Nikah insan həyatında ən əlamətdar hadisədir. Bu da təbiidir. O, ailənin hüquqi əsasıdır. Nikahı vətəndaşlıq aktlarının dövlət qeydiyyatı orqanı (VADQ) qeydə alır.
Nikah bağlamadan ailə yaratmaq düzgün deyildir. Çünki belə ailədə gələcək uşaqların tərbiyəsi pozulur, ər-arvadın ailə məsuliyyəti hissi azalır.
Virciniya Universitetinin tədqiqatçıları nigah istəyinin birbaşa təhsildən asılı olduğu qənaətinə gəliblər. Onların məlumatlarına görə, son 30 ildə nigahdan kənar doğuşların miqdarı 13%-dən 44% qədər yüksəlib. Onların valideynləri vurğulandığı kimi yalnız məktəb təhsili alan “orta amerikalılardır”.
Hər gün respublikamızda neçə-neçə gənc nikah bağlayır, neçə ailənin təməl daşı qoyulur. Hər dəfə nikahı qeyd edən təşkilatın nümayəndəsi- vətəndaş aktlarının dövlət qeydiyyatı orqanının müdiri gənc ər-arvadı belə xoş sözlərlə təbrik edir, onlara ailə xoşbəxtliyi arzulayır. Cəmiyyətimizdə nikah iqtisadi mülahizələrdən azad olub kişilərin və qadınların məhəbbətə, sədaqətə, uşaqların olması arzusuna əsaslanan könüllü, bərabərhüquqlu ittifaqıdır.
Ölkəmizdə nikahın bağlanması, ərlə arvad arasında, valideynlərlə uşaqlar arasında münasibətlər, övladlığa götürmə, atalığın müəyyən edilməsi, alimentin tutulması, qəyumluq və himayəçilik, nikahın pozulması, nikahın vətəndaşlıq aktlarının dövlət qeydiyyatına alınması respublikamızın Qanunvericiliyi ilə tənzim edilir. Nikahın bağlanması qaydaları Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 9-cu maddəsində qeydə alınır.
Nikah vətəndaşlıq aktlarının dövlət qeydiyyatı orqanı nikaha daxil olmaq istəyən şəxslərin bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanır. Xüsusi hallarda (hamiləlik, uşağın doğulması və digər hallarda) nikah ərizə verilən gün bağlana bilər.
Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı və onların nikah yaşına çatmaları zəruridir. Azərbaycan Respublikasında nikah yaşı kişilər üçün 18 yaş, qadınlar üçün 17 yaş müəyyən olunur.
Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.
Ər və arvad arasında yaş fərqi. Bu məsələdən söz düşəndə müasir gənclər bəzən xəbər alırlar: əgər sevirsənsə, yaşın nə fərqi var? İlk baxışda sual bəlkə də məntiqi görünür. Lakin yalnız ilk baxışda. Halbuki ailə həyatı, ər-arvad münasibətlərinin sonrakı inkişafı üçün yaşın da öz əhəmiyyəti vardır. Bu sahədə hələ qədim zamanlardan mövcud etalon və stereotiplər qadının (arvadın) yaşca kişidən (ərindən) kiçik olmasını nəzərdə tutur.
Kişilər əksər hallarda özlərindən nisbətən yaşca kiçik, qadınlar yaşca böyük kişilərlə ailə qururlar. Ərin arvaddan 5-7 yaş böyük olması ən əlverişli seçimdir.
Nikah və ailə hüququ məsələləri haqqında. Cəmiyyətimizdə təknikahlıq hökm sürür. İkiarvadlıq və çoxarvadlıq- keçmişdə geniş təsadüf olunan belə hallar həyat tərzimizə yabançıdır, əxlaqımızla bir araya sığmır.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə, nikah qeydə alınıb-alınmamasından asılı olmayaraq ümumi təsərrüfatı birgə idarə etməklə iki və daha çox qadınla yaşamaq iki ilədək müddətə azadlıqdan məhrumetmə, yaxud bir ilədək islah işləri ilə cəzalandırılır. Yetkinlik yaşına çatmamış qızların ərə verilməsinə, yaxud evlənmək məqsədi ilə qaçırılmasına görə də cəza müəyyənləşdirilmişdir.
