Teleskop

Teleskop

Müşahidə astronomiyanın açarıdırsa,teleskop da müşahidənin açarıdır.Teleskopların geniş imkanları var.Müqayisə üçün qeyd edək ki, teleskopsuz cəmi 6000 ətrafında ulduz görürüksə,müasir teleskoplarda milyardlarla ulduz görə bilirik.Ona görə də teleskop əsas astronomiya cihazıdır.
İlk teleskopu 1609-cu ildə Qaliley ixtira etmişdir və 1610-cu ilin yanvar ayının 7-də səmaya yönəltmişdir.Bu, astronomiyada inqilabi hadisə idi.
Teleskopun 3 vəzifəsi var:obyektin xəyalını qurmaq,gözə nisbətən daha çox işıq seli toplamaq və gözlə ayırd edilə bilməyən 2 və daha çox sayda nöqtəvi obyekti (məsələn ulduzu)ayrılıqda müşahidə etmək.
Teleskopun əsas hissəsi onun obyektividir.Obyektiv qabarıq linza və ya çökük güzgü olur.Obyektivi linza olan teleskop reflektor, güzgü olan reflaktor adlanır. Qalileyin ixtira etdiyi teleskopun linzasının diametri cəmi 5 sm olmuşdur.İlk reflektor 1671-ci ildə Nyuton tərəfindən hazırlanmışdır.Bu teleskopun güzgüsünün diametri 3 sm olub.
Sonrakı yüz illiklərdə hər iki növ teleskopun istər obyektivlərinin ölçülərində,istərsə də ümumi konstruksiyasında böyük inkişaf olub.İndi linzanın diametri 1 metr olan refraktor,güzgünün diametri 6 metr olan reflektor var.Daha böyük obyektivli teleskoplar üzərində işlər aparılır.
Göy cisminin parlaq şüaları hər 2 üzü qabarıq linza olan obyektivə düşür.Onun vasitəsilə teleskopun fokal müstəvisində göy cisminin xəyalı alınır.Xəyala hər 2 üzü qabarıq linza olan və okulyar adlanan lupa vasitəsilə baxılır.Yaxud fotoemusiya vasitəsilə xəyalın foto şəkli alınır.Göy cisimləri çox uzaqda olduqlarından şüaları obyektivə paralel düşür.Buna görə də xəyal fokal müstəvidən alınır.Digər şəkildə reflektorun sadə sxemi Nyuton sxemi də adlandırılır.Burada göy cismindən gələn paralel şüalar əvvəlcə çökük güzgü olan obyektivdən əks olunur və fokal müstəvidə toplanır.Sonra yardımçı güzgüyə düşür və yardımçı güzgüdən əks olunaraq okulyara verilir.

Teleskopun vəzifələrindən biri də gözə nisbətən daha çox işıq toplamaqdır.Toplanan işıq seli obyektivin sahəsi ilə,sahə isə obyektivin diametrinin kvadratı ilə mütənasibdir.Obyektivin diametrini D,Göz bəbəyinin diametrini isə d ilə göstərsək obyektivin topladığı işıq seli gözün topladığı işıq selindən (D/d)2 dəfə çox olar.Məsələn,obyektivinin diametri 6 metr olan teleskop bəbəyinin diametri 6 mm olan gözdən 1 000 000 dəfə çox işıq seli toplayır.
Teleskopun 3-cü vəzifəsi ayırdetmə qabiliyyətidir.İnsan gözünün iki yaxın nöqtəvi obyekti,məsələn iki yaxın ulduzu,ayrı ayrılıqda görməsi üçün onlar arasındakı bucaq məsafəsi 2″-dən kiçik olmamalıdır.Ayırdetmə göz bəbəyinin diametri ilə mütənasib olduğu üçün obyektivinin diametri D olan teleskopun ayırdetməsi,bəbəyinin diametri d olan gözün ayırdetməsindən D/d dəfə çoxdur.Məsələn,obyektivinin diametri 6 metr olan teleskopun ayırdetmə qabiliyyəti gözün ayırdetmə qabiliyyətindən 1 000 dəfə çox alınır.Yəni belə teleskopla bir-birindən 2″ məsafəsində yerləşən obyektlərlə, 0.12″bucaq məsafəsindən kiçik olmayan obyektləri ayrı-ayrı görmək olmur.Bu hesablamamız nəzəridir,lakin atmosfer teleskopda alınan xəyalları korlayır.Odur ki,ən yaxşı halda ayırdetmə 1″olur.Bu da gözün ayıretməsindən 100 dəfə böyükdür.Teleskopu səciyyələndirən parametrlərdən biri onun böyütməsidir.Teleskopun böyütməsi obyektivin və okulyarın fokus məsafələrinin nisbətinə bərabərdir.Teleskopun böyütməsinin 500 dəfədən çox olması məsləhət deyil.Əks halda xəyalın keyfiyyəti azalır.
Fotoqrafik müşahidələrdə böyütməni xəyalın miqyası əvəz edir.Xəyalın miqyası teleskopun fokus məsafəsi ilə tərs mütənasibdir.Deməli böyük miqyaslı xəyal almaq üçün kiçik fokuslu teleskopdan istifadə edilir.
Beləliklə obyektivin fokus məsafəsi böyük olduqca xəyalın miqyası kiçilir,xətti ölçüsü böyüyür.Ayı,parlaq planetləri,xüsusilə Günəşi öyrənərkən uzun fokuslu teleskopdan istifadə edilir.
Teleskopun daha bir parametri görüş sahəsidir:teleskopun görüş sahəsi onda görünən göy hissəsinin ölçüsüdür.Qövs dəqiqələri ilə görüş sahəsi 2000”f/F dir. Beləliklə görüş sahəsinin böyük olması üçün kiçik fokuslu teleskopdan istifadə etmək lazımdır.ona görə də ulduz göyünün böyük sahəsinin xəyalını qısa fokuslu teleskopla alırlar.
Teleskoplarda alınan xəyalların bir sıra nöqsanları da var. Məsələn,adi, yəni obyektivi bir linzadan ibarət refraktor xəyalların kənarları rəngli və təhrif olunmuş alınır. Bunun səbəbi müxtəlif rəngli şüaların linzada müxtəlif bucaqlar altında sınmasıdır. Sınma bucağı qırmızı rəngdən maviyə doğru böyüyür. Nəticədə  obyektivə yaxın mavi,uzaqda qırmızı rəngə uyğun şüalar toplanır.Linzaların digər nöqsanı optik oxa yaxın olan şüaları uzaq olanlara nisbətən daha uzaqda toplanması və xəyalın təhrif olunmasıdır. Bu nöqsanları azaltmaq və ya aradan qaldırmaq üçün,astronomik cəhətdən zəruri olan hallarda,refraktorun obyektivi 2-3 cür əyriliyə malik müxtəlif növ şüşələrdən hazırlanır.


Refraktorlarda xəyal rəngli olmasa da,güzgüdən əks olunan paralel şüaların optik oxa yaxın  olanları linzada olduğu kimi daha uzaqda toplanır. Xəyalın təhrif olunur,bir yox,bir neçə xəyal alınır. Xəyalın dəqiq alınması üçün çökük güzgü əvəzinə obyekyivi parabolik güzgüdən düzəldirlər.
Dünyada ən böyük refraktorun lizasının diametri 1m-dir. Bu teleskop Çikaqo yaxınlığında İyersk rəsətxanasındadır. Ən böyük reflektorun güzgüsünün sahəsi 6m-dir və o Şimali Qafqaz Xüsusi Astrofizika Rəsətxanasındadır.

Top