Emfizema ağciyərlərin proqressivləşən xəstəliyi olmaqla tənəffüsün qısalması və fiziki aktivlik zamanı ağciyər ehtiyatlarının tükənməsi ilə müşayiət olunan xəstəlikdir. Emfizemaya səbəb ağciyərlərin kiçik hava kisələrinin və kiçik hava yollarının zədələnməsidir. Emfizema çox inkişaf edəndə havanı ağciyərlərinizdən xaric etmək üçün çox enerji sərf etməli olursunuz. Emfizema yavaş-yavaş illər boyu inkişaf etdiyindən təəssüf ki, xəstəlik inkişaf etdikdən sonra simptomları üzə çıxır.Xəstəliyin müalicəsi simptomların zəiflədilməsi və ağırlaşmaların qarşısının alınması istiqamətində aparılır.
Emfizemanın əsas simptomları tənəffüsün qısalması və fiziki aktivlik zamanı ağciyər ehtiyatının tez tükənməsidir. Zaman keçdikcə hətta uzananda belə nəfəsalma çətinləşir, soyuqdəymədən sonra xüsusi çətinlik əmələ gəlir. Nəfəs alarkən hava nəfəs borusundan keçərək bronxlara, ordan da kiçik kisəciklərə dolur. Həmin kisəciklər alveollar adlanır. Ağciyərlərimizdə 300 milyon alveol var. mfizema zamanı iltihab həmin alveolların divarının elastikliyini pozur və alveollar yığılır. Alveollarda qazlar mübadiləsi pozulmuş olur. Daha bir səbəb də siqaret çəkmədir. Sigaretin tüstüsü bronxlarınızın mikroskopik tükcüklərini zədələyir. Normal halda bu tükcüklər qıcıqlandırıcıları tutub saxlayır və sizin alveollarınızı zədələnməkdən qoruyur. Lakin tükcüklər zədələnirsə alveollar asanlıqla iltihablanır və xəstəlik inkişaf edir. Yeganə və əsas faktor siqaretçəkmədir. Xəstəlik əsasən siqaretçəkənlərdə əmələ gəlir və adətən kişilər daha çox xəstələnir - Çox zaman tənginəfəssinizsə; Müalicənin əsas məqamlarından biri siqaret çəkmənin dayandırılmasıdır. Bu ağciyərlərinizin vəziyyətini daha da pisləşmədən saxlaya biləcək yeganə yoldur. Həyat tərzi Bu idman növlərini 10-15 tənəffüs hərəkətləri zamanı təkrar edin. Hərəkətlər yorulmadan aparılmalıdır. Bu hərəkətləri uzanan, oturan, sağ tərəfi, sol tərəfi üzərində uzanan yerdə təkrar edə bilərsiniz. Əlavə olaraq: - Siqaret çəkməyin Emfizemanın əlamətləri
Digər əlamətlərə daxildir:
- Xronik öskürək. Öskürək emfizema üçün elə da xarakter deyil. Lakin varsa da bəlğəmsiz olur. Bəlğəmin çox olmağı bronxitin olmasına işarədir.
- İştahanın olmaması və arıqlama. Emfizema zamanı yemək yemə prosesi çətinləşir. Tənəffüslə problemlər artır, ona görə də xəstələrdə çox zaman yemək yemək istəyi olmur.
- Zəifləmə. Xəstələr özlərini yorğun hiss edirlər, çünki orqanizm az miqdarda oksigen alır və həm də nəfəs almaq çətin olur.Emfizamaya səbəblər
Bəzən protein çatmazlığı rol oynaya bilir. İnsanların bir qismində emfizema alpha-1-antitrypsin (AAT) proteinin azlığından əmələ gəlir. Bu hal irsi olmaqla nəsildən nəsilə ötürülür.Risk faktorları
Digər faktorlar:
- Yaş. Əsasən 50-60 yaşlar arası xəstəliyin əmələgəlmə ehtimalı yüksəkdir.
- İkincili tüstü zədələnmələri. Ailə üzvlərindən kimsə siqaret çəkirsə nəticədə digər üzvləri də zədələyir.
- Kimyəvi tozlara məruz qalma.
- HIV infeksiyası.
- Birləşdirici toxuma xəstəlikləri.Nə zaman həkimə müraciət etməli
- Yüngül iş zamanı belə tənəffüs çatmazlığı hiss edirsinizsə;
- Bəlğəm varsa və bəlğəm rənglidirsə.
Müayinə və diaqnoz
- Ağciyərlərin funksional testləri. Bu testlər emfizemanı simptomlar əmələ gəlməmişdən əvvəl təyin etməyə imkan verir. Belə ki, həmin metodlar vasitəsi ilə sizin ağciyərlərinizin nə qədər hava saxlaya bilməsi təyin olunur. Test zamanı siz sadəcə xüsusi cihaz olan spirometrə nəfəsverməli olursunuz.
- Döş qəfəsinin rentgeni.
- Arterial qan qazlarının təyini. Bu testlər sizin ağciyərlərinizin oksigeni nə dərəcədə transfer edə bilməsini və karbon qazını nə dərəcədə xaric edə bilməsini təyin edir.
- Puls oksimetriya. Bu sadə metod olmaqla sizin barmağınıza kiçik bir qurğunun bağlanması ilə aparılır. Bu qurğu sizin qanınızda oksigeni təyin edir.
- Bəlğəmin müayinəsi.
- Kompyuter tomoqrafiyası. Bu metod emfizemanı təyin etmək üçün rentgenoqrafiyadan daha effektivdir.Emfizemanın müalicəsi və dərmanlar
Dərman müalicəsi:
- Bronxodilatatorlar. Bu dərmanlar tənəffüs yollarını açaraq tənginəfəsliyin qarşısını alır.
- Steroidlərlə inhalyasiya. Steroidlərlə inhalyasiya emfizemanın astma və bronxitlə əlaqədar əlamətlərini aradan qaldırır.
- Oksigen terapiyası. Əgər sizin qanınızda oksigenin miqdarı azdırsa bu halda oksigen terapiyasına ehtiyaciniz ola bilər.
- Protein terapiyası. İrsi protein çatmazlığı olan adamlarda proteinlərin venadaxili köçürülməsi məsləhət görülə bilər.
- Antibiotiklər. Bu xəstəlik zamanı ehtiyatla və göstərişə uyğun işlədilməlidir.
- Cərrahiyyə. Ağciyərlərin zədəli hissələrini xaric etməklə ağciyərlərin həcminin azaldılması sağlam hissənin daha effektiv işləməsinə və diafraqmanın yığılmalarını daha effektiv etməyə kömək edir.
- Transplantasiya. Ağciyər transplantasiyası xəstəliyin ağır formasında seçimdir.
Bəzi sadə idman növləri sizə kömək edə bilər. Bunları gün ərzində 2-4 dəfə edin.
Diafraqma tənəffüsü:
- Kürəyinizin üzərində uzanın, başınızın və dizlərinizin altına balış qoyun. Yavaş-yavaş,ritmik, dərin nəfəs alıb verin.
- Barmaqlarınızın ucunu qarnınızın üzərinə qoyun (qabırğalar qurtaran yerin altında). Siz nəfəsaldıqca diafraqmanızın barmaqlarınızı yuxarı qaldırıbaşağı saldığını hiss edəcəksiniz.
- Tənəffüs qıcıqlandırıcılarından uzaq olun.
- Gündəlik idman edin.
- Tənəffüs yollarınızı təmizləyin.
- Soyuq havadan qorunun.
- Respirator infeksiyalarından qorunun.
- Yaxşı qidalanın.