Qütb parıltısı

Qütb parıltısı

Günəşin fəaliyyəti nəticəsində kosmosa atılan külli miqdarda yüksək enerjili elektron və ionların Yerin maqnit sahəsinə daxil olması nəticəsində Qütb parıltısı yaranır. Yerin maqnit sahəsinə daxil olan elektronlar Lorens qüvvəsinin təsiri nəticəsində qütblərə doğru hərəkət edir və qütb oblastlarında toplanır. Qütblərə toplanan belə yüklərin təsirindən hava atomları ionlaşır və “həyəcanlanır”. Bunun nəticəsində də qütb parıltısı əmələ gəlir.

Günəş küləyi əslində tacın daim genişlənməsidir. genişlənmə sürəti Günəşdən uzaqlaşdıqca saniyədə bir neçə km-dən 300-400 km çatır. Kimyəvi tərkibi (əsasən proton və elektronlar) Günəş tacı ilə eynidir. Günəş küləyinin maqnit sahəsinin təsiri ilə Yer atmosferi Günəş istiqamətində 10 Yer radiusu qədər sıxılır, əks istiqamətdə isə onlarca yer radiusu qədər uzanır. Külək hissəciklərinin bir hissəsini Yerin maqnit sahəsi saxlayır və nəticədə Yerin radiasiya qurşaqları yaranır. Küləyin intensivliyinin artması maqnit fırtınalarına qütb parıltısına səbəb olur.

Tərkibində helium və digər elementlər var. Qütb parıltısı və ya Aurora qütb bölgəsində görünən, dünyanın maqnit sahəsi ilə Günəşdən gələn yüklü zərrəciklərin qarşılıqlı təsiri nəticəsində əmələ gələn təbii işıqlardır. Şimaldakına Aurora Borealis, Cənubda formalaşana isə Aurora Australis adı verilib. Aurora sözü Roma şəfəq tanrısının adından gəlir. Borealis isə 1621-ci ildə Pierre Gassendi tərəfindən Yunanıstanın şimal küləyinə verilən addır. 60-72 0 şimal və cənub paralelləri arasında görünür. Görünmə ehtimalı şimal maqnit qütbünə yaxınlaşdıqca artır. Uzaqdan şimal qütbünü yaşılımtıl bir parlaq işığa boyayır. Bəzən insanda Günəş başqa istiqamətdə doğacaq kimi bir fikir yaradır.

Yaşıl rəng Auroraların ən məşhur rəngidir. Çox yüksəklərdə olan Auroralar qırmızı və çəhrayı da ola bilir. Atmosferin 100 ilə 1000 km aralığında meydana gəlir və atmosfer boyunca 1000-lərlə km üfüqi uzunluğa sahib ola bilir. Əsas mənbəyi Yer kürəsindən keçən Günəş fırtınaları və Günəş küləyi kimi plazmalardır (ionlaşmış qazlar).

Auroraların rəngli olmasının səbəbi nədir?
Atmosferimiz əsasən oksigen və azot atomlarından ibarətdir. Günəşdən gələn yüklənmiş hissəciklərin toqquşacağı atom və molekullara görə, auroralda fərqli rənglər müşahidə edilir. Eyni zamanda, hündürlük auroraların rənginin dəyişməsinə səbəb olur. Oksigen atomundan əmələ gələn enerji miqdarından asılı olaraq 240 km qədər yaşıl, bundan hündür də qırmızı rəngdə olur. Azot atomuna görə isə 90 km yüksəkliyə qədər mavi, bundan hündür isə qırmızı işıq müşahidə edilir.

Auroralar yalnız dünayada müşahidə edilir?
Xeyr, bu yalnız Yer kürəsində baş vermir. Auroaralar Günəş sistemində yer alan bir çox planetdə aşkar edilmişdir. Həm Yupiter, həm də Saturn, Dünyadan daha güclü maqnit sahələrinə sahibdirlər və iki böyük radiasiya kəməri də Habl Kosmos Teleskopu tərəfindən və iki planetdə açıq aydın görünür. Uran və Neptun da auroralar müşahidə edilir. Mars və Venera da auroraların meydana gəldiyi planetləridir. Venera tam planetar maqnit sahəsi olmadığı üçün Venera aurorası dəyişən forma və hissə-hissə dağılaraq parlaq görünür. Bəzən qütblərdəki auroralar bütün səthi əhatə edə bilər. Səbəbi digər planetlərdə olduğu kimi Günəşdən gələn hissəciklərdir və planetin qaranlıq tərəfinə yönəlirlər.

Top