Bildiyimiz kimi immuniteti gücləndirmək üçün qidalanma əhəmiyyətlidir.
Xüsusi ilə yay meyvələri (gilanar, sitrus bitkiləri və s.) antioksidant və C vitamini sayəsində bədəni güclənirməyə kömək edir.
İlk növbədə bədənimizin başlıca düşməni olan xolestrol heç bir meyvədə yoxdur!
* Meyvələrdə təbii şəkər var, nə qədər çox meyvə yeyərsək beynimizdəki sinir hüceyrələri o qədər inkişaf edər, və yaddaşımızı gücləndirir!
* Meyvələr mükəmməl lif qaynağıdır!
* Meyvələr vitamin və mineral baxımından çox zəngindir!
* Az kalorilidirlər və kökəltmir! (Ancaq dieta vaxtnda kalorisi nisbətən yüksək olan əncir, banan və üzümdən uzaq olun)
* Meyvələri ac qarına yemək həzm prossesini asanlaşdırır!
Gilas
* Güclü bir ağrı kəsicidir,
* Xolestrol və qan şəkərini azaldır, bədəndəki zəhəri təmizləyər
* Qəbzliyi aradan qaldırır,
* Nikotinin vücuddan atılmasına kömək edir,
* Böyrəkləri daş və qum yığılmasından qoruyur, varsa zamanla tökər,
* Öd kisəsi daşının tökülməsinə kömək edir,
* Üzdə olan sızanaqların təmizləməsinə kömək edir;
(100 gr. gilas=70 kalori)
Üzüm
* Böyrəklərin işləməsini asanlaşdırıb, ürək döyüntülərini tənzimlər,
* Qaraciyəri təmizləyər,
* Qara üzüm, qabığı və tumları ilə yeyilərsə hüceyrə yeniləyicidir,
* Həzm prossesini asanlaşdırır, qan azlığını tənzimlər,
* Uşaqların inkişafı üçün çox faydalıdır.
* Ancaq kalorisi yüksək olan üzümün bir gündə 15-20 ədəddən çox yeyilməməsi lazım olduğunu unutmayın;
(100 gr. üzüm=65 kalori)
Şaftalı
* Ürək narahatlıqlarına və xərçəngə qarşı qoruyucudur,
* Həzm sistemini düzgün işləməyinə kömək edər, həzmi asanlaşdırır,
* Böyrəklərin və öd kisəsinin problemsiz işləməsinə yardım edir,
* Böyrək daşı sökücüdür;
(1 ədəd orta şaftalı=42 kalori)
Ərik
* Qan bərpaedicidir, qan azlığına xeyirlidir,
* Gözəl bir cild və saç üçün yaxşı təsiri vardır,
* Xüsusilə ağciyər xərçənginin qarşısının alınmasına kömək edər,
* Ürək xəstəliklərinə xeyirlidir,
* Sümük əyilməsinin qarşısını alır,
* Əsəbləri sakitləşdirib, yuxu gətiricidir,
* Qəbzlik üçün və həzm sistemində problem yaşayanlar üçün faydalıdır,
* Səhərlər ac qarına yeyilən ərik qurusu (qaysı) həzm baxımından faydalı olmaqla yanaşı cildə də canlı rəng verər;
* Yetişmiş yaşıl ərik (alça) susuzluğa da təsirlidir.
(1 ədəd ərik=15 kalori)
Əncir
* Bağırsaqları çalıştırır,
* Enerji verir,
* Cinsəl gücə yardım edir,
* Yüksək qan təzyiqini azaldır,
* Sümük möhkəmliyini artırır;
(1 ədəd orta əncir=37 kalori)
Ananas
* Bakteriya və parazitlərlə mübarizədə faydalıdır,
* Həzmi asanlaşdırır,
* İltihablanma riskini azaltmaqda və yaraların tezliklə sağalmasında təsirlidir;
(1 qalın dilim ananas=43 kalori)
Alma
* Qanı və böyrəkləri təmizləyir,
* Cildə parlaqlıq və gözəllik verir,
* Soyuqdəyməyə və öskürəyə xeyirlidir,
* Xolsetrolu azaldır,
* Həzm sistemindəki narahatlığa kömək edir,
* Baş ağrısına xeyirlidir,
* Yüksək təzyiqi salır,
* Qandakı şəkəri nəzarətdə saxlayar,
* Revmatizmaya kömək edir,
* Yuxusuzluğa yaxşıdır,
* Bağırsaqlardakı qurdların tökülməsinə kömək edir;
(1 ədəd balaca alma=63 kalori)
Kivi
* Kivi bütünlüklə C vitamini mənbəyidir, bir ədəd kividə bir günlük alınması lazım olan C vitamini ehtiyacindan daha çoxu var,
* Kivinin bitki mənşəli qidanları DNT`ni qoruyar,
* Qandakı şəkərin nəzarətdə saxlanması üçün yararlıdır,
* Xərçəngin yaranmasına mane olur.
