Bir gün bir milçək vaxtı dayandırmağı qərara aldı. və bir qum saatına girərək, qum saatının ortasında dayandı. Artıq qum saatından qum axmırdı. Bunu görən milçək: «Vaxtı dayandırdım, artıq bundan sonra nə qocalmaq var, nə də ölmək!» — deyə sevindi. Beləliklə, qum günlərlə, hətta həftələrlə axmadı. Ancaq milçək yenə də qum saatının içində qocaldı. Artıq gücü də qalmamışdı. Axırda məcbur olub qum saatından çıxdı. Milçək elə: «Görəsən, vaxtı dayandırdığım halda niyə qocaldım?» — deyə düşünürdü ki, oradan keçən qoca bir milçək: "Çünki sənin dayandırdığın vaxt yox, qum idi!" — dedi.
Ailəm jurnalı