Öskürəyi sakitləşdirməyin yolları

Öskürəyi sakitləşdirməyin yolları

Qurtum-qurtum su için
 Yuxarı tənəffüs yolları infeksiyaları ucbatından burun axıntısı boğazı qıcıqlandıraraq öskürəyə səbəb olur. Qurtum-qurum içdiyiniz su burun axıntısının qarşısını alır, quruluğu yox edir. Bədəni nəmli tutmaq üçün gündə 2 litr su içməyi unutmayın. Suyu içərkən birbaşa başınıza çəkmək yerinə qurtum-qurtum için. Ayaq üstə başınıza çəkdiyiniz su mədənizə getmədən birbaşa böyrəklərə gedər və 15-20 dəqiqə sonra sidiklə xaric olar.

Bitki çayına bal qatın, nanə, limon qaynadın
 Cökə, quşburnu, adaçayı, zəncəfil, nanə,  limon çayı öskürəyin sakitləşməsinə kömək edir. Bal qatılıb içilməsi daha effektlidir.

C vitamini ilə zəngin meyvə yeyin
 
Qreyfrut, naringi, ananas, portağal, limon, bununla yanaşı qara kələm, ağ tut, pomidor, ispanaq, təzə lobya, soğan yeyə bilərsiz.

Siqareti atın. Siqaret tüstüsü yuxarı-alt tənəffüs yollarını qıcıqlandıran ən önəmli amillərdən biridir.

Otağın rütubətini tənzimləyin
 Evdəki quru hava tənəffüs yollarını qurudaraq öskürəyi artıra bilən önəmli bir amildir. Otağn rütubət norması yüzdə 30-50 arasında olmalıdır. Otağı hər gün havalandırın.


İsti duş qəbul edin
. Burundakı ifrazatı azaldaraq öskürəyi sakitləşdirir. Buxar allergiya və astmadan qaynaqlanan öskürəyə də faydalıdır.

Ətir və təmizlik məhsullarına diqqət edin
 Bunlar boğazı qıcıqlandıraraq öskürəyə səbəb ola bilər.

Axşam 19:00-dan sonra yemək yeməyin. Qastrit probleminiz varsa, bu saatdan sonra yemək yeməyin. Çay, qəhvə, qazlı içkilər qastriti ağırlaşdıran qidalardır.  Yatarkən yastığınızı hündür edin.

Yataq örtüklərinizi ən az 55 dərəcədə yuyun
 Allergiyası olan insanlarda ev tozu, pişik, it kimi ev heyvanları öskürək krizinə səbəb ola bilər. Yun xalça, yorğan, yastıq istifadə etməyin. Asan yuyula bilən pambıq yataq dəsti alın.

Evinizdəki əşyaların sayını azaldın
 Evinizdə az əşya  yerləşdirin. Parçadan deyil,dəri, sintetik, taxta mebellər alın. Çox toz tutan əşyaları qapalı yerlərdə saxlayın.

Öskürək 2 həftədən çox davam edərsə, mütləq həkimə gedin. Bu, koah, sətəlcəm, qırtlaq, ağciyər xərçənginin əlaməti ola bilər.

Top