İnterleykinlər və onların rolu

İnterleykinlər və onların rolu

İnterleykinlər sitokinlərin bir növü olub  ,əsasən leykositlər tərəfindən sintez olunur.Məhz bu səbəbdən onların adlarının sonu leykin sonluğu ilə bitir.Bundan başqa interleykinlər həmçinin mononuklear faqositlər və digər hüceyrələr tərəfindən də sintez olunur.İnterleykinlər immun sistemə daxildir.

İnterleykin 1(İL-1) .Əsasən aktivləşmiş makrofaqlar,keratinositlər,fibroblastlar tərəfindən sintez edilir.İL-1 o,temperaturun yüksəlməsində,leykositlərin aktivliyinin tənzim olunmasında,sümük iliyi hüceyrələrinin çoxalmasında iştirak edir.Onun təsir etdiyi hüceyrələr T-helper,T-amplifayer və effektor makrofaqlardır.İL-1 hepatositləri aktivləşdirərək,qanda kəskin faza zülallarının konsentrasiyasını yüksəldir,faqositozu gücləndirir,zədələnmiş sahələrin qan təchizatını bərpa edir.İL-1-in 2 növü məlumdur:α və β.Bundan başqa İnterleykin 1 qrupuna həmçinin interleykin 18,33,interleykin 1 reseptorunun antoqonisti də daxildir.

İnterleykin 1α və 1β sələf şəklində əmələ gəlir.Onların molekulundan propeptid ayrıldiqdan sonra,yetkin zülala çevrilirlər.Bu reaksiya proteozoykaspaza-1,interleykin-1 konvertaza fermentlərinin iştirakı ilə baş verir.Əmələ gələn hər iki zülalmolekulunun çəkisi təqribən 28 kD-a bərabər olur.Hər iki zülal molekulu silindrşəkillidir və onların hər birində 12-14 büküş olur.

İnterleykin 33 bir çox xassələrinə görə fibroblastların böyümə faktoruna oxşayır.O,orqanizmin bir çox hüceyrələri tərəfindən ekspressiya olunur.İL-33-ün miqdarı toxumada iltihabın inkişafından asılıdır.O,immunrequlyator xassəyə malikdir.

İnterleykin-2 (İL-2) 1976-cı ildə limfositlərin maye kulturasından əldə edilmişdir.İL-2 əsasən T-helperlər (CD+4) tərəfindən sintez edilir.İL-2 həmçinin aktivləşmiş B limfositlərdə,makrofaqlarda da aşkar olunmuşdur.O,əsasən iltihabönü interleykin hesab olunur.T limfositlərin proloferasiyasını,differensasiyasını tənzimləyir,natural killerlərin aktivatoru rolunu oynayır.

İnsanlarda İL-2-in sintezini 6684 cüt nukleotiddən ibarət olan 1 gen tənzim edir.Bu gen 3 ekzondan və 4 introndan ibarətdir.

İL-2 in defesiti zamanı total skleroz,revmatoidli artrit inkişaf edə bilər.Həmçinin ondan şışəleyhinə müalicədə də istifadə olunur.

İnterleykin 3 (İL-3) stimulə olunmuş T helper,monosit ,makrofaq hüceyrələri tərəfindən sintez olunur.Onun əsas təsiri tosqun və bazofil hüceyrələrin ,eləcə də B limfositlərin sələf hüceyrələrinin böyüməsinə və inkişafına yönəlib.Həmçinin İL-3 eritropoetin kimi neytrofillərin və eritrositlərin yetişməsinə də təsir göstərir.

İnterleykin 4 (İL-4) başqa adla B limfositlərin stimuləedici faktoru da adlandırılır.Stimulə olunmuş T helperlərdə sintez olunur,geniş təsir spektrinə malikdir.Əsasən B limfositlərin çoxalmasında və inkişafında mühüm rol oynayır.İL-4 makrofaqları,T limfositləri və tosqun hüceyrələri aktivləşdirir,müxtəlif immunoqlobulinlərin yaranmasında iştirak edir.

İnterleykin 5 (İL-5) başqa adla eozinofil faktoru da adlandırılır.stimulə olunmuş T helperlərdə sintez edilir.B limfositlərin və eozinofillərin proliferasiya və differensasiyasında iştirak edir.O,eozinofillərin həyat qabilliyyətinin yüksəlməsinə səbəb olur.

İnterleykin 6 (İL-6) müxtəlif hüceyrələr tərəfindən sintez edilir (makrofaq,T və B limfositlər,fibroblastlar,endotelial,epitelial,mikroqlial və s. hüceyrələr).İL-6 digər interleykinlərə nəzərən daha geniş təsir spektrinə malikdir.Təsir xüsusiyyətlərinə görə İL-1-ə oxşardır.Onun təsiri nəticəsində kortikotropinin,kəskin faza zülallarının sekresiyası sürətlənir,antitellərin differensasiyası sürətlənir.

İnterleykin 7 (İL-7) fibroblastlar,endotelial hüceyrələr,T limfositlər,sümük iliyi hüceyrələri,timusun stromal hüceyrələri tərəfindən sintez olunur.Onun təsiri ilə B limfositlərin sayı artır.İL-7-in iştirakı olmadan yetişmiş və ya yetişməmiş T limfositlərin differensiasiyası baş vermir.

İnterleykin 8 (İL-8) stimulə olunmuş makrofaqlar və monositlər tərəfindən sintez olunur.Əsas təsiri neytrofillərin hemotaksisini,faqositar aktivliyini gücləndirməkdir.

İnterleykin 9 (İL-9) T limfositlət və tosqun hüceyrələr tərəfindən sintez edilir.Periferik qanda T limfositlərin və sümük iliyində eritroid hüceyrələrin çoxaımasına təsir edir.

İnterleykin 10 (İL-10) və ya supressor faktor makrofaqlarda sintez edilir.Bazofillərin və B limfositlərin proliferasiyasını sürətləndirir,T killerlərin differensasiyasına kömək edir.

İnterleykin 11 (İL-11) sümük iliyinin stromal hüceyrələrində və fibroblastlarda sintez edilir.Hemopoezdə əsasən trombositopoezdə mühüm rol oynayır.

İnterleykin 12 (İL-12) T killerlərin və K limfositlərin sitotoksikliyini gücləndirir.

İnterleykin 13 (İL-13) iltihab əleyhinə sitokinlərə iaddir.Th2 limfositlər tərəfindən sintez olunur.Əsasən İL-4-ün sintezini sürətləndirir.Monosit və makrofaqların funksiyasını isə zəiflədir.

İnreleykin 14 (İL-14) əsasən follikulyar dendrit hüceyrələri və T limfositlər tərəfindən sintez edilir.İg sintezini azaldır,B limfositlərin proliferasiyasını sürətləndirir.

İnterleykin 15 (İL-15) epitelial,əzələ hüceyrələri tərəfindən sintez olunur.T limfositlərin differensasiyasını və generasiyasını sürətləndirir.

İnterleykin 16 (İL-16) beynin mikroqlial  hüceyrələri,timus,dalaq,mədəaltı vəzi hüceyrələri tərəfindən sintez olunur.

İnterleykin 17 (İL-17)CD+4  T limfositlər tərəfindən sintez olunur.Qranulositar-monositar KSF -in sintezini artırır.

 İnterleykin 18 (İL-18) monositar makrofaqlar tərəfindən sintez olunur.T limfositlərin və NK hüceyrələrin aktivliyini artırır,onların İNFɣ sintezini sürətləndirir.

Mənbə:
“Klinik immunologiya” A.A.Əyyubova
“Иммунология”  Дж. Бростофф, Д. Мейл
Top