Günümüzdə demək olar ki, əksər insanları narahat edən sağlamlıq problemlərindən biri bel ağrısıdır. Bel ağrılarından qurtarmaq üçün aşağıdakı məsləhətlərə diqqət yetirin.
1. Oturmusunuzsa, hər 20 dəqiqədən bir ayağa qalxın və bir neçə addım atın
2. Belinizə dəstək verərək, oturma formanızı düzəldin.
3. Yerə nəsə düşübsə, əyilərək götürməkdənsə yüngülcə çömbələrək götürün.
4. Necə rahat olursunuzsa, o şəkildə yatın.
5. Yatan zaman yatdığınız yerdən qəflətən durmayın.
6. Düz yolda qaçmaq əvəzinə sakit şəkildə yeriyin.
7. Hər gün düzgün duruşla bağlı idman hərəkətləri edin.