaqoji metodlar belə tədris üçün hələ o səviyyədə deyil.

J:Başqa sözlərlə desək. yşaqlar məktəbdə porno çarxlara baxmalıdırlar?

E:Mən pornofilmlərin demonstrasiyasının tərəfdarı deyiləm.Lakin bu cür filmlərdən diqqətlə seçilmiş fraqmentlər və vakideynlərlə söhbət uşaqların pornoya marağını ödəyə və pornoya `aşiqliyi`-ni dayandıra bilər. Pornofilmlər yeniyetmələrin müəllimi kimi çıxış edirlər.Burada onlar qandallardan istifadə və anal seks görə bilərlər ki, bu mövzulardan da `cinsi tərbiyə(полового воспитания)` dərslərində müəllimlərin qaçdığı mövzulardır.Yeniyetmələr bu sahə ilə bağlı `bütün suallara` filmlərdə rast gələ bilirlər.

J: Belə çıxır ki uşaqlar pornoqrafiyanı bilməlidirlər?

E: Uşaqlar pornoqrafiyanın xarakterik cəhətlərini bilməli və dəqiqliklə pornonu erotikadan fərqləndirməyi bacarmalıdırlar. Bu nüansları estetik tərbiyə dərslərində araşdırmaq olar.Həmçinin pornoqrafiyanın analizini biznes nöqteyi-nəzərdən aparmaq lazımdır.Uşaqlar onun təhlükəli olduğunu anlamalıdırlar.Belə ki, pornoqrafiya davranış tərzinə çevrilə və hisllərin və marağın ölməsinə gətirib çıxarda bilər!

J: Pornofilmlərə baxış uşaqlarda psixoloji zədələr yarada bilərmi?

E: Əlbətdə ki! Ekranda cinsi akt görən bəzi qızların intim münasıbətlərə qarşı qorxusu yarana bilər.

J: Hansı yaşda uşaqlarla bu barədə danışmaq olar?

E: Fikrimcə ibtidai məktəbdən, individual və kiçik qruplar halında müzakirələr şəklində! Əgər müəllimlər uşaqlarda pornoya xarakterik hərəkət və davranış müşahidə etsələr onda bu uşaqlarla danışıb bu xarakterik cəhətləri hardam öryəndiklərini müəyyən etməlidirlər.

J: Bəs sonra?

E: pornoqrafiyanın daimi müzakirəsi 5-6 siniflərdən aparılmalıdır. Məsələn: pornoqrafik məzmunlu müəyyən rep mətnlərin və şəkilllərin müzakirəsi şəklində. Uşaqlara pornoqrafik şəkillərin baxılmalında müəyyən bilik və bacarıqları olmalıdır.Çünki, bu şəkillər yaddaşda uzun müddət qalır.Bu cür şəkillər qorxu və ya iryənclik(отвращение) hissi yarada bilər ki. bunun danəticəsi çox pis ola bilər.

J: Bu cür informasiyaları uşaqlar individual əldə edə bilərlərmi?

E: Tam hərəkətsizlik və yeniyetmələrə bu sahə ilə davranışda tam azadlıq vermək çox səhv bir addım olar. Belə cavan şəxslər sonradan özlərini seksual qorxaq və xətrinə dəyilmiş kimi hesab edə bilərlər. Çünki hamı barmaqla onları göstərəcək, onları uzaqdan pornoqrafiyadan saxlayan və uşaqlarla bu barədə bircə dəfə də olsun danışmayan böyükləri yox!

J: Uşaqlarla söhbətlərdə nə qədər uzağa getməyi düşünürsünüz?

E: Zədələr və zor tətbiqi ilə bağlı mövzular qadağan mövzular kimi qalır: bu uşaqları dəhşətli dərəcədə qorxuda bilər.

J: Sizcə porno çarxaların nümayişi uşaqların tədrisinə müsbət təsir göstərəcək yoxsa onları pornofilmlərə baxmağa stimul verəcək?

E: Mən özümdən soruşuram ki, hansı daha təhlükəlidir: açıq söhbət yoxsa komentsiz porno? Hamı internetdə və mobil telefonlarda pornonun bolluğundan narazı və uşaqların pornolardakı hərəkətləri imitasiya etmələrindən məyusdurlar. Sizcə çoxmu valideyn bu problemi həll edə bilir?

J: Bəs ixtisaslı müəllimlər bu problemi həll etmək iqtidatındadırlar?

E: Əminəm ki. əgər mən uşaqlarla 2-3 porno filmə baxıb və sonra müzakirə etsək, uşaqlar bu setuasiyadan daha az zədə ilə çıxa bilərlər. Lakin hər müəllim bunu edə bilməz.Bunun üçün xüsusi didaktik proqram olmalıdır ki müəllimə uşaqları necə başa salmağı öyrədə bilsin.

J: Tutaq ki, belə bir sistem var .......

E: İdealda başa salınmış uşaq belə fikirləşir: «Yox, mən buna baxmaq istəmirəm! Mən özümün, pulsuz, yalançı senarisiz olanını istəyirəm.» Bəs o bunları müqaisə üçün necə əldə edə bilər? Pornoqrafiya sadəcə olaraq bizim seksual həyatımıza bir karikaturadır. Lakin uşaqlar və yeniyetmələr bunu başa düşmür, çünki onlara etalon məlum deyil!

Bu məqalənin müzakirəsini sizə buraxıram! Nəzərə alın ki, burada deyilənlərlə mən tam razı deyiləm.

Top