Əlbəttə, bədən quruluşunu müəyyən təlimatlara uyğun tərbiyə etmək mümkün deyil, amma həkimlər vücudunuzun gözəl görünməsi üçün test hazırlayıblar. Testdən keçin və sağlamlığınız barədə dəqiq məlumat əldə edin.
Şam yeməyində nə yeyirsiniz?
A. Mən şam yeməyi yemirəm.
B. Yemək yeməzdən əvvəl sodalı su içirəm.
C. Ilk növbədə zeytun yağı ilə hazırlanmış salatdan başlayıram.
Cavab: C. Yemək yeməzdən əvvəl cüzi miqdarda da olsa, yağ qəbul etmək (zeytun yağı lap əla olar!) həzm prosesini asanlaşdırır. Bu halda Siz tez bir müddətdə doyduğunuzu və uzun müddət tox olacağınızı hiss edəcəksiniz.
Beyninizin işləməsi üçün hansı daha yaxşıdır?
A. Asan krossvord və ya tapmaca.
B. Çətin krossvord.
Cavab: B. Krossvrod və ya tapmaca nə qədər çətin olsa, beyin bir o qədər gərgin işləyir. Bu halda beyin hüceyrələri inkişaf edir və yeni əlaqələr yaradır.
Aşağıda göstərilənlərdən hansı anadangəlmə lamisə duyğusuna daxil deyil?
A. Şirin yeməklər.
B. Yağlı yeməklər.
Cavab: B. Şirin dadların bilinməsi insan orqanizmində proqramlaşdırılıb, amma yağlı qidalar hələ öyrənilməkdədir.
Aşağıdakı vərdişlərdən hansı daha ziyansız hesab olunur?
A. Gündə bir qutu siqaret çəkmək.
B. Mühüm layihələri hər dəfə təxirə salmaq.
C. Həftədə iki dəfə qırmızı ət yemək.
Cavab: C. Həftədə iki dəfə ət yemək, ümumiyyətlə, insan orqanizmi üçün xeyirlidir. Çünki siqaret çəkmək qadın ömrünü səkkiz, mühüm layihələrin yaratdığı xroniki stres isə yeddi il qısaldır.
Ağır atletika (çəkiqaldırma) barədə deyilənlər nə qədər düzgündür?
A. Yaxşı nəticələr əldə etmək üçün Siz əldən düşənədək idman etməlisiniz.
B. Ağır çəki qaldırmaq bədən quruluşunu formasız edir.
Cavab: A. Əzələlərə ağırlıq etmək onun işləməsinə gətirib çıxarır. Nəticədə əzələləriniz bərpa olunur və sözsüz ki, bərkiyir.
Mədə xorasının yaranmasına kim səbəb ola bilər?
A. Həyat yoldaşınız (öpüşərkən).
B. Rəisiniz (stresdən).
Cavab: A. Mədə xorasının yaranma səbəblərindən biri bakteriyalardır. Həyat yoldaşınızda bu bakteriyalar varsa, öpüşərkən ağız suyu vasitəsilə onlar sizə keçə bilər. Stres mədə xorasını kəskinləşdirə bilər, amma onun yaranmasına səbəb olmur.
Testdən əldə etdiyiniz nəticə sizi qane etmədi? Narahat olmayın — daha dəqiq və düzgün məlumat əldə etmək üçün Sizin təlimatçınız,yəni həkiminiz var. Onun qəbuluna gedin və sizi narahat edə sualları birbaşa ünvanlandırın.