Pornonun 5 neqativ effekti

Pornonun 5 neqativ effekti

Rabbi Şimuleyə görə, pornoqrafiya ailə münasibətləri və evliliyə çox dağıdıcı təsir edir.Pornoqrafiya kişinin qadına olan hörmətini dəyişərək,nəzərləri qadının şəxsi keyfiyyətlərindən daha çox onun fiziki formalarına yönəldir və qadına öz istəklərinin həyata keçirilməsi üçün bir oyuncaq və ya əşya münasibəti yaradır.Bu evli kişilərin öz yoldaşlarından qeyri məmnunluq yaradır. Bu isə öz növbəsində tələbatın ödənilməməsi problemini yaradır(Çünki bu tələbat artıq qadın bədəninə olan tələbat və tələblərdir). Daha aydın öz sözlərimizlə desək porno ulduzlara baxan kişi yoldaşının bu keyfiyyətlərə malik olmaması səbəbi ilə ondan uzaqlaşır və daha çox 'sola' getməyə başlayır.

Rabbi Şmuley pornonun ailə münasibətlərinə mənfi təsirinin beş əsas səbəbini qeyd edir:

1.Yuxarıda qeyd olunduğu kimi, tələbatın ödənilməsi problemini yaradır.

2.Porno bir narkotik maddə kimi insanda aludəçilik yaradır. Rabbi Şmuley deyir: Bu səndə elə elə ağır tələbat yaradır ki, demək olar ki onu ödəyə bilmirsən. Belə kişilər daim daha çox porno istehlak edirlər və bu da onları öz sevgililərindən(daha çox həyat yoldaşlarından), işlərindən(vəzifə) uzaqlaşdırır.

3.Porn sexizmin bir formasıdır. Pornoda qadın pornonun obyekti olub daha çox əşyalaşdırılır və bu da onları kişi ilə qeyri-bərabər səviyyəyə qoyur. Kişi küçədən keçən qadından daha çox onun bədən üzvlərinə baxır(Bizim dilimizdə göz zinası). Çünki burda artıq bir şəxsiyyət yox əşya kimi istifadə edə biləcəyi bir məvhum(qadın) var.

4.Porno bütün qadınları qeyri-humanist bir kateqoriya şəklinə salır. Bu isə öz növbəsində mənalı romantik münasibətlərin itməsinə və qadına qarşı zor tətbiqinə zəmin yaradır.

5. Porno vahid gözəllik standartı yaradır ki,bu standartla real qadın yaşaya bilməz. Bu isə, kişiyə reallıqda qeyri-məmnun olması ilə nəticələnir. Pornonun prinsipial nəticəsi  insanın hər şeyi itirməsidir. Həyatının qadınına sərf olunacaq bütün  erotic enerji  boş yerə sərf edilir. Sənin erotizmin çatlaq olur ki, bu da səninlə münasibətləri cansıxıcı və ehtimal olunan edir.

Top