Nikahın bağlanmasına mane olan hallar. Aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir:
Nikahın bağlanması kişi və qadınların üzərinə mühüm vəzifələr qoyur. Onlar yeni - ər-arvadlıq vəziyyətinə daxil olurlar. Şəxsi həyatlarının dəyişilməsi ilə bərabər onların ictimai rolu, hüquqi vəziyyəti yeni vəziyyət alır. Əgər onlar məhəbbət və dostluq illərində öz münasibətlərini yalnız qəlblərinin hökmü ilə qururdularsa, indi bu münasibətləri həm dənikah və ailə qanunvericiliyinin tələblərinə tabe etdirməli olurlar.
Mənbə kimi universitet mühazirələrindən istifadə etmişəmUPD. Nikah istəyi birbaşa təhsildən asılıdır
Xatırladaq ki, nisbətən az savadlı amerikalı cütlüklər arasında boşanma halları da çoxluq təşkil edir. Belə ki, ilk nigahın pozulmaması 73% idisə, indi bu göstərici 45%-ə düşüb.
Lakin, maliyyə cəhətdən imkanlı amerikalılar (onlar ölkə əhalisinin 3/1-ni təşkil edirlər)-ali təhsilli və elmi dərəcəsi olanlar arasında vəziyyət təmamilə başqadır. Bu sıradan olan əhali arsında son 10 il ərzində nigahdahkənar doğuşlar yalnız 2%-dən 6%-ə qədər arta bilib. İlk möhkəm nigahın pozulmaması 73% təşkil edibsə, indi bu rəqəm 56%-ə enib.
Tədqiqatlar göstərir ki, “orta amerikalılar” imkanlı və təhsilli həmvətənlərindən fərqli olaraq, nigaha meyilli əhval-ruhiyyədə deyillər. Alimlər hesab edir ki, münasibətlərin bu cür düzümü dövlət üçün daha əhəmiyyətil olan əks effekt yaradır. Onların qənaətinə görə, möhkəm ailədə böyüyən uşaq həyatda daha çox uğur qazana bilir. O, asanlıqla təhsil alır, yaxşı iş tapır, həmçinin özünün xoşbəxt ailəsi olur.UPD. Nikah partnyorunu genlərimiz seçir
Əksliklərin cəzb olunduğunu genetiklər altıncı xromosom səviyyəsində isbat ediblər. Biz gələcək nəsilin sağlamlığını təmin etmək üçün bizə əks olan histouyuşma genlər toplumundan partnyoru seçirik.
Genetiklər insanların öz partnyorunu necə seçməsi məsələsinə yeni işıq salıblar. Əslində bizi genomdakı xarakterin yaxşı cəhətrləri, ümumi maraqlar deyil, fərqlər cəzb edir. Bu fərqlər yaranmanın müvəffəqiyyətini təmin edir.
Müxtəlif histouyuşma baş kompleksi olan (HUBK) insanlar bir-birini seçəcək, nəinki eyni olanlar. Yəqin ki, bu sağlam nəslin doğulmasına zəmanət verən evalyusiya strateqiyasıdır.
Histouyuşma və ya toxuma uyuşması indi orqanların və toxumaların başqa bədənə keçirilməsində onların yabançı orqana öyrəşib-oyrəşməməsi riskinin təyin edilməsində geniş istifadə olunur. Braziliya genetiklər komandası 1998-ci ildən histouyuşma üzərində işləyir bioloji toplumların müxtəlif qiymətlərini yoxlamış, sonda braziliya populyasiyasında nigah partnyorlarının seçimini izləməyə qərara gəliblər. Genetiklər 90 ər-arvadın (HUBK)-nı öyrənərək, 152 təsadüfi seçim edən , sırf təcrübə üçün yoxlanılan cütlükləri ilə müqayisə ediblər. Nəticə göstərib ki, təsadüfi seçilən cütlüklərdən fərqli olaraq əsl ər-arvad cütlüklərinin histouyuşması çox fərqlidir.
Bioloqlar onurğalıların dişilərinin çoxluq təşkil edən hissəsi kimi qadınların da öz HUBK-lərindən fərqli olanına meyl etməsini əvvəllər tədqiq etmişdilər. Əsasən də əks cinslərdə bir bədənin qoxusunun digərinə nisbətən histouyuşmanın təsiri ilə üstünlük verməsi məsələsi çox geniş yayılıb.