Din adamı yeni qazılmış məzarın başında duasını bitirmək üzrə idi. Birdən, 50 illik arvadını itirmiş olan yaşlı adam qalın səsiylə fəryad etməyə başladı:
"Aaah,aaah! Onu nə qədər çox sevirdim!"
Onun bu fəryad-fəğanı cənazə mərasiminin səssizliyini götürüb apardı.
Məzarın ətrafında dayanan digər ailə üzvləri və yoldaşları çaşdılar, utandılar. Üzləri qıpqırmızı olan yetkin uşaqlar atalarını susdurmağa çalışdı:
"Yaxşı, ata, ağrını anlayırıq, amma sus indi."
Yaşlı adam cənazənin məzara yavaşca endirilişini yaşlı gözlərlə seyr etdi. Din adamı duasını tamamladı. Sonra da, ailə üzvlərini məzara torpaq atmağa dəvət etdi. Yaşlı adamdan başqa hamısı bu vəzifəsni yerinə yetirdi.
Yaşlı adam bir dəfə daha fəryad etdi:
"Ah! Onu nə qədər də çox sevirdim!"
Məzarın ətrafında toplaşanlar yavaş-yavaş qəbiristanlığı tərk etməyə başladı, amma yaşlı adam inadla məzarın yanından ayrılmırdı. Gözləri məzara dikili oradaca elə dayanırdı. Din adamı yanına yaxınlaşdı:
"Nələr hiss etdiyinizi bilirəm, amma artıq getmə zamanıdır. Getməli və həyatınıza davam etməlisiniz."
"Ah! Onu sevirdim!" deyə inlədi adam pərişan bir şəkildə.
"Amma bunu ona bir ya da iki dəfə söylədim!"