Yad cism tıxanması əksər hallarda yeyərkən və içərkən, gülmə və ya ani hərəkət nəticəsındə, uşaqlar oynayarkən cismlərı ağız və burunlarına salması nəticəsındə meydana gəlır.
1. Əgər insanda yüngül tənəffüs yolu tıxanması varsa və öskürürsə müdaxilə edilmir. Kürək sümüklərinin arasından yüngülcə vurmaqla kömək etmək olar.
2. Əgər şiddətli tıxanma varsa danışa və öskürə bilmirsə, huşu aydındırsa müdaxilə edilməlidir.
Heimlich manevrası — Bunun ücün insanın yan – arxa tərəfinə keçin, bir əlinizlə sınədən dəstəkləyın, onu mümkün qədər önə əyilməsını söyləyin, digər əlinizin biləyi ilə kürək sümüklərı arasından 5 dəfə vurun. Heımlıch manevrası hamilələrdə döş sümüyünün aşağı qısminə — ürək masajı edilən yerə tətbiq olunur.
1 yaşın altında olan körpələrdə qaraciyəri zədələyə biləcəyi üçün Heımlıch manevrası məsləhət deyil.
Yad cısmın çıxıb — çıxmamasına baxın. Əgər cəhd uğursuz oldusa :
Qarında itələmə — nəfəs yolu tıxanan insanın arxasına keçin, qollarınızı onun qoltuqaltından keçirin və əlinzi yumruq şəklində, baş barmaq qarına söykənməklə qarın bölgəsınə - göbək çuxurunun yuxarısına dayayın.Ona önə əyılməsını deyın.Bır əlinizi yumruq şəklində göbəyin yuxarısına yerləşdirin, digər əlınızlə dəstəkləyərək 5 dəfə içərı — yuxarı təkan edin.
Kök və hamilələrdə yad cismi çıxarmaq üçün əlinizi qarına deyil, döş sümüyünün ortasına yerləşdirin .
Əgər ınsanın huşu aydın deyilsə onu yerə yatırın ,təcili yardıma zəng vurun və ürəyı masaj edın.
Körpələrdə yad cismi çıxarmaq üçün bir dizinizi yerə dayayıb oturun, körpəni digər dizinizin üstündə ön qolunuza üzüstə yatırıb ( qolunuzu uşağın ayaqları arasından keçırın) əlinizlə çənəsini tutun, başıaşağı əyin. Kürək sümüklərı arasından digər əlinizin biləyi ilə 5 dəfə vurun. Adətən 2 -3 dəfə vurduqdan sonra körpə ağlamağa başlayır.Bu zaman uşağı arxası üstə çevirin, ağzına gəlmiş yad cismi çeçelə barmağınızla çıxarın. 5 dəfə vurduqdan sonra körpə ağlamırsa davam edin və təcili yardım çağırın. Digər üsul döşdən basma üsuludur. Bunu təlim keçməyənlərin etməsi məsləhət görülmür. Üsul budur : Qolunuzu körpənın kürəyinə dayayın və onu bu qolunuzun üstünə arxası üstə yatırın və barmaqla 5 dəfə də sinədən yüngülcə basın .
İlk növbədə təcili yardım çağırın. Saytda yerləşdirilmiş mövzu ilkin müdaxiləyə kömək məqsədi daşıyır.