Elmi nailiyyətlər bizi çox mühüm nəticəyə gətirir. Kainatın ölçüləri haqqında düşündüyümüzdə çox böyük rəqəmlərlə qarşılaşırıq.
Möhtəşəm böyüklükdəki kainatın sahib olduğu həssas tarazlıqlar bu qüsursuz nizamın Allahın üstün yaratma sənəti nəticəsində var olduğunu sübut edir.
Yer planeti, bildiyimiz kimi Günəş Sisteminin bir hissəsidir. Bu sistem kainatdakı digər ulduzlara görə orta böyüklükdə olan Günəşin ətrafında dövr edən 8 planetdən və onların 54 peykindən ibarətdir. Yer Kürəsi bu sistemdə Günəşə ən yaxın üçüncü planetdir.
Günəşin diametri Yerin diametrinin 103 misli qədərdir. Bunu bir bənzətməylə açıqlayaq. Əgər diametri12.200 kmolan Yer kürəsini üzüm dənəsi böyüklüyünə gətirsək, Günəş də futbol topunun iki misli böyüklüyündə olan kürə halına gələr. Amma daha maraqlı olan aradakı məsafədir. Həqiqətə uyğun model qurmaq üçün üzüm dənəsi böyüklüyündəki Dünya ilə top böyüklüyündəki Günəşin arasını təxminən 280 metr etmək lazımdır. Günəş Sisteminin lap xaricində olan planetləri isə kilometrlərlə uzağa aparmaq lazım olacaq.
Ancaq bu qədər nəhəng ölçüyə sahib Günəş Sistemi yerləşdiyi Südyolu Qalaktikasına nisbətdə olduqca kiçik ölçüdədir. Çünki Südyolu Qalaktikasında Günəş kimi və ondan daha böyük təxminən 250 milyard ulduz var. Bu ulduzlardan Günəşə ən yaxın olanı Alfa Sentavradır (Alpha Centauri). Əgər Alfa Sentavranın bayaqkı nisbətə, yəni Dünyanın üzüm dənəsi böyüklüyündə olduğu və Günəş ilə Dünyanın arasının 280 metr olduğu nisbətə yerləşdirsək, onu Günəşdən 78 min kilometr uzağa yerləşdirməyimiz lazımdır!
Modeli bir az da kiçildək. Dünyanı gözlə çətin görülən bir toz zərrəsi edək. Onda Günəş qoz böyüklüyündə olub Dünyaya üç metr məsafədə yerləşəcək. Bu halda Alfa Sentavra Günəşdən 640 km(bəli, kilometr) uzaqda olmalıdır.
Südyolu Qalaktikasında aralarında bu cür nəhəng məsafələr olan 250 milyard ulduz mövcuddur. Spiral şəklindəki bu qalaktikanın qollarının birində bizim Günəşimiz yerləşir.
Ancaq maraqlısı odur ki, Südyolu Qalaktikası da kosmosa nisbətən çox “kiçik” yer tutur. Çünki kosmosda təxminən 200 milyarda qədər başqa qalaktikalar da var. Bu qalaktikaların arasındakı boşluqlar isə Günəş ilə Alfa Sentavra arasındakı boşluğun milyonlarla misli qədərdir.
Corc Qrinşteyn (George Greenstein) bu heyrətamiz böyüklüklə bağlı The Symbiotic Universe (Simbiyotik Kainat) adlı kitabında belə yazır:
“Əgər ulduzlar bir-birlərinə bir az daha yaxın olsaydılar, astrofizika çox da fərqli olmazdı. Ulduzlarda, nebulalarda və digər göy cisimlərində davam edən təməl fiziki proseslərdə heç bir dəyişiklik olmazdı. Uzaq məsafədən baxdıqda qalaktikamızın görünüşü də indikiylə eyni olardı. Gecə çəmənlər üzərinə uzanıb izlədiyim səmada çox sayıda ulduz görünərdi. Amma üzr istəyirəm, bəli; bir fərq daha olardı: Bu mənzərəni seyr edən “mən” olmazdım… Kosmosdakı bu nəhəng boşluq, bizim var olmağımızın vacib şərtidir.” (The Symbiotic Universe. s. 21)
Qrinşteyn bunun səbəbini də açıqlayır; kosmosdakı böyük boşluqlar, bəzi fiziki dəyişikliklərin insan həyatına ən uyğun şəkildə formalaşmasını təmin edir. Eyni zamanda Dünyanın kosmos boşluğunda hərəkət edən nəhəng göy cisimləri ilə toqquşmasına maneə olan faktor da kainatdakı göy cisimlərinin arasında bu cür böyük boşluqların olmasıdır. Kainatın böyüklüyünü və möhtəşəm nizamını qüsursuz uyğunluq içində yoxdan var edən aləmlərin Rəbbi olan Allahdır.