2005-ci ildə Kanadada öz sevgilisi ilə öpüşdükdən sonra yeniyetmə hipoksiya nəticəsində həyatını itirdi. Sonra aşkar olundu ki,bu yeniyetmə yerfındığına qarşı allergiyası var idi. Onun sevgilisi yeniyetmə ilə görüşməzdən əvvəl öz qidasında yerfındığı yağından istifadə etmişdi.Ölümündən sonra yeniyetmənin xarici müayinəsi nəticəsində onun öpüş nahiyəsində səpgilərin olduğu müşahidə olunmuşdu.Allergenlərin inhalyasiya,qida,dəri əlaqələri,birbaşa qan nəqli ilə ötürüldüyü məlumdur.Amma onların öpüşməklə ötürülməsi biraz təəccüblü görünür. Çoxlu müşahidə-tədqiqat işlərinin nəticəsində alimlər qida və dərman allergiyası olan şəxslərin əksəriyyətinin ikiqat təhlükədə olması qərarına gəliblər.
Amerika Allergiya,Astma və İmmunologiya Kollecinin bu yaxınlarda keçirilən İllik Elmi Görüşündə tədqiqatçı-alimlər qeyd etdilər ki,hər hansı bir qidaya allergiyası olan biri ilə həmin qidadan qəbul etmiş digəri öpüşdükdə allergiyası olan şəxsin allergik reaksiya verməsi ehtimalı yüksəkdir.Onların dediyinə görə,digər-allergiyası olmayan şəxs hətta dişlərini tamamilə yuyub-yaxalasa və qida qəbulundan sonra bir neçə saat gözləsə belə,allergiyası olan şəxsin öpüşmə zamanı reaksiya verməsi ehtimalı azalsa da,hələ də mövcuddur Amerika Allergiya,Astma və İmmunologiya Kollecinin prezidenti,dünya şöhrətli alim Sami Bahnaya görə əgər qida və ya dərman allergiyamız vardırsa və biz həmin qidanı qəbul etmiş və ya peroral müalicədə olmuş bir şəxslə öpüşdükdə dərhal allergik reaksiya baş verir. O həm də qeyd edir ki, elə xəstələr də vardır ki,partnyorlarının dişlərini və ağızının bayır və içəri səthini tamamilə yuyub-yaxalaması və ya yeməkdən sonra saatlarla gözləməsi onların allergik reaksiya verməsinin qarşısını ala bilmir.Sami Bahna öz tədqiqatlarında belə nəticəyə gəldiyini deyir:”Belə çıxır ki,sağlam partnyorların qəbul etdikləri qida və dərmanların hətta orqanizm tərəfindən sorulmasından bir neçə saat sonra belə ağız suyunda (tüpürcəklərində) çoxlu allergenlərə rast gəlinir”. Alimlər bu allergiyanı “Kissing” allergiyası adlandırırlar.“Kissing” özü-özlüyündə allergiya deyildir, bir çox allergiyaların ümumi məcmusudur. “Kissing” allergiyasına, adətən, qida və dərman allergiyaları olan insanlarda rast gəlmək mümkündür. Onun simptonlarına dodaqların və boğazın şişməsi, səpgilər, qaşınma və xırıldama aiddir. Amerika Allergiya, Astma və İmmunologiya Kollecinin verdiyi statistik məlumata görə, ABŞ-da böyüklərin 2-3 %-ində, uşaqların isə 5-7 %-ində qida allergiyaları vardır.Və onların əksəriyyəti eyni zamanda “Kissing” allergiyasından əziyyət çəkirlər. Əgər cütlüklərdə öpüşmək istəyi vardırsa,bəs onlar nə etməlidirlər??? İlk olaraq, cütlüklərdə allergiyanın olub-olmaması müəyyənləşməlidir. Ən azı onlardan birində allergiya varsa, onda cütlüklər xüsusi ehtiyatlı olmalıdır. Onların nəyə qarşı allergik olmalarını müəyyənləşdirmək çox vacib amildir. Əksər hallarda, həkimlər xəstələrinə “canqurtaran” avtoinyektor olan epinefrini (adrenalin) özləriylə gəzdirməyi məsləhət görürlər. Bəzi xəstələrə isə İmmunoterapiya tətbiq olunur. Lakin mütəxəssislər bu problemin daha asan-yüngül profilaktik tədbirlərlə həllinə üstünlük verirlər. Onlar məsləhət görürlər ki, partnyor qida və ya dərman qəbulundan sonra ağızın içəri və bayır səthlərini və dişlərini tamamilə yaxşıca yuyub-yaxalasa və allergiyası olan şəxslə 16-24 saat keçdikdən sonra öpüşərsə, cütlüklərdə çox ehtimal ki, heç bir problem olmaz. Buna baxmayaraq, alimlər hətta bütün bu hadisələrin belə bəzən kifayət etmədiyini qeyd edirlər. Yuxarıda qeyd olunan profilaktik tədbirlərin müsbət nəticə verdiyini söyləyən Dr.Bahna İllik Elmi Görüşdəki çıxışında bir çox xəstəsinin, habelə,özü həkim olan 30 yaşlı xəstəsinin həyat şəraitini məhz bu üsulla yüngülləşdirdiyini vurğuladı Belə ki, həmin xəstə yerfındığına allergiyası vardır. Bu allergiya onda bəzən çox kəskin-qaçılmaz reaksiyalar verirdi. Sevgilisi xəstə ilə öpüşməzdən təxminən 2 saat əvvəl yerfındığı yemişdi deyə öpüşdükdə xəstənin ağzının və ağızətrafının kəskin qaşınması və dodaqlarının şişməsi baş vermişdi. Doktor Bahna, habelə, Kollecin allerqoloqları bu və ya digər xəstələrə bu problemlərlə qarşılaşmasınlar deyə özlərinin 3 əsas ilkin məsləhətlərini verirlər. Sağlam partnyor: 1.Öpüşməkdən 16-24 saat əvvəl allergik reaksiya verən qida və ya dərmanlardan imtina etməli 2.16-24 saat ərzində ağızın içəri və bayır səthlərini, dişləri bir neçə dəfə yaxşıca yuyub-yaxalamalı. 3. Allergiya dərman preparatlarını həmişə özüylə gəzdirməlidir. “Kissing” allergiyası,əsasən,Amerika və Avropa cəmiyyətləri üçün daha səciyyəvidir. Bu problemlə rastlaşan insanlar bizim fikirləşdiyimizdən daha çox əziyyət çəkir və psixoloji gərginliklər keçirirlər. Lakin öz peşəsinin incəliklərinə bələd olan həkim-allerqoloqlar allergiyaya nəyin səbəb olduğunu müəyyənləşdirir və xəstələri düzgün müalicə edə bilirlər.