Təbii çiçək xəstəliyinin gedişinin digər xəstəliklərdən fərqini ilk dəfə Razes həkimi müəyyən etmiş və xəstəlikdən sonra daimi immunitet yaranmasını söyləmişdir.Hipokratın davamçısı olan bu alim xəstəlik zamanı orqanizmdə olan keyfiyyət və kəmiyyət dəyişikliklərini 4 əsas şirə - qan, fleqma, sarı və qara öd ilə əlaqələndirirdi.Razesin nəzəriyyəsinə görə təbii çiçək xəstəliyi qanın "qıcqırması" ilə bağlıdır.O hesab edirdi ki, dəridə əmələ gələn yaralar partlayaraq orqanizmi qandakı artıq mayedən azad edir.
"Xaric etmə" nəzəriyyəsinə görə çiçək xəstəliyi zamanı çirkli qan qarışığı qıcqırır və qovuqcuq əmələ gətirib orqanizmdən kənar olunur.Belə təmizlənmədən sonra xəstəlik bir daha insana qayıtmır.
XI əsrdə Abu Əli ibn Sina immunitetin inkişafının digər nəzəriyyəsini təklif edir və sonralar 1546-cı ildə İtaliya həkimi Cirolomo Frakastro onu təsvir etmişdir.Bu nəzəriyyə "rüşeym" nəzəriyyəsi adlanır.Bu nəzəriyyəyə əsasən bütün xəstəliklər rüşeymə kiçik toxum axacaqları vasitəsi ilə keçir, insandan insana ötürülür və ananın menstrual qanı ilə bağlı olur, bətndaxili inkişaf dövründə rüşeymə qarışır.Həmin toxumlar orqnizmin müəyyən orqanını və ya toxumasını zədələyərək xəstəlik yaradır.Bundan başqa, hər bir xəstəliyin toxumu müəyyən insan və ya heyvan orqanizminə daha çox meyilli ola bilər və onu ilk növbədə zədələyir.Bu toxumlar xəstəlik zamanı opqanizmdən xaric olunur və heç zaman geri qayıtmırlar. "Tükənmə" nəzəriyyəsi Andjeli Qatti tərəfindən təklif edilmişdi.Onun fikrincə xəstəliklər zamanı orqanizmdə sağlamlığın qorunması üçün vacib olan bəzi substansiyaların miqdarı əhəmiyyətli dərəcədə azalır və yenidən həmin xəstəliyin yaranması mümkün olmur. Asiya və Afrikanın xalq təbabətində infeksiyalardan qorunmaq üçün belə bir üsul var idi: qurudulmuş və xırdalanmış təbii çiçək qabıqlarından hazırlanmış tozu gümüş boru vasitəsi ilə burundan resipiyentə üfürməyi və yaxud dəridə balaca kəsik apararaq oradan bədənə daxil etməyi məsləhət görürdülər. 1722-ci ildə şahzadə Uelski tərəfindən istifadə olunandan sonra bu metod inokulyasiya adlandırılmış və İngiltərədə geniş yayılmışdı.Bu metod orqanizmi xəstəlikdən qoruyub, xəstələrin ölüm faizini 2-3%-ə qədər azaldıb.Bu üsul Osmanlı İmperiyasında qızların sağlamlığını və gözəlliyini qorumaq üçün hərəmxanalarda geniş istifadə edilirdi. 1796-cı ildə Edvard Cenner inək çiçəyinə tutulanların qovuqcuğundan çiçək əleyhinə vaksin kimi istifadə edilməsinin effektli olması haqqında məlumat verilmişdir.İlk dəfə 1779-cu ildə Edvard Cenner çiçəklə xəstə inəyin süd vəzisinin qovuqcuğundan maye götürüb, 8 yaşlı oğlanın əlinə dəri altına yeritmişdir.Peyvənd edildikdən 7 gün sonra oğlanda qoltuq altında ağrılar, yüngül qızdırma və baş ağrısı müşahidə edilmişdi. Sonrakı gün oğlanın şikayətləri olmamışdır.İki həftədən sonra həmin uşağa təbii çiçək yarasından möhtəviyyat heç bir xəstəlik əlamətləri müşahidə edilmədi.Beləlikə, ilk dəfə Cenner tərəfindən yüksək effektə malik vaksin yaradılmışdı.Həmin ildə Londonda çiçək peyvəndi məntəqələri açıldı.Edqar Cenner Londonun fəxri vətəndaşı adı aldı.Rusiyada İmperator I Aleksandrın arvadı II Yelizaveta bu üsullun əhali arasında geniş tətbiq edilməsi barədə göstəriş vermişdir.Həmin ildə İmperator Napoleon Fransa ordusunda əsgərlər arasından təbii çiçək əleyhinə peyvənd aparılmasını məcbur etmişdir. "Anadangəlmə mayalanma" nəzəriyyəsi XII əsrdə Tomas Füler tərəfindən formalaşmışdır.Onun fikrincə orqanizm doğulanda onda istənilən xəstəliyin rüşeymi olur ki, bu da sonralar xəstəliyin inkişafına aparıb çıxarır.Sağalma prosesi orqanizmdə xəstəliyin davamı üçün lazım olan hər hansı substansiyanın tükənməsi ilə bağlıdır.İmmunitetin bu yolla yaranma nəzəriyyəsinin tərəfdarları İtaliyada Tati və Anqelo Hatti olmuşlar. Müəlliflər: Amalya Əyyubova Gülnarə Nəsrullayeva Kitab: Kliniki immunologiya