Astronomiya ən qədim təbiət elmidir.O, göy cisimlərini öyrənir.Yunanca “astron”-göy cismi,ulduz,”nomos”-qanun,elm deməkdir.Bir neçə elmi istiqamətlərdən və ona daxil olan bölmələrdən ibarətdir.
1. Astrometriya zaman və məkanın ölçülməsi haqqında elmdir və 3 hissədən ibarətdir: a)sferik astronomiyada müxtəlif astronomik koordinat sistemləri,bu sistemdə göy cisimlərinin və süni peyklərin koordinatlarının təyini və bu koordinatların zamandan asılı olaraq dəyişməsi ilə əlaqədar məsələlərin riyazi həlli üsulları vaxtın hesablanmasının nəzəri əsasları öyrənilir. 2.Astrofizika-müasir astronomiyanın ən böyük və sürətlə inkişaf edən bölməsidir.Özü 2 hissədən ibarətdir: 3.Kosmoqoniya-Günəş sistemlərinin,ulduz sistemlərinin mənşəyi və təkamülü problemlərini öyrənir.
1.Astrometriya, nəzəri astronomiya və göy mexanikası
2.Astrofizika və ulduz astronomiyası
3.Kosmoqoniya
4.Kosmologiya
b)fundamental astrometriyada parlaq ulduzların ekvatorial koordinatları dəqiq təyin edilir.Burada ulduzların hərəkəti öyrəlinir və kataloqları tərtib edilir.
c)praktik astronomiyada astrometriya müşahidə cihazlarının nəzəriyyəsi, müşahidə aparılması,vaxt xidməti,coğrafi koordinatların təyini,dənizçilik və təyyarəçilik naviqasiyalarına,kosmik naviqasiyaya və geodeziyaya astronomiyanın tətbiqi ilə əlaqədar məsələlər öyrənilir.
Nəzəri astronomiya və göy mexanikası-burada yerin fırlanma nəzəriyyəsi ay və planetlərin hərəkətinin nəzəriyyəsi,ulduzların nəzəriyyəsi,təbii və süni peyklərin nəzəriyyəsi, göy cisimlərinin fiqurları və onların hərəkətə təsirini nəzərə almaq üsulları və s.öyrənilir.Bu məsələlərin həllinə göy mexanikasının tətqiqat üsulları tətbiq edilir.Bundan başqa göy mexanikasında öyrənilən məsələlərə cazibə nəzəriyyəsi,n cisim məsələsi,yəni bir-birini Nyutonun ümumdünya cazibə qanunu ilə cəzb edən n maddi nöqtənin hərəkəti və s.daxildir.1-ci istiqaməti təşkil edən bu 3 bölməyə birlikdə klassik astronomiya da deyilir.
a)praktik astrofizika
b)nəzəri astrofizika
Praktik astrofizikada astrofizika texnikası nəzəriyyəsi,bu texnikadan istifadə metodikası,alınan müşahidə materiallarının işlədilməsi metodikası,radioelektronika,hesablama texnikası avtomatlaşdırılması və s.problemləri,nəzəri astrofizikada isə astrofizika məsələlərinin qoyulması müşahidə materialları əsasında kainat obyektlərinin fiziki təbiətinin öyrənilməsi,bu obyektlərdə gedən fiziki proseslərin aşkara çıxarılması eləcə də bu obyektlərin mümkün qarşılıqlı əlaqə və təsirlərinin problemləri öyrənilir.Yeni müşahidə üsullarının yaranması və inkişafı müasir astrofizikada yeni tədqiqat sahələrinin yaranmasına səbəb olmuşdur.Onlardan radioastronomiya,qamma və rentgen astronomiya,ultrabənövşəyi astronomiya,infroqırmızı astronomiyanı göstərmək olar.
Ulduz astronomiyası ulduzların,ulduz sistemlərinin,ulduzlararası mühitin fəza paylanması,hərəkəti,buradakı qanunauyğunluqları kinematik,dinamik və fiziki baxımdan aşkara çıxarılması kimi məsələləri öyrənir.
4.Kosmologiyada isə kainatın quruluşu,onun 1 obyekt kimi fizikası,mənşəyi,təkamülü və ümumi qanunauyğunluqları öyrənilir. Kosmologiya problemlərini həll etmək üçün nisbilik nəzəriyyəsi və mürəkkəb riyazi əməliyyatlar tətbiq etməklə astrofizika və ulduzlar astronomiyasının müəyyən nəticələrindən istifadə olunur.Nisbilik nəzəriyyəsini tətbiq etməklə astrofizika problemlərini öyrənən elm sahəsi relyativistik astrofizika adlanır və kosmologiya ilə sıx əlaqədardır.Beləliklə,4 istiqamətin əhatə etdiyi problemlərdən görünür ki,onlar bir-birindən ayrılmazdırlar.
Astronomiya nədir və astronomiya nəyi öyrənir? sualının cavabını bilmək də lazımdır.