Günəş nə vaxta qədər işıq saçacaq?

Günəş nə vaxta qədər işıq saçacaq?

Hesab olunur ki, Günəş təqribən 4,59 milyard il əvvəl yaranmışdır. Günəş böyüklükdə olan ulduz ümumilikdə təqribən 10 milyard il yaşamalıdır. Bu, onun kütləsindən çıxış edərək və onun enerji mənbəyi olduğunu nəzərə alaraq hesablanmışdır. Günəş hidrogenli helium sintezinin termonüvə reaksiyasıdır. Beləliklə o, indi özünün həyat tsiklinin təqribən orta dövründədir. Hər saniyə Günəşin nüvəsində 4 milyon tona yaxın maddə şüalı enerjiyə çevrilir ki, nəticədə Günəş şüalanması və Günəş neytrinosunun axınını generasiya edir.
Günəşin kütləsi onun partlayışı ilə yenisinin əmələ gəlməsi üçün kifayət deyildir. Bunun əvəzinə 4-5 milyard ildən sonra o, «qırmızı nəhəng» növlü ulduza çevriləcəkdir.
«Qırmızı nəhənglər» — bu yüsək işıqlıqlığı və dartılmış buludu olan gec spektral sinfli ulduzlardır. Onun nüvəsindəki hidrogen yanacağı yandıqca onun xarici örtüyü genişlənir, nüvəsi isə daralaraq qızır.
Təqribən 7,8 milyard ildən sonra onun nüvəsindəki temperatur 100 milyon dərəcəyə çatan vaxt onda heliumdan olan karbon qazı və sintezinin termonüvə reaksiyası başlayacaq. Bu mərhələdə Günəşin daxilindəki temperatur dayanıqlığı ona gətirib çıxardacaqdır ki, o, öz kütləsini itirməyə və örtüyünü atmağa başlaycaq. Görünür ki, Günəşin genişlənən xarici təbəqəsi bu zaman Yerin müasir orbiti boyda olacaq. Eyni zamanda tədqiqatlar göstərir ki, hələ bu vaxta qədər Günəş kütləsinin itməsi ona gətirib çıxardacaqdır ki, Yer Günəşdən daha uzaq orbitə keçəcək və beləliklə, o, Günəş plazmasının xarici laylarının udmasından xilas olacaqdır.
Buna baxmayaraq yerdəki bütün sular qazşəkilli vəziyyətə keçəcək, onun atmosferinin böyük hissəsi kosmik fəzada yayılacaqdır. Günəş temperaturunun bu dövrdə artması ona gətirib çıxardacaqdır ki, növbəti 500-700 milyon il ərzində Yer müasir anlamda başa düşüləcək formada yaşayışın mövcudluğu üçün çox isti olacaqdır.
Bununla əlaqədar olaraq bəşəriyyətin yaşaması üçün ulduzlararası uçuşlar aktuallıq təşkil edəcək. Günəş «qırmızı nəhəng» mərhələsinə keçdikdən sonra termik döyünmə ona gətirib çıxardacaqdır ki, onun xarici örtüyü cırılacaq və ondan planetar dumanlıq əmələ gələcək. Bu dumanlığın mərkəzində Günəşin çox qaynar nüvəsindən təşkil olunmuş dumanlıq qalacaqdır ki, bu da milyardlarla il ərzində tədricən soyumağa və sönməyə başlayacaqdır.
Top