Qədim zamanlarda iki ölkə arasında amansız bir rəqabət var idi. Hər ölkə o biri ölkəyə bir yolla öz gücünü göstərmək istəyirdi. Üstəlik, bu «yol» həm çox sadə, həm də çox ağıllı bir yol olmalı idi. Bir gün bu ölkələrdən biri bunun üçün şəhərin ortasında böyük bir hovuz tikməyi qərara aldı. Sonra isə bir gecə hamı bir qab süd gətirəcək və bu hovuza tökəcəkdi. Bu fikir hamının ürəyinə yatdı və o gecə gətirdiyi südü hovuza boşaltdı. Ancaq səhər açılanda ortada içi südlə yox, su ilə dolu bir hovuz var idi. Çünki hamı belə düşünmüşdü: «BU qədər insanın arasında təkcə mən hovuza süd əvəzinə su töksəm, nə fərqi olacaq ki!...»
Ailəm jurnalı