Enerjisi bitən ulduzlar | Qara dəliklər

Enerjisi bitən ulduzlar | Qara dəliklər

Qara dəliklər yanacağı bitmiş, yəni sönmüş ulduzlardır. Enerjisi bitən ulduzların işıqları da yox olur. Ulduzun öz içinə doğru yığılması və büzülməsi nəticəsində ulduzun yerinə sonsuz sıxlıqda və sıfır həcmdə cəzbetmə sahələri, yəni qara dəliklər meydana gəlir.

  • Ulduzlar bir an içində qara dəliyə çevrilə bilər.
  • Qara dəliklər “qara”dırlar.  Gözlə görmək mümkün deyil.
  • Cəzbetmə qüvvələri böyük olduğundan işığı həbs etdikləri üçün onları ən müasir teleskoplarla belə görmək mümkün deyil.
  • Günəşin təxminən 3 misli olan qara dəliklərin diametri bir neçə kilometrdir.
  • Ətraflarına  təsir etmələri sayəsində varlıqları aydın olur.
  • İşığı, səsi, zamanı, hətta özlərinə yaxın olan ulduzları da uda bilirlər.
  • Udduqları obyektlərin artması ilə cəzbetmə qüvvələri də artır.
  • Bu udma xüsusiyyətləri onların “qara bataqlıq” adlandırılmalarına səbəb olmuşdur.
  • Böyük ulduzlar kosmosda bükülmələrə səbəb olarkən, qara dəliklər yalnız bükülməyə səbəb olmur, eyni zamanda kosmosu dəlib keçirlər.
  • Kosmosu dəldikləri üçün də “qara dəlik” adlandırılırlar.
  • Qara dəliyə yaxınlaşan heç bir maddə onun cəzbetmə sahəsindən qurtula bilməz.
  • Qara dəliklərin isti və ya soyuq olduqları barədə heç bir məlumat yoxdur.
  • Qara dəliyin içinə girən maddələrin itdikləri, başqa yerə düşdükləri və ya orada qaldıqları hələ də məlum deyil.
  • Varlıqları yalnız yaydıqları radiasiyadan bəlli olur.  

 

Top