Limfomalar

Limfomalar

Limfoma ümumi termin olub, limfatik sistemin bədxassəli şişi deməkdir. Limfomaların meydana çıxma səbəbi aydın deyil. Limfa sistemi, orqanizmin immun sisteminin bir hissəsidir. Bu limfoid orqanlardan və toxumalarda ibarətdir:

  1. Sümük iliyi
  2. Timus vəzi (çəngələbənzər vəzi)
  3. Dalaq
  4. Limfatik düyünlər
  5. Tənəffüs və həzm sisteminin limfoid toxuması

Limfomanın əsas növləri: Xodjkin xəstəliyi və qeyri-xodjkin limfomaları. Nadir rast gəlinən limfomalara isə Berkit limfoması və göbələyəbənzər mikozu göstərmək olar.

Xodjkin limfoması (Limfoqranulematoz)

  1. Xəstəlik adətən 14-35 yaşarası və 60 yaşdan sonra rast gəlinir. Əksər hallarda xəstələrdə ilkin olaraq heç bir şikayət olmadan boyun və divararalığının limfa vəzilərinin böyüməsi aşkarlanır. Lokal və ya yayılmış zədələnmələrə baxmayaraq xəstəliyin hansı mərhələdə olmasını dəqiqləşdirmək üçün aşağıdakı müayinələr aparılır.

Bütün xəstələrdə xəstəliyin inkişaf sürəti müxtəlifdir. İnkişaf sürətində uyğun olaraq da simptomlar artmış olur. Artıq ilk mərhələlərdə kəskin qaşınma, limfa düyünlərinin sayı və ölçülərinin artması, qaraciyərin ölçüsünün artması, titrətmə, gecə vaxtı tərləmələr, bədən kütləsinin azalması baş verir. Prosesin sümüklərə yayılması onurğanın zədələnməsi ilə bağlı ağrılar yarda bilər. Əksər xəstələrin müalicəsi üçün kimyəvi terapiya və şüalanma aparılır. Bəzi hallarda sümük iliyinin köçürülməsi çox yaxşı nəticə verir. Xodjkin limfomasını erkən mərhələlərdə aşkarlanıb düzgün müalicə aparılarsa xəstəliyi tam müalicə etmək mümkündür.

Bədxassəli qeyri-xodjkin limfomaları (QXL)

Bu qrup xəstəliklər tez inkişaf edərək yayılması ilə xarakterizə olunur. Əvvəllər bu qrup xəstəlikləri "Limfosarkoma" və ya "Retikulosarkoma" adlandırılırdı.

Bu növ limfomalar Xodjkin limfomasından daha çox rast gəlinir.

Bir çox xəstələrdə bu xəstəlik bir və ya bir neçə qrup limfa düyünlərinin böyüməsi ilə xarakterizə olunur (boyun, qasıq və s.). Çox vaxt QXL lokalizasiya olunduğu nahiyələrdən asılı olaraq digər xəstəliklərlə səhv salınır ( mədə-bağırsaq sisteminin xərçəngi və s.). Xəstələrin bir hissəsində ilk olaraq, dəri və sümüklərdə dəyişikliklər, digər qrupda isə anemiya inkişaf edir.

Müalicədə intensiv kimya terapiyası və lokal şüa terapiyasından istifadə olunur və çox hallarda bu müalicə müsbət nəticə verir. Nadir halda sümük iliyi köçürülməsi tətbiq olunur.

Arzu olunmayan faktorlara isə ümumi vəziyyətin pis olması, yaşın 70 yaşdan yuxarı olması, şişin ağırlıq dərəcəsi, çoxsaylı zədələnmiş ocaqların mövcud olması daxildir.

Limfomanın əsas diaqnostik üsulları:

- Hematoloq və digər mütəxəssis həkimlərin konsultasiyası

- Qanın müayinəsi

- KT (kompüter tomoqrafiya)-boyun, döş qəfəsi, qarın və çanaq boşluğu.

- PET-KT-FDG (pozitron-emmision tomoqrafiya izotop skan edilmə ilə)

- Limfa düyünün biopsiyası (diaqnostik məqsədli əməliyyat, FNA əməliyyatı)

- Sümük iliyinin biopsion punksiyası (narkoz altında)

Xəstəliyin diaqnostik üsulları kifayət qədər bahalıdır, lakin limfomaların müxtəlifliyi, gedişi və çətin proqnozu olduğundan yalnız diaqnoz 100% təsdiqləndikdən və adekvat müalicə aparıldıqda müsbət nəticə əldə etmək olur.

Top