Çox vaxt valideynlər övladlarını müəyyən təhlükələrdən qorumaq məqsədilə onların həyətə çıxmasına icazə vermirlər. Sizcə, bununla uşağı hansısa bir təhlükədən qorumaq mümkündürmü? Çox vaxt ehtiyatsızlıq və diqqətsizlik: ütünü şəbəkədən ayırmamaq, giriş qapısım bağlamamaq, hündürlükdən yıxılmaq, su kranım bağlamamaq, evə tanımadığın insanı buraxmaq, iti və kəsici alətlərdən istifadə etmək, dərmanlar, vaxtı keçmiş qidalar, məişətdə istifadə olunan kimyəvi maddələr və s. həyati təhlükəyə səbəb ola bilir.
Gündəlik həyatımıza rəng qatmaq üçün vaxtaşırı əyləncə və ticarət mərkəzlərinə, parklara, istirahət mərkəzlərinə, çimərliklərə, kinoya, teatra, muzeylərə üz tuturuq. Bu kimi ictimai yerlərdə nə qədər əylənsək, nə qədər zövq alsaq da, təhlükələrlə rastlaşmayacağımıza əmin ola bilmərik.
Uşaq əyləncə mərkəzlərindəki bir sıra attraksionlar, parklardaki yelləncəklər, tikinti işləri aparılan ərazilər, ev heyvanları ictimai yerlərdə müəyyən təhlükələr yarada bilər.
İtlər “inaamn dostu" hesab edilsə də, yad adam üçün onlar olduqca ciddi təhlükə yarada bilər. Respublikanın mərkəzi şəhərlərində, qəsəbələrdə, kəndlərdə, parklarda, əyləncə yerlərində, dəniz kənarında, yollarda, küçələrdə kifayət qədər sahibsiz itlərə rast gəlmək olar.
Əksər hallarda bu heyvanlara tək-tək deyil, sürü halmda təsadüf edilir. Heyvanlar virusların ən başlıca daşıyıcıları olduğundan küçədəki sahibsiz itlər yerli sakinlərin həyatı üçün olduqca böyük təhlükədir. Peyvənd olunmayan bu heyvanların dişlədiyi insanların aqibəti çox vaxt ölümlə nəticələnir.
Alimlər hesab edirlər ki, ev heyvanlarının quduzluq xəstəliyinə yoluxması ehtimalı həmişə var. Bu halda xəstə ev heyvam sahibini belə dişləyə bilər. Bəzən sahibləri itləri ictimai yerlərdə gəzdirərkən kəmərdən, ağızlıqdan istifadə etmirlər. Bütün bunlar da ətrafdakılar üçün təhlükə yaradır.
Ətraf mühitə laqeyd yanaşmamaq, sağlam həyat tərzi keçirmək, hər hansı bir qəzaya səbəb olacaq addımlar atmamaq, mədəni davranış qaydalarına əməl etmək cəmiyyətin sağlam və rifah halında yaşamasına səbəb olur.
Müəllif: Nüşabə Məmmədova, Könül Mahmudova, Sevil Bəhrəmova
Mənbə: HƏYAT BİLGİSİ — 9 Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün «Həyat bilgisi» fənni üzrə DƏRSLİK