Ay- Yer planetinin yeganə təbii peykidir. Yer və Ayın mərkəzləri arasındakı məsafə orta hesabla 384 467 km-dir. Ayın Yer ətrafında bir tam dövrü 27 gün, 7 saat, 44 dəqiqə və 2,803 saniyədir. Saatda 3679 km yolu qət edir.
Atmosfer təzyiqi 3·10−13 hPa Aydakı atmosfer o qədər incədir ki müasir həssas müşahidələrdən əvvəlki zamanlarda onu yox sayırdılar. Belə bir atmosfer Ayı meteorlardan qoruya bilmədiyindən Ay səthində çoxlu krater mövcuddur. Kraterlərin forması çox az dəyişilir çünki atmosferin incə olması daimi cərəyanların olmamasına və süxurların çox az aşınmasına səbəb olur. Bu kraterlərin hamısına böyük alimlərin adları verilmişdir. Kopernik, Qaliley, Jül Vern kraterləri bunlara misaldır. Yerdən Ayın ancaq bir yarımkürəsi görünür. Ayın görünməyən tərəfinin fotoşəkli ilk dəfə 1959-cu ildə Sovet kosmik stansiyası tərəfindən çəkilmişdir. Daha sonra 1969-cu ildə Apollon proqramı çərçivəsində iki ABŞ astronavtı Ay səthinə enmiş və tədqiqat aparmışdır. Ay kosmik fəzada insanın ayaq basdığı tək fəza cismidir. Ayın Yer ətrafına fırlanma orbiti tam çevrə deyil. Odur ki, Ay Yerə bəzən yaxınlaşır bəzən isə uzaqlaşır. Ayın Yerə ən yaxınlaşma nöqtəsinə perigey, ən uzaqlaşma nöqtəsinə isə apogey deyilir. Ay apogeydə olarkən onun Yerdən uzaqlığı 405 363 km, perogeydə olarkən 357 448 km olur. Odur ki, onun [erigeydə olarkən görünən ölçüləri apogeydə olan ölçülərindən böyük olur. Məsələn, perigeydə Ayın görünən diskinin diametri apogeydə olan diskindən 14%, parlaqlığı isə 30% çox olur. Ay perigeydə olarkən okeanlarda qabarmanın səviyyəsi də (təqribən 6-15 sm) yüksək olur. Ayın bu vəziyyəti insanların əhvali - ruhiyyəsinə, psixoloji vəziyyətlərinə də təsir edir. Ay adətən dekabr ayında bu vəziyyətdə olur. Mənbə:vikipediya
Diametri 3476 km
Səthinin sahəsi 3,79·1010 km²
Kütləsi 7,347673·1022 kg
Temperatur orta - 23 °C
minimum - 233 °C
maksimum - 123 °C
Tərkibi: helium 25% , neon 25% , hidrogen 23% , arqon 20% , qalanı isə karbon qazı və metandan ibarətdir.