Kainatın yaradılışı «Big Bang» adlandırılan böyük partlayışla başlamış və o zamandan bəri kainat genişlənir. Elm adamları kainatın kütləsinin lazımi miqdara çatdıqda cazibə qüvvələri səbəbi ilə bu genişlənmənin dayanacağını və nəticədə kainatın öz içinə çökərək büzüləcəyini bildirirlər.
“Big Crunch” (Böyük büzülmə) nəzəriyyəsi “Big Bang”lə (Böyük partlayış) başlayaraq genişlənməkdə olan kainatın getdikcə sürətlənərək içəri çökəcəyini irəli sürən nəzəriyyədir. Nəzəriyyəyə görə, kainatdakı bu tənəzzül kainatın bütün kütləsini itirib sonsuz sıxlıqdakı nöqtəyə dönməsinə qədər davam edəcək.
Büzülən kainatın sonda “Big Crunch” (Böyük çökmə) adlanan yüksək temperatur və sıxılma ilə nəticələnəcəyini ifadə edirlər. Bu isə məlum olan bütün həyat formalarının yox olması deməkdir.
Stenford Universitetindən fizika professoru Renata Kalloş (Renata Kallosh) və Andrey Lind (Andrei Linde) bu barədə belə açıqlama verirlər:
Kainatın aqibəti kiçilməyə və yox olmağa doğru gedir. Gördüyümüz və daha uzaqlarda görmədiyimiz hər şey bir protondan belə kiçik nöqtə şəklində kiçiləcək. Sanki qara dəliyin içindəyik kimi… Qara enerjinin ən yaxşı tərifi budur: mərhələ-mərhələ neqativləşən bu qara enerji kainatın müvazinətinin dəyişməsinə səbəb olacaq və büzülüb çökəcək… Fiziklər qara enerjinin neqativ enerjiyə çevriləcəyini və kainatın yaxın gələcəkdə büzüləcəyini düşünürlər… Lakin bu gün görürük ki, biz bu hadisənin başlanğıcında deyilik, amma kainatımızın həyat dövrəsinin ortasında ola bilərik.
Big Crunch adlandırılan bu elmi fərziyyəyə Quranda belə işarə edilir:
«Göyü kitab səhifəsi kimi büküb qatlayacağımız günü yadınıza salın. İlk dəfə yaratdığımız kimi qaytarıb əvvəlki halına salarıq. Biz yerinə yetirməli olduğumuz vədi mütləq yerinə yetirəcəyik». (Ənbiya surəsi, 104)
Başqa bir ayədə isə göylərin bu vəziyyəti belə tərif edilir:
Allah`ı lazımınca qiymətləndirmədilər. Halbuki, qiyamət günü yer bütünlüklə Onun ovcunun içində olacaq, göylər isə Onun sağ əli ilə büküləcəkdir. (Allah Ona) aid etdikləri sifətlərdən tamamilə uzaq və ucadır! (Zumər surəsi, 67)
Big Crunch nəzəriyyəsinə görə, kainat əvvəl yavaş, lakin getdikcə sürətlənərək çökməyə başlayacaq. Bütün bunların ardınca kainat sonsuz sıxlıq və temperaturda sonsuz kiçikliyə malik nöqtəyə çevriləcək. Bu elmi nəzəriyyə Quran ayələri ilə uyğunluq təşkil edir (ən doğrusunu Allah bilir).