Vərəmə qarşı vaksin vurmaq kütləvi şəkildə aparılan və məcburi profilaktika tədbiridir. Vərəmə qarşı vaksinasiyaları və revaksinasiyaları aparmaq əsas etibarilə bütün həkimlərə həvalə olunsa da vərəm dispanseri rayonun başqa tibb müəssisələrinin apardığı bu işə metodik rəhbərlik etməlidir. Dəri daxilinə vurulan quru vərəm vaksini БЦЖ vaksin ştammı БЦЖ-nin qurulmuş diri bakteriyalarından ibarətdir. Ondan vərəmin fəal spesifik profilaktikasında istifadə edilir. Vaksin içində 1 ml БЦЖ kulturası olan ampullarda buraxılır ki, bu da hər biri 0,05 mq olan 20 peyvənd dozasına bərabərdir.
Müəllif tibb elmləri namizədi A.M. Naqornı
Quru vaksin ağ rəngdə olub işlətməzdən əvvəl onu natrium-xloridin izotonik steril məhlulunda əridirlər. Vaksinin hər ampuluna içində hazır həlledici olan ampul əlavə olunur, həll etdikdən sonra lopalar və ya qatışıqlar olan, vaxtı ötmüş, üzərində etiket olmayan, yaxud etiketi düzgün yazılmayan, yaxud sınmış, hətta azacıq çatlamış ampuldakı vaksini işlətmək olmaz. Vaksinin yararlılıq müddəti kontrol nömrə vurulan gündən başlayaraq 2 ildir. Quru vaksini işıq düşməyən yerdə +8°C-də saxlamaq lazımdır.
Birinci dəfə dəridaxilinə vaksini, əks göstəriş yoxsa, uşaqların hamısına, uşaq anadan olandan sonra 5-7-ci gün vururlar. Kliniki cəhətdən sağlam olan, dəridaxilinə 1:2000 nisbətində həll edilmiş alttuberkulin, yaxud 5 B B (vərəm vahidi) standart tuberkulin məhlulu yeritdikdə mənfi reaksiya alınan və diametri 4 mm-dən böyük olmayan (dərinin qızarması nəzərə alınmır), papula əmələ gələn bütün uşaqlara, yeniyetmələrə və 30 yaşına qədər böyüklərə revaksinasiya (təkrar peyvənd) aparılmalıdır.
Yeni doğulan uşaqlara dəridaxilinə БЦЖ vaksini vurmaq üçün əks-göstərişlər bunlardır: dəri örtüklərinin zədələnməsi (piodermiya, suluqlar, dəri absesləri və s.) doğum travmalarının klinik əlamətləri, rezus-amil, bədən temperaturunun 37,5°C-dən yuxarı olması, dispeptik pozğunluqlar, uşağın ümumi vəziyyətinə təsir edən xəstəliklər. Uşağın ümumi vəziyyəti qənaətbəxş olub çəkisinin normadan ən çoxu 2 kq az olması, vaksin vurmaq üçün əks-göstəriş ola bilməz.
Bütün yaşlardan olan şəxslərə revaksinasiya üçün əks-göstərişlər aşağıdakılardır: dəridaxilinə aparılan Mantu sınağının müsbət göstərməsi (diametri 5 mm və bundan böyük papula), çox qaynamaya meyllik, rekonvalessensiya dövrü də daxil olmaqla klinik əlamətlər çəkildikdən azı 2 ay sonra kəskin və xroniki infeksiyalar, allergik xəstəliklər (kəskin və yarım kəskin fazalarda revmatizm, bronxial astma və s.) keçmişdə keçirilmiş sinir sisteminin xəstəlikləri (ensefalit, meningit və s.). körpə uşaqlarda göstərilən xəstəliklərdən başqa aşağıdakılar da əks-göstərişdir: dispepsiya pozğunluqları, II-III dərəcəli hipotrofiya, spazmofiliya, dəri əlamətləri ilə təzahür edən ekssudativ diatez, epilepsiya. Keçmişdə vərəm keçirmiş, yaxud qabaqca vərəm yoluxmuş şəxslərə təkrar vaksin vurmaq lazım deyil.
Revaksinasiya müddətləri: anadan olanda dəridaxilinə vaksin vurulmuş uşaqlara dəridaxilinə birinci revaksinasiyanı uşaq məktəb yaşına çatanda - 6 1/2-7 yaşında aparırlar; ikinci revaksinasiyanı 12 yaşında, 5-ci sinif şagirdlərinə; üçüncü revaksinasiyanı 17 yaşında, 10-cu sinif şagirdlərinə məktəbi bitirənə yaxın aparırlar. Sonrakı revaksinasiyaları isə 5-7 il ara verib 30 yaşına qədər keçirirlər.
Revaksinasiya aparılacaq uşaqları qabaqcadan müayinə aparıb seçirlər.
Revaksinasiya vərəmə tutulmamış ancaq sağlam uşaqlara və yeniyetmələrə aparılmalıdır. Buna görə də qabaqcadan Pirke tuberkulin sınağı qoymaq lazımdır. Pirke reaksiyası mənfi olarsa, Mantu sınağı qoymağa ehtiyac yoxdur, çünki sübut olunmuşdur ki, qabaqca infeksiya yeridilmiş şəxsə vaksinin zərəri yoxdur.
Yeni doğulmuş uşağa hər hansı səbəbdən 2 aya qədər və bundan çox peyvənd vurulmayıbsa onu qabaqcadan vərəmə görə yoxlamaq lazımdır. Əgər vərəm infeksiyasının hər hansı əlamətləri görünərsə, uşağa vaksin vurmaq lazım deyil.
Vaksini işlətməzdən qabaq durulaşdırırlar, işlənməmiş duru vaksinin hamısını tələf edirlər. Ampulun boğazını spirtdə isladılmış pambıqla silir və ehtiyatla sındırırlar. Vakuum birdən-birə pozulduğu üçün vaksin toz kimi qalxa bilər, buna görə də ampulun ağzına tənzif tutmaq tövsiyə edilir. БЦЖ-nin lazım olan 0,005 mq dozasını almaq üçün uzun iynə taxılmış 2 qramlıq steril şprisə ampuldakı natrium-xloridin izotonik məhlulundan 2 ml yığıb quru vaksinin üzərinə tökürlər. Bu vaxt dərhal bir bərabərdə suspenziya alınmalıdır. Ampulu şprislə yaxşı-yaxşı qarışdırırlar. 1 ml duru vaksinlər bir peyvənd dozası olur.
БЦЖ vaksinini vurmaq qaydası. Peyvəndləri ancaq xüsusi hazırlıq keçmiş şəxslər vura bilərlər. Peyvənd vuranda aseptika və antiseptika qaydalarına əməl etmək lazımdır. Sol qolun bayır tərəfinin dərisini spirtlə silirlər. Vaksini bir qramlıq, yaxud ucu çəp kəsilmiş qısa iynə taxılan tuberkulin şprisi ilə vururlar.
Hər peyvənddən sonra iynəni çıxarıb təzə steril iynə taxırlar. Şprisə vaksini (duru) yığır, havanı çıxarmaq üçün iynənin gözündən bir damcı buraxırlar, sonra iynənin gözünü yuxarıda tutub dərinin üst qatına yeridirlər. İynənin gözü itəndən sonra azca vaksin yeridib iynəni dərinin içərisinə düz düşdüyünə əmin olur, sonra isə vaksinin qalan hissəsini (0,1 ml) vururlar. Vaksini düzgün vurduqda dərinin üzərində diametri 6-8 mm olan ağ papula əmələ gəlir. Yeni doğulmuş uşaqlarda papulanın diametri 5-6 mm-dən az olur. 15-20 dəqiqədən sonra papula yox olur və dəri normal rəng alır. Vaksin vurulan yeri bintlə bağlamaq və yod sürtmək olmaz.
Yeni doğulmuş uşaqlarda dəridaxilinə vaksin vurduqdan sonra diametri 5-8 sm, ortasında kiçik düyün olan infiltrat əmələ gəlir. Bəzən infiltratın ortasında azca seroz-irinli nöqtəvarı nekroz əmələ gəlir. Bu cur reaksiyalar normal reaksiyalar hesab olunur.
Yerli reaksiyalar 4-5 həftədən sonra çəkilir və bunların yerində azacıq çapıq və ya piqmentasiya qalır. Yerli reaksiyaların nə cür olmasından asılı olmayaraq hər hansı cür müdaxilə etməyə tələsmək lazım deyil; quru steril sarğı qoymaq kifayətdir.
Yeni doğulmuş uşağa БЦЖ vaksini vurduqdan 1-2 ay sonra immunitet əmələ gəlir. Buna görə də ailədə vərəmin açıq forması olan xəstələr varsa, yeni doğulmuş uşağı peyvənddən azı 6 həftə keçənə qədər ayırmaq lazımdır.
Dəridaxilinə БЦЖ vaksinini çox vurduqda hər dəfə vaksindən sonra allergiya əmələ gəlir və vərəm peyvəndinə qarşı 5-7 il müddətinə immunitet yaranır.