Əsl liderlərin 7 qeyri-adi cəhəti

Əsl liderlərin 7 qeyri-adi cəhəti

Tabeliyində olanlarla münasibətdə əsl liderlərin vəzifəsi almaq deyil verməkdir. Və hər şeydən öncə aşağıda sadalanan 7 punkt la əlaqəli məsələlərdə.

1. Güvən nümayiş etdirmək
Siz əməkdaşlar üçün daha çox adı bir adam deyil, “boss” hesab olunursunuz. ( Bu məktəb illərində müəlliminizlə bir meyvə mağazasında rastlaşdığınızda keçirdiyiniz dissonans və diskomfort hissi ilə eyni bir haldır, yəni müəllimlər də sanki adam deyil,məhz müəllimdirlər.)

Buna görə də güvənli yanaşma, adətən rəhbəri tabeliyində olandan ayıran süni həddi aşmaq üçün ən humanist addımdır. Bunu həyata keçirməyin ən sadə yolu kömək istəməkdir. Lakin bunu düzgün şəkildə etmək lazımdır. Yəni hökmran görünüş alıb alçaqdan və dərin bir səslə: “Con, mənə sənin köməyin lazımdır” demək olmaz. Belə olduğu halda John başa düşəcək ki,sizə onun köməyi lazım deyil. Siz ondan sadəcə elə-belə nəsə istəyirsiz.

Başqa tərzdə soruşun. Təsəvvür edin ki, siz tanımadığınız bir ölkəyə getmisiniz və yerli dildə yalnız bir neçə söz bilirsiniz. Buna görə də çox narahat və gərginsiniz.

Belə vəziyyətdə necə kömək istəyərdiniz? Sadəlik və təmkinlə. Adi bir adam kimi başınızı təvazökarcasına bir qədər qaldırırsız və deyirsiz: “ Mənə kömək edə bilərsən?” Belə halda John görəcək ki, sizin həqiqətən də köməyə ehtiyacınız var. Siz artıq həddi üstələmiş oldunuz. Siz güvənli yanaşırsınız və bunu göstərməkdən çəkinmirsiniz.

Güvənlik nümayiş etdirməklə siz asanlıqla insanı qəbul edirsiniz. Bununla siz həmçinin, onun bacarıqlı olduğunu etiraf etmiş olursunuz və özünüzün ona olan inamınızı göstərirsiniz. Və siz özünüzün bu nümunənizlə açıq-aşkar bildirmiş olursunuz ki, kömək istəmək heç də zəiflik əlaməti deyil. Bu bir gücdür.

2. Yüngülcə təkan
Əməkdaşın nəzərincə, ən yaxşı ideyalar sizə deyil onun özünə maxsus olur.Ona görə də gözlədiyiniz addımlarla bağlı bütün detalları bildirməyin. Təşəbbüskarlıq üçün yer saxlayın. Məsuliyyət üçün də həmçinin yer gözləyin.

Gözlədiyiniz nəticəni yazıda sadəcə xüsusi vurğu ilə qeyd edin. Əməkdaşlar üçün sizin ideyanızı öz ideyalarına çevirmələri üçün yer saxlayın. Onlar sizin düşündüyünüzdən də çox şey edəcəklər və bundan məmnunluq və minnətdarlıq hissi duyacaqlar.

3. Gözlənilməz diqqət
Diqqəti hər kəs sevir. Lakin çox təəssüf ki, sizin hər əməkdaşa istədiyi qədər diqqət yetirməniz üçün kifayət qədər vaxtınız yoxdur. Buna görə də olan gücünüzdən istifadə edin. Təkcə geniş mövzulu məsələlərdən deyil, üzərində dayanmalı olduğunuz mövzularda söhbət aparın.

