İnhalyasiya

İnhalyasiya

Yuxarı tənəffüs yollarının soyuqdəymə xəstəliklərinin müalicəsi zamanı inhalyasiyalar çox yaxşı effekt verir.

İnhalyasiyalar zökəmin, larinqitin, traxeitin, farinqitin, tonzillitin, bronxitin, pnevmoniyanın müalicəsi zamanı uğurla istifadə olunur.

İnhalyasiyalar zamanı müalicəvi maddə (bitki dəmləmələri, efir yağları və s.) bilavasitə insanın selikli qişalarına təsir edir. Nəticədə bu maddələr tez bir zamanda qana sovrulur və orqanizmə daha tez və effektli təsir edir.

Lakin inhalyasiyarın istifadəsi üçün müəyyən əks göstərişlər də mövcuddur. Belə ki, inhalyasiyalar hərarətin yüksəlməsi zamanı (37,50C-dən yuxarı olduqda), insanda burun qanaxmaları tez-tez təkrar olunduqda, ürək-damar və nəfəsalma çatışmazlığı zamanı əks göstərişdir. İnhalyasiyanı etdikdən əvvəl mütləq həkimlə məsləhətləşin. inhalyasiya

İnhalyasiyanı xüsusi inhalyator cıhazın köməyi ilə etmək olar. Lakin bir çox hallarda ev şəraitində inhalyasiyalar üçün enli qaba müalicəvi bitki dəmləməsi və ya efir yağı əlavə olunmuş isti su tökülür və xəstə bu qabın üzərində nəfəs alır.

İnhalyasiyalar üçün bu kimi müalicəvi bitkilərdən istifadə olunur: adaçayı, evkalipt, çobanyastığı, dazı otu, lavanda, nanə, şam və küknar ağacların iynəyarpaqları, qarağat və moruq yarpaqları. Bir neçə bitkinin qarışığı daha yaxşı effekt verir. 2 xörək qaşığı bitki qarışığı üzərinə 0,5 l qaynar su tökülür və 450C-yə kimi soyudulur.

İnhalyasiya üçün olan suya xırda doğranmış soğan və sarımsaq qarışığı, bal, bir neçə damcı efir yağı (şam ağacı yağı, evkalipt yağı) əlavə etmək olar.

İnhalyasiyadan lazım olan müalicəvi effekt almaq üçün bu proseduranı mütləq düzgün etmək lazımdır. Belə ki,

— proseduranı qida qəbulundan 1,5-2 saat sonra etmək lazımdır;

— inhalyasiyadan sonra 30-40 dəqiqə ərzində uzanmaq lazımdır;

— inhalyasiyadan sonra 1 saat ərzində qida qəbul etmək, su içmək, siqaret çəkmək, mahnı oxumaq, danışmaq olmaz;

— inhalyasiya müalicəvi proseduradır. Bu səbəbdən ona müəyyən vaxt ayırmalıdır. Uşaqlarda (3 yaşından yuxarı) bu prosedura gündə 1-2 dəfə 1-3 dəqiqə ərzində, böyüklərdə — gündə 2-3 dəfə 5-10 dəqiqə ərzində keçirilir. Prosedura zamanı danışmaq olmaz.

— inhalyasiya zamanı qaynar sudan istifadə etmək olmaz. Bu selikli qişalarınız üçün ziyanlıdr. Suyun ən yüksək temperaturu 450C-yə kimi olmalıdır.

— zökəmin, traxeitin, bronxitin müalicəsi üçün insan inhalyasiya zamanı burundan nəfəs almalı və buraxmalıdır. Qırtlaq, udlaq iltihabları zamanı nəfəsinizi ağızdan alın, 2 saniyə ərzində saxlayın, sonra ağızdan buraxın.

— inhalyasiya zamanı nəfəsalma sərbəst olmalıdır (gərgin yox!).

Mənbə: saglamolun.az 

Top