Şəkəri «ağ ölüm» adlandırırlar. Bu sözlərdə həqiqət var. Şəkərin çoxlu miqdarda qəbulu müxtəlif pozulmalara yol açır — piylənməyə, diş və damaq problemlərinə səbəb olur, bəzi mineralların mənimsənilməsini pozur, maddələr mübadiləsi proseslərinə mənfi təsir edir, allergiyanın inkişafına təkan verə bilər və s.
Şəkərin digər mənfi xüsusiyyəti ondan ibarətdir ki, şəkər immun sistemini zəiflədir. Müxtəlif ölkələrdə aparılar eksperimentlər göstərir ki, şəkərin həddindən artıq miqdarda qəbulu immun hüceyrələrinin fəaliyyətinə mənfi təsir edir, insanın infeksiyalara qarşı davamlılığını azaldır. Hətta şəkərin qəbulundan bir neşə saat sonra immun sisteminin səviyyəsi aşağı olur.
Şəkər dedikdə müxtəlif şirniyyatlar, şəkərlə zəngin qazlı içkilər (cola, fanta və s.) və s. nəzərdə tutulur. Məhz bu səbəbdən həkimlər infeksion xəstəliklər zamanı, xüsusilə ilk 2-3 gün ərzində, şirniyyatlardan imtina etməyi tövsiyə edirlər.