Artroz və artritlər oynaqların son illərdə təsadüf edilən ən geniş yayılmış xəstəlikləridir. 50 yaşdan yuxarı insanlarda təxminən 27,5% hallarda, 70 yaşdan yuxarı insanlarda isə təqribən 97% hallarda bu xəstəliklərə təsadüf olunur. Bu xəstəliklərin proqressivləşməsi isə bir çox hallarda əlilliyə gətirib çıxarır.
Artrozların yaranma səbəblərinə görə 1-cili və 2-cili artrozlar ayırd edilir. 1-cili artrozlar zamanı oynaqlarda mübadilə proseslərinin pozulması genetik mənşəli olur. Artrozların ilkin əlamətləri – yüngül keçici ağrılar, hərəkətlər zamanı oynaqların mütəmadi olaraq şıqqıltısıdır. Bu mərhələdə aparılan profilaktika tədbirləri əksər hallarda xəstəliyin qarşısını almış olur. Səhərlər oynaqlarda yığışma hiss olunur ki, onlar sanki hərəkətsiz olurlar. Hərəkət etməyə başladıqda ağrı əmələ gəlir və daha da artır. Bir müddət sonra ağrılar zəifləyir və tamam keçib gedir. Lakin günün axırı hərəkət çətinləşir və oynaqlarda səhərkindən daha da şiddətli ağrılar baş verir. Tədbirlər görülməzsə, bu proses illərlə davam edir, daha da güclənir, daimiləşir, sutkalarla davam edir, hətta gecələr də keçmir. Artroza daha çox məruz qalanlar kimlərdir? -Oynaqlara verilən statik yük dinamik yüklə əvəz olunmalıdır, yəni ağır yük qaldırmaq əvəzinə idmanla məşğul olmaq məsləhət görülür, ağır yükü isə arabalı çantalardan istifadə edərək daşımaq olar. Oynaqların birinci düşməni duzdur. Ona görə də, həddindən artıq duzlu və kəskin qidalardan imtina edin. Bəziləri tərkibində xolesterin çox olduğuna görə sümük bulyonlarını qəbul etmirlər. Lakin bunu neytrallaşdırmaq üçün bişənə yaxın bir qədər çiy tərəvəzlər və göyərti (pomidor, cəfəri və s.) əlavə etmək məsləhət görülür. Sümük və qığırdaq bulyonları artrozların müalicəsi üçün təbii dərmandır. Lakin yadda saxlamaq lazımdır ki, ürəyin işemik xəstəliyi, arterial hipertoniya, pankreatit, xolesistit kimi patologiyalarda əks göstərişdir. İldə 1 dəfə bərabər porsiyalarla tərəvəz kokteyli qəbul edin. Bunun üçün qabıqlı limon, qara turp, qıtıqotu, sarımsaq ət maşınından keçirilir və bal qatılır. Açıq qabda və isti yerdə daim qarışdırılaraq 2 həftə saxlanılır. Sonra sıxılır, süzülür, bağlı qabda soyuducuda saxlanılır. İlk 4-5 gün 2-3 ç.q. gündə 4 dəfə, sonrakı günlər isə 1 ç.q. yeməkdən sonra qəbul edin. Müalicə kursu zamanı 1-1,5 litr qarışıq qəbul edilməlidir. Artrozun müalicəsi üçün xalq təbabətindən bir resept: 1 x.q. tozağacı, gicitkan yarpaqları, üçrəngli bənövşə otlarını qarışdırın, yığıntıdan 1 x.q. üzərinə 1 stəkan qaynar su tökün, 15 dəqiqə su hamamında qızdırın, süzün və günaşırı 1 ay ərzində için. Hazırladı: S. Aytən
Artrit və ya artroz oynaqların (eləcə də sümüklərin) xəstəliyi olub, qığırdaq toxumasının normal strukturunun zədələnməsi ilə müşayiət olunur. Normal vəziyyətdə oynaq qığırdaqları lövhə şəklində oynağın üzərində yerləşir və oynaqların ağrısız, maneəsiz hərəkətinə kömək edir, onları «yeyilməkdən», sürtünmədən qoruyur.
2-cili artrozların əsas səbəbləri – sağlam oynaq qığırdağının zədələnməsi və ya həddindən artıq təzyiqə məruz qalmasıdır. Buna aşağıdakılar gətirib çıxara bilər:
həddindən artıq çəki; travmalar; oynaqların xroniki xəstəlikləri (artritlər); mübadilə pozğunluğu ilə bağlı olan xəstəliklər (məsələn, podaqra); endokrin pozğunluqlar (qalxanvari vəzin fəaliyyətinin zəifləməsi); oynaq qığırdağının anadangəlmə inkişaf pozğunluğu.
-yaşlılar, doğuşdan sonrakı dövrdə qadınlar, klimakterik dövrdə qadınlar, tez-tez soyuqdəymə ilə xəstələnənlər (buna səbəb-immun sistemin zəifləməsidir).Əgər artroz artıq baş vermişsə, nə kimi tədbirlər görmək olar?
-Bədən çəkinizə diqqət yetirin, axşamlar yeməyin.
-Qida rasionuna daha çox balıqdan hazırlanmış bulyon daxil edin, onun tərkibində qığırdaqlara və sümüklərə vacib olan maddələr vardır.
-Artroz çox hallarda osteoporozla müşayiət olunur ki, bu da sümüklərin sıxlığını zəiflədir. Ona görə də, tərkibində D vitamini, kalsium olan qidalar, məsələn, kəsmik, pendir, kərə yağı, süd, buğda artımları, cəfəri, şüyüt, qaraciyər qəbul edin.
-İmmunitetinizə qarşı laqeyd olmayın, hər hansı bir yoluxucu xəstəlik artrozların oyanmasına gətirib çıxara bilər. Səhər qəbul etdiyiniz su prosedurlarını kontrast duşla bitirin, imkan daxilində nəfəsliyi açıq qoyun. Onurğa sütunu, əllər və ayaqlar üçün xüsusi idman hərəkətləri edin. Artrozdan əziyyət çəkənlər üçün xüsusi pəhriz varmı?Revmatoloqların məsləhəti:
Ənənəvi müalicəvi məlhəmləri ağrı nahiyələrinə çəkdikdə onlar dəri səthinə keçərək iltihabı və ağrını aradan qaldırır. Lakin onları uzun müddət dəriyə çəkdikdə dermatitlər və hətta ekzematoz proseslər yarana bilər.
Əgər bu tədbirlər kifayət etmirsə və siz oynaqlarda ağrıların get-gedə artmasını hiss edirsinizsə, bu zaman həmin tədbirləri kəsməyərək həkimə müraciət edin.
Mənbə: İqtisadiyyat qəzeti