* Qan təmizləyici xüsusiyyətiylə qan laxtalanması riskini əhəmiyyətli bir şəkildə salmaqda və qanınızdakı yağ miqdarını azaltmaqdadır;
(1 ədəd kivi=46 kalori)
Banan
* Ürəyə və əzələ sisteminə yararlıdır,
* Yorgunluğa xeyr edir,
* Yüksək təzyiqin qarşısını alır,
* Yuxuyu rejimə salır,
* Mədə xorasının qarşısını alır və onların müalicəsinə kömək edir,
* Xolestrolu azaldır və mədə ağrısına faydalıdır
* Böyrəkdəki iltihablanmada müalicə edici özəlliyə sahibdir;
(1 ədəd banan=105 kalori)
Albalı
* Şəkər nisbəti gilasınkından aşağı olduğu üçün daha az kaloridir
* Qızdırmanı salır, susuzluğu keçirir.
* Tündə rəngli albalı açık rəngli olanlara nisbətən daha çox mineral tərkiblidir;
(100 gr. albalı=50 kalori)
Greyfurt
* Soyuqdəyməyə yaxşıdır,
* Həzmi asanlaşdırır,
* Diş əti qanamasını azaldır,
* Xırda damarlardakı qan dövranını sürətləndirir,
* Mədə xərçənginə tutlmaq riskini azaldır,
* Təzyiqi normallaşdırır,
* Böyrəkdaşı sökücü özəlliyi vardır
* Yağlı yeməklərin ardından içilən greyfurt suyu yediklərinizin ağırlığını aradan qaldırır;
Portağal
* Soyuq dəyməyə və qripə yardım edir,
* Tərkibindəki C vitamini və turşular sayəsində öskürəyi azaldır,
* Ürək xəstəliklərinə və iflicdən qoruyur,
* Bədənin əzik və göyərmiş yerlərinin daha tez sağalmasına kömək edir,
* Mədə xərçənginin qarşısını alma təsiri var,
* Təzyiqi normallaşdırır.
* İçindəki minerallar cildin quruyub, qırışlanmasının qarşısını alır,
* Bağırsaq qazını təmizlər, bağırsaq qurdunun tökülməsinə xeyirlidir,
* Qaraciyərin davamlı və düzgün işləməsini tənzimləyir,
* Öd sekresiyasını artırar;
(1 ədəd portağal=60 kalori)
Çiyələk
* Strese xeyr edir, sakitləşdirici təsiri vardır,
* Siqaret tüstüsün təsirini azaldır.Siqaret çəkilən bir otağdaykən gün boyunca ağıza ən az 2 çiyələk atılması məsləhətdir.
* Uşaq iflici və ağız-dəri yaralarına yol açan virusları öldürücü təsiri vardır,
* Xərçəngə tutulmaq riskini azaldır,
* Mədə və bağırsaq zəifliklərini aradan qaldırır,
* Öd kisəsi xəstəliklərinə xeyirlidir,
* Yüksək qızdırmanı salır,
* Dişlərə və diş ətinə yaxşıdır, dişin karieslərini yaranmasının qarşısını alır,
* Cildə canlılıq verir;
(100 gr. Çiyələk=30 kalori)
Armud
* Ürək-damar sağlamlığı, aşağı qan təzyiqi və fiziki performansa xeyirli olan vitaminləri saxlayar,
* Yüksək təzyiqi olanlar və böyrəklərində problem yaşayanlar üçün faydalıdır,
* Qansızlıya və qəbizliyə yaxşı gəlir;
(1 ədəd kiçik armud=82 kalori)
Yemiş
* Qanı təmizlələr,
* Zərərli maddələrdən qoruma xüsusiyyəti vardır,
* Narahatlıq və yuxusuzluğa xeyirlidir,
* Bağırsaq və dəri xərçənginə qarşı Amerikan Xərçəng xəstəliyi Birliyi tərəfindən tövsiyə edilmişdir;
(100 gr. yemiş=26 kalori)
Alça
*Alça siropu isə ishala qarşı xeyirlidir.
*Qurdlara, spazmaya, qusmaya, bağırsaqda əmələ gələn yelə, revmatizm və digər xəstəliklərdə qarşı effektlidir.