Morfin artıq narkotik hesab olunmayacaq

Morfin artıq narkotik hesab olunmayacaq

Avstraliyadan olan tədqiqatçı-həkimlər insan orqanizminin immun sistemində morfin də daxil olmaqla eyni qrupdan olan dərman preparatalarına qarşı asılılıq yaradan TLR-4 reseptorunu aşkarlamışlar.Bu kəşfə əsaslanaraq mütəxəssislər asılılıq yaratmayan dərman preparatları yaratmaq iddiasını sadəcə söz deyil,yaxın gələcəyin innovasiyalarından biri olacağını bildirmişlər. Morfin-beynə ötürülən ağrı siqnallarının qarşısını opioid reseptorlara təsir etməklə alan bir maddədir.Onun qəbulu çox hallarda eyforiya və asılılıq vəziyyəti ilə nəticələnir.Tibbi praktikada morfin olduqca yüksək həssaslıqla və həkim nəzarəti altında bədənə yeridilir.Xroniki xəstəliklər zamanı dərman preparatı kimi ondan istifadə olunması isə pis nəticələri səbəbindn məqsədəuyğun hesab olunmur.

Laboratoriyada siçanlar üzərində təcrübə aparılmışdır.Birincə qrupa ancaq morfin,digərlərinə isə onunla bərabər TLR-4 reseptorlarını blok edən morfinin antoqonisti hesab olunan nalokson birgə vurulmuşdur.İkinci qrup heyvanlarda morfin asılılığı müşahidə olunmamış,eyforiya halı isə qismən qyedə alınmışdır.Bu kəşf tibbdə asılılıq yaratmayacaq səviyyədə morfindən praktiki istifadə üsullarını araşdırmağa təkan verir.Alimlər hal-hazırda TLR-4 reseptorlarının morfinə qarşı asılılıq yaratma prinsipi üzərində işləyirlər.

Top