Tənəffüsün dayanması (Apnoe) zamanı ağciyərin həcmi yerində olsa da tənəffüs əzələləri işləmir və ağciyərlərlə xarici mühit arasında hava mübadiləsi olmur. İnsan orqanizmi özündə boyuk oksigen ehtiyatı yarada bilmir və xaricdən daxil olan oksigendən aslı vəziyyətdədir. Odur ki, qisa müddət tənəffüsün dayanması orqanızmdə ciddi oksigen çatışmazlığına səbəb olur. Apnoe uzun müddət davam edərsə bədən daxilində, xüsusilə də beyində geriyə dönməyən zədələnmə baş verə bilər.
1.Tənəffüs yollarının mexaniki səbəbdən tutulması Ümumi rast gəlinən əlamətləri:
Yalnız xüsusi şərtlər altında apnoe zamanı bədənin oksigenlə təminatını idarə etmək olar. Tənəffüs dayanmasının səbəbləri
- Dilin geriyə qatlanması
- Tənəffüs yollarının yad cisimlərlə tutulması
- Tənəffüs yollarının qan və seliklə tutulması
- Qirtlağın ödemi,
- Qırtlağın spazmı,
- tənəffüs yollarının şişi
2.Ürək fəaliyyətinin dayanması
3.Baş beyində tənəffüs mərkəzlərinin iflici
- İntoksikasiya
- Baş beyinin və ya onurğa beyinin xəstəliyi və ya zədələnməsi
- Pnevmotoraks
- Döş qəfəsinin travması
- Ağciyər ödemi
- Asfiksiya
- Şok
4.Yuxu pozğunluğu sindromu
- Sianoz, üzün göyərməsi
- Göz bəbəyinin genişlənməsi
- Daha sonra ürək fəaliyyətinin dayanması əlamətləri qoşulur