Xırda detalları qeyd edin. Müştəri ilə münaqişəni qaydasına qoymaq və problemi həll etmək üçün əməkdaşın fikrinə iltifat edin. Başqa bir ofisə yollayacağı sənədləri almaq üçün həmkarının masasına yaxınlaşan işçiyə tərif söyləyin. Kiçik, pozitiv və lazımi, yəni sizin həqiqətən də əməkdaşa diqqət göstərdiyinizi nümayiş etdirəcək gözlənilməz addımlar atın. Belə halda əməkdaşlar sizin yaxşı mənada diqqət edtiyinizi biləcəklər və daha da səylə çalışaraq özlərini bir qədər də yaxşı hiss edəcəklər.



4 .İstirahət imkanı
Əməkdaş işini görə bilməyib. Siz buna hirslənir, onu öyrətmək və bu barədə ətraflı söhbət etmək istəyirsiniz. Bunu etməyin. Yaxşı işçi artıq dərsini bilmiş olacaq. Onun baxışlarını tutun, başınızı aşağı edin, onu gərgin hala salmadan səhvini düzəltməkdə ona kömək edin.

Bütün işçilər istirahətə ehtiyac duyurlar. Və buna nail olmaqla onlar heç vaxt sizin bu hərəkətinizi unutmamış olacaqlar. Onlar hər səylə buna layiq olduqlarını gəstərməyə çalışacaq və növbəti dəfə elə edəcəklər ki, daha ona ehtiyac duymasınlar.

5. “İnsider” anlayış
Mənim şefim mühüm son tarixi pozan bir təczihatçının üstünə az qala acıqlanmışdı. Bir o qədər də pis görünməsə də buna oxşar bir hal idi. “Diskussiyalar” ərəfəsində, təchizatçının nümayəndəsi qırağa baxanda, şef başını mənə tərəf çevirdi və göz vurdu.

Bununla o mənə gizlin işarə etdi ki, onun emosional çıxışı qismən oyundur və onun məni də daxil etdiyi bir planı var. Mən öz aramızda qalan bir informasiya aldım. Biz tərəfdaşlarıq və bir yerdə işləyirik. Əməkdaşlar çox zaman şefdən yadlıq hiss edirlər. Elə edin ki, sizin əməkdaşlar belə bir hissə qapılmasınlar. Onlara öz aranızda işarələr ötürün.

6. Layiq olmayan komplimentlər
Komplimentlər mütləq doğru və layiqli olmaya da bilər. Hərdən komplimentlər öz-özündən yaranır. Siz əməkdaşlarınızda onların özlərinin görə bilmədiyi və ya görməyə məqam tapmadığı nələrisə görəndə və bunu onlara deyəndə onlar daha da əmək sərf edərək sizin onlara olan inamınızı doğrultmağa çalışacaqlar.

Mənimlə də eynisi baş verib. Onuncu sinifdə oxuyanda mən güləşlə məşğul olurdum və özümü çox gərgin, əsəbi, hədə altında olan biri kimi hiss edirdim. Məşqlərdən təxminən bir həftə sonra mən məşqçinin böyükuşaqlardan biri ilə necə danışdığını gördüm: “Bax, o oğlan – məni nəzərdə tutaraq – böyüyəndə ştat çempionu olacaq”.

O səhv deyirdi, mən çempion olmadım. Lakin ən azından həmin an mən özümü daha arxayın, özümə inamlı və motivasiyalı hiss etdim vəbu hissləri uzun müddət yaşadım. O mənə inanırdı və bu da mənim özümə inamımı formalaşdırdı.

7. Əl uzadaraq dayanmaq
Bazar gününə, fasiləyə, yeni şansa və başqa nəyəsə ehtiyac duyan bir əməkdaş əlini sizə uzadaraq yaxınlaşır. O həssasdır, çünki nəyəsə ehtiyacı var. Onun əlini tutun və sıxın. Ola bilər ki siz ona istədiyini verə bilməyəsiz amma siz onun sualları üstündə dayanıb ona şəfqətinizi göstərə bilərsiniz.

Heç bir halda, işçini əli uzanıqlı qoymayın. Bu, həyatda ən pis hisslərdən biridir və siz elə edə bilərsiniz ki, o dərhal yox olsun.

banker.az
Top