Uşağınızın beli ağıryırsa...

Uşağınızın beli ağıryırsa...


Uşaqlarda bel ağrısına nadir rastlandığı deyilsə də, sorğular bunun 30 faizə qalxdığını göstərir. Uşaqlarda rastlanan bel-kürək ağrıları əsasən ağır məktəb çantaları daşımaq, kompüter qarşısında uzun müddət düzgün olmayan vəziyyətdə oturmaq və ya idman edərkən bədəni gücə salmaq kimi sadə hərəkətlərdən qaynaqlanır. Buna görə valideynlər uşaqlarında yaşanan bel ağrılarının səbəblərini adi hesab edib, çox əhəmiyyət vermirlər. Ancaq 4 yaşdan aşağı uşaqlarda rastlanan bel-kürək ağrılarının altında şiş, revmatizm və infeksiyalar kimi ciddi təhlükələr yata bilər.

4 yaşdan aşağı uşaqlarda yaşanan bel ağrılarını mütləq araşdırmaq lazımdır, çünki bu yaşda bel ağrıları çox ciddi səbəblərdən qaynaqlanır. Yaş neçə olur-olsun, bu ağrılar 4 həftəni keçirsə, mütləq ciddi tədbirlər görülməlidir.

Uşaqlarda bel ağrıları özünü necə büruzə verir?
— Kəskin ağrıdırsa, uşağın hərəkət etməsinə mane olur və yuxudan oyadır
— Qızdırma, öskürək, çəki itirilməsi, halsızlıq yaşanır
— Altını batırmaq, sidik saxlamamaq, ayaqlarda gücsüzlük, keyimə, qıdıqlanma kimi nevroloji əlamətlər olur
— Ağrı ayaqlara kimi yayılır

Avtomobil qəzası və ya ya yıxılma kimi bir travma nəticəsində ortaya çıxıbsa, mütləq həkimə müraciət edilməlidir.

Bəs bu bel ağrılarının səbəbləri nələr ola bilər?

Onurğa şişi ya infeksiyaları
Uşaqlarda bel və kürək ağrısı əsasən gecələr yaşanırsa, yatmağa imkan vermirsə, çəki azalması, yorğunluq, səbəbsiz qızdırma, qollara və ayaqlara yayılan ağrı, güc itkisi, keyimə, sidik qaçırmaq və altına batırmaq kimi nevroloji əlamətlər varsa, buna şiş, onurğa iliyi infeksiyaları səbəb olur. Bel-kürək ağrıları ilə birlikdə buna bənzər əlamətlərin görülməsi bel yırtığından da qaynaqlana bilər.

Onurğa qırığı, ya da sürüşməsi
Əgər bel-kürək ağrısı yaşanan qəzadan sonra ortaya çıxıbsa, yumşaq toxuma yaralanmaları, böyümə diskinin sürüşməsi kimi səbəblərdən ola bilər. Bir travmadan sonra başlayıb, uzun müddət davam edən bel ağrısına səbəb onurğa qırığı (spondilolizis), onurğa sürüşməsi (spondilolistezis) ola bilər. Onurğa qırığı və ya sürüşməsi düzgün idmanla məşğul olmayan uşaqlarda da baş verə bilər.

ailem.az 
Top