Bizim Qalaktika

Bizim Qalaktika

Hələ ən qədim zamanlarda, insanları aydın və Aysız gecə göyündə şimaldan cənuba doğru uzanan işıqlı bir zolağın möcüzəli görünüşü həmişə maraqlandırmışdır.  Səmanın başqa Hissələrindən fərqlənən və nisbətən möcüzəli görünən bu işıqlı zolağı insanlar öyrənməyə çalışmışlar. Aydın məsələdir ki, adi gözlə bunu öyrənib müəyyən fikir söyləmək o qədər də asan olmamışdır. Şimaldan cənuba doğru yönəlmiş Həmin ağ zolağın Qalaktikanın mərkəzi müstəvisində yerləşən ulduzların şüalanmasının yaratdığı fon olduğu məlum oldu. Buna Ağ yol, Süd yolu, müsəlman aləmində isə Məkkə yolu, anadolu türkləri isə Samanyolu adını verdilər. Bu işıqlı zolağa Məkkə yolu adının verilməsinin özünəməxsus tarixi vardır. Hələ kompas kəşf olunmamışdan qabaq, insanlar cəhətləri müəyyən ulduzlara və səma cisimlərinin vəziyyətinə görə təyin edirdilər.kəhkəşan (qalaktika)
Ağ Yol isə dünyanın şimal qütbündən cənub qütbünə doğru yönəldiyindən, insanlar gecə vaxtı yolu azmasınlar deyə həmin istiqaməti tutub müqəddəs Həcc ziyarətinə gedərmişlər. Məkkə yolu ifadəsi belə yaranmışdır.  "Suyun və qurunun zülmətində yolunuzu düz getmək üçün ulduzları da sizin üçün yaradan Odur.  Biz bu ayələri anlayan bir camaat üçün bu cür ətraflı izah etdik." əl-Ənam surəsi, Ayə 97. Ağ Yolun, Məkkə yolunun görünüşü. Bizim Qalaktikanı fərqləndirmək üçün onu böyük hərflə yazırlar. Insanların aləmi  uzun müddət, təkcə bizim Qalaktikadan ibarət hesab edilirdi. Məlum oldu ki, bizim Qalaktikanın forması iki ağız-ağıza qoyulmuş uzunsov boşqaba bənzəyir.  Onun böyük diametrinin 100000 işıq ili, kiçik diametrinin isə 20000 işıq ili  olduğu təyin edildi.Italyan alimi Qaliley tərəfindən 1610-cu ildə 10 sm -lik optik teleskop kəşf edildikdən sonra sirli görünən Ağ Yolun mahiyyəti aydın oldu. Qaliley, teleskopda Ağ Yolun çoxlu sayda zəif ulduzların yaratdığı fon olduğunu müəyyənləşdirdi. Astronomiya sahəsində çalışan alimlərin uzun müddətli, səmərəli elmi araşdırmaları nəticəsində, Ağ Yolun sayda ulduzdan ibarət olduğu müəyyən edildi. Bu ulduzlar bizdən həddən artıq uzaq məsafədə yerləşdiyinə görə elə zəif - işıqlı nöqtə kimi görünürlər. Burada belə bir müqayisəni etmək yerinə düşər. Günəş özü də bizə ən yaxın olan bir ulduzdur. Əgər Günəş də Həmin məsafədə yerləşsə idi, o da işıqlı nöqtə kimi görünərdi.

Bizim Qalaktikanın quruluşu.
AyMəlum oldu ki, Ağ Yol bizim Qalaktikanın mərkəzi müstəvisidir. Ağ yol Bizim Qalaktikanın mərkəzi müstəvisində yerləşən ulduzların yaratdığı fondur. Belə bir nəhəng ulduz yığını "Bizim Qalaktika" adlanır.Ağ Yoldakı çoxlu sayda ulduzların bizim Qalaktika adlanan vahid bir ulduz sistemi təşkil etməsi fikri heç də asan əldə olunmamışdır. Səma cisimlərinin əsas səciyyəvi xüsusiyyətlərindən biri də, onların birləşərək sistem əmələ gətirmələridir. Yer və onun təbii peyki olan Ay iki cisimdən ibarət bir sistem təşkil edirlər. Yupiter özünün 63 peyki, Saturun 40 - a yaxın peyki ilə nisbətən daha çox cismdən ibarət olan sistem əmələ gətirirlər. Günəş, səkkiz planet, onların peykləri,  komet və asteroidlərlə birlikdə Günəş sistemini əmələ gətirirlər. Onda sual doğur, başqa ulduzlar da birləşərək sistem əmələ gətirə bilərlərmi?Qalaktikanın mərkəzi müstəvisindən uzaqlaşdıqca ulduzların sayı sürətlə azalır. Qalaktikanın mərkəzindən ən uzaq məsafədə 1000 ps3 - də bir ulduz olur. Əgər qalaktikanın sərhəddi kimi ən uzaq hissədə 1000 ps3 - də bir ulduz olduğunu fərz etsək belə, yenə Qalaktikanın təsəvvür olunan forması dəyişməyəcəkdir və daha böyük ölçülərlə ifadə olunacaqdır. Qalaktikanın ölçüləri haqqında təsəvvür yaratmaq üçün aşağıdakı misal kifayətdir. İşıq şüası Qalaktikanın diametri boyunca bir başından o başına 100 000 işıq ilinə gedir. Bir işıq ili isə 300 000 km/san sürətlə hərəkət edən işığın bir ildə qət etdiyi məsafədir. Daha bir müqayisə, işıq bizə Aydan 1,5 san, Günəşdən 8 dəq 19 san, ən yaxın ulduz olan Sentavranın alfasından 4,3 işıq ilinə, şimal yarımkürəsinə ən yaxın qalaktika olan Andromeda Dumanlığından isə 2,2 milyon işıq ilinə gəlib çatır. Ən uzaq kvazardan isə işıq bizə 13,5 mld. işıq ilinə gəlir.Göründüyü kimi, bizim Qalaktikada küllü miqdarda ulduz var, müxtəlif mülahizələrə əsaslanan hesablamalara görə onların sayı təxminən 150-200 milyard tərtibindədir. Bizim Qalaktikada məskunlaşan ulduzların sayı bizim planetin insanlarının sayından 30 dəfədən də çoxdur.  Belə nəhəng sistemləri isə yaratmağa və qüsursuz idarə etməyə ancaq Allahın elmi və qüdrəti çatar. Sonsuz qüdrət və elm sahibi yalnız Allahdır. 

Bizim Qalaktikada Günəşin yeri.

"Ulduzların mənzillərinə (yaxud doğub batma yerlərinə) and olsun. Kaş bunun nə qədər böyük bir And olduğunu biləydiniz." əl-Vaqiə surəsi, ayə 75-76. Günəşdən Qalaktikanın mərkəzinə qədər olan məsafə təxminən 28-32 min işıq ili,  yaxud 8-10 kiloparsek (kilo - min deməkdir) tərtibindədir. Bu o deməkdir ki, Günəş Qalaktikanın nə mərkəzində, nə də kənarında yerləşir. Qeyd etmək lazımdır ki, hələlik Qalaktikanın mərkəzindən Günəşə qədər olan məsafə çox da böyük dəqiqliklə təyin edilməmişdir. Bu baxımdan müxtəlif mənbələrdə fərqli qiymətlərə təsadüf etmək mümkündür.Günəş ona yaxın ulduzlarla birlikdə Qalaktikanın mərkəzi ətrafında 8-10 kiloparseklik məsafədə 200-220 km/san sürətlə təxminən 230 milyon ildə tam bir dövr edir. Bunu bəzən Qalaktik ildə adlandırırlar. Deməli yer bütün mövcud olduğu 4,5 milyard il ərzində Qalaktika mərkəzi ətrafında cəmi 30 dəfədən artıq dövr etməmişdir.                

Bizim Qalaktikanın təsəvvür olunan görünüşü.
Günəşin hərəkətiQalaktika mərkəzi ətrafında Günəşin Hərəkət sürəti, spiral qolları əmələ gətirən sıxılma dalğalarının Həmin ərazidəki qiyməti ilə faktiki olaraq üst-üstə düşür. Belə hal ümumilikdə Qalaktika üçün normal hal deyildir. Ona görə ki, spiral qollar sabit bucaq sürəti ilə fırlanırlar, ulduzların hərəkəti isə tamam başqa qanunauyğunluqla baş verir. Bu baxımdan bizim Qalaktikanın diskində yeləşən bütün ulduzlar gah spiral qolların daxilində, gah da ondan kənarda yerləşirlər. Qalaktikada ulduzların və spiral qolların sürətlərinin üst-üstə düşdüyü yeganə yer - korotasiya dairəsi adlanan (korotasiya - sürətlərin bərabərləşdiyi dairə) məkandır.

Günəş də həmin dairənin çox yaxınlığında yerləşir. Bizim yaşadığımız Yer kürəsi üçün bu şərait çox əlverişlidir. Ona görə ki, bütün təlatümlü hadisələr və fəal proseslər spiral qollarda baş verir. Həmin fəal proseslər nəticəsində Yerdə bütün canlı nə varsa hamısını bir andaca məhv edə biləcək güclü şüalanmalar yaranır. Maraqlıdır ki, həmin şüalardan onu heç bir Yer atmosferi qoruya bilməzdi. Planetimiz bizim Qalaktikanın nisbətən ən təhlükəsiz yerində yerləşmişdir. Mövcud olduğu milyon və milyard illər ərzində Heç bir kosmik fəlakətlə (kataklizmlə) üzləşməmişdir. Bəlkə də, bu səbəbdən Yerdə Həyat qorunub saxlanıla bilmişdir. Qeyd etmək lazımdır ki, göründüyü kimi Yer planetinin mövqeyi hətta Qalaktikada belə, Günəş sistemində olduğu kimi elə bil məxsusi olaraq seçilmişdir. Uzun müddət Günəşin bizim Qalaktikanın ulduzları arasında vəziyyəti adi bir yer Hesab olunmuşdur. Hazırda biz bilirik ki, bu belə deyildir. Məlum mənada Günəş üstün və seçilmiş mövqeyə malik məkanda yerləşir.

Qalaktikada S şəkilli Süd YoluBizim Qalaktikanın başqa yerində də həyatın mümkünlüyü barədə fikir yürüdəndə, bu üstünlyü nəzərə almaq lazımdır. Əgər Günəşin yerləşdiyi bu üstün mövqeli ərazini nəzərə almasaq yanlış nəticələrə gətirib çıxarar.Göründüyü kimi Günəş sisteminin bizim Qalaktikadakı yeri AllaH tərəfindən elə seçilmişdir ki, burada yaşayış mümkün olsun. Əgər Günəş sistemi Qalaktikanın mərkəzində yerləşsə idi, orada ulduzların sıxlığı böyük olduğundan biz  göydə bir neçə "günəş" görərdik. Bu baxımdan bu ərazi çox isti olardı. Məlum olduğu kimi bizim Qalaktikanın mərkəzində dörd güclü "qamma" alışma mənbəyi yerləşir. Onlarda baş verən alışmalar Yer kürəsi Qalaktikanın mərkəzində yerləşsə idi, oradakı həyatı bir andaca məhv edərdi. "Yeddi (qat) göyü və bir o qədər də yeri yaradan Allahdır. Allahın hər şeyə qadir olduğunu, Allahın hər şeyi elm (Öz əzəli elmi) ilə ehtiva etdiyini biləsiniz deyə, Allahın əmri onların arasında (mövcud olan bütün məxluqata) nazil olar." ət-Talaq, 12. Bu cür böyük dəqiqliklə tənzimləməni həyata keçirməyə isə Allahdan başqasının qüdrəti və elmi çatmazdı.Əgər Günəş sistemi Bizim Qalaktikanın kənarında yerləşsə idi, onda sistemin kənar hissələrində titrəmə və müəyyən qanunauyğunluqdan kənara çıxmalar çox olardı. Belə olan halda Yerdə həyat uzun müddət qorunub saxlanıla bilməzdi. Bizə belə gəlir ki, Günəşin bizim Qalaktikadakı yerinə Qurani Kərimin əl-Vaqiə surəsinin 75-76 ayəsində bir işarə vardır. Doğrudur bir sıra müəlliflər bu ayəni qara çuxurlara bir işarə kimi yozurlar. Qeyd etmək lazımdır ki, Qurani Kərimdə qara çuxurlara uyğun gələn bir çox ayələr vardır. Biz gələcək işlərimizdə qara çuxurlarla bağlı məsələyə toxunacağıq.Bizim bildiyimiz bu qədər. Ən yaxşısını və doğrusunu Allah bilər.

Müəllif: Lokman Helvacı, Nazim Hüseynov

Həmçinin bax: Ulduzların sürüşməsi